Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 6-11-2015, 09:51
Butov.az Medeniyyet.az-a istinadən xəbər verir ki, görkəmli qəzəlxan-şairin 120 illik yubileyi qeyd olundu.

O, Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə seçilən, klassik poeziya ənənələrini qorumaqla yanaşı, öz istedadı ilə ona daha da şöhrət gətirən şairlərimizdən idi. Güclü istedadı sayəsində Azərbaycan ədəbiyyatının dəyərli simalarından birinə çevrilən, misraları bu gün də dillər əzbəri olan, muğam ifalarına rəng qatan böyük qəzəlxan. O, hər kəsin Əlağa Vahid kimi tanıdığı İsgəndərov Əlağa Məmmədqulu oğlu idi...

Noyabrın 4-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli şair, Əməkdar incəsənət xadimi Əlağa Vahidin 120 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirildi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin “Əlağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzaladığını diqqətə çatdırdı. Bildirdi ki, sərəncama uyğun olaraq ilboyu ölkəmizin hər yerində şairə həsr edilmiş silsilə tədbirlər təşkil olunub. Vurğulandı ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Vahid yaradıcılığının tədqiqinə xüsusi diqqət yetirilib, şairin əsərləri çap olunub, haqqında çoxsaylı elmi məqalələr yazılıb.
Əlağa Vahid klassik şeir formalarında qələm çalan böyük şairlərimizdən sonuncusu, ən parlaq və bənzərsiz nümayəndələrindən biridir: “Vahid erkən yaşlarından Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir ənənələrini dərindən mənimsəyərək klassik sənətkarlar səviyyəsində qəzəl gülüstanı yaradıb. Tədqiqatçıların fikrincə, Vahid tarixi şəraitin təsiri ilə ərəb, fars tərkibli ifadələrlə ifrat dərəcədə yüklənmiş klassik əruz şeirini böyük məharətlə Azərbaycan-türk şeirinin qanunlarına tabe etdirməyi bacarıb. Onun şeirləri tərtəmiz ana dilimizdədir və həyatla nəfəs alır. Bununla belə, şair klassik Şərq qəzəlinin sərt qanunlarını da pozmur. Bu o deməkdir ki, Vahid yaradıcılığının estetik dəyərini böyük istedad və özünəqədərki təcrübəyə dərindən bələdlik müəyyən edir”.
Vaqif Əliyev qeyd etdi ki, şair nə qədər çətin həyat yaşasa da, şeirləri nikbindir, insanın qəlbinə fərəh verir: “Onun yaradıcılığında satira, yumor və lirika vəhdətdədir. Şeirlərinin əsas obrazları vətən, sevgi, həyat, insanlardır. Yüksək obrazlılıq, fikri təsirli ifadə etmək Vahid şeirlərinə əbədiyyət ömrü qazandırır. Məhz buna görə də ilk şeirlərini yazdığı dövrdən yüz ildən çox vaxt keçsə də, qəzəl ustadının əsərləri yaddaşlardan silinmir, dillərdə dolaşır”.
Bildirildi ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın muğam sənətinin inkişafına böyük töhfələr verdiyi son 10 ildə Vahid irsi də sanki ikinci həyat qazanıb, onun qəzəlləri yeni xanəndələr nəslinin repertuarında daha möhkəm yer alıb.
Tədbirdə AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxış edərək poeziyamızda xüsusi yeri olan şairin yaradıcılıq yolundan söz açdılar.
Qeyd olundu ki, Əlağa Vahid gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib, ilk şeirlərini yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edən müəllifin “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub. “Kupletlər”, “Mollaxana” kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulub. Onun qəzəlləri poetik dilin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir. Şairin şifahi ədəbiyyatın - meyxana janrının inkişafında da xüsusi rolunun olduğu vurğulandı.
Gecədə şairin həyatından bəhs edən “Qəzəlxan” bədii filmindən (rejissor Şahmar Ələkbərov) kadrlar nümayiş olundu. Yubiley tədbiri tanınmış xanəndələrin ifasında ustad sənətkarın qəzəllərinə bəstələnmiş musiqi nömrələri ilə davam etdi. Mənsum İbrahimov, Gülüstan Əliyeva, Səbuhi İbayev, Ehtiram Hüseynov və başqalarının ifaları alqışlarla qarşılandı. Həmçinin Sabir Məmmədov, Almaz Orucova şairin yaradıcılığından nümunələri səsləndirdilər.

Vahid poeziyasının əbədi ömrü
Vahid poeziyasının əbədi ömrü


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!