DOĞMALAR ARANAN YERDƏ .....                        HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASINDA CƏNUBİ AZƏRBAYCAN .....                        Müdafiə Nazirliyi qəbul elan edir .....                        İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb” .....                        Milli Məclis İlham Əliyevə və Mehriban Əliyevaya məktub göndərəcək .....                        Fazil Mustafa: Bir əsgərimizin qisası üçün 20 erməni hərbçi... .....                        Ombudsman ermənilərin Tərtər təxribatı ilə bağlı Bəyanat yaydı .....                        MDB liderlərindən mühüm qərarlar gözlənilir .....                        Qarabağdan köç maksimum həddə çatdı .....                       
Tarix : 12-10-2015, 16:35
DGTYB “Can Azərbaycan” seçmə şeirlər toplusunu təqdim etdi


Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şeiri, sənəti, geyimi, mətbəxi və tarixi ilə can Azərbaycan” adlı layihə çərçivəsində “CAN AZƏRBAYCAN” şeirlər toplusunu ictimaiyyətə təqdim edib.

Ədəbi ictimaiyyət nümayəndələrinin, QHT təmsilçilərinin də iştirakı ilə KİTABEVİM.AZ marketdə baş tutan tədbirdə toplunun məzmun və ideyası barədə məlumat verilib. Tədbiri açıq elan edən layihə rəhbəri Əfsanə ƏLƏSGƏRLİ topluda Azərbaycan adlı, Azərbaycan ünvanlı, Vətən sevdalı şeirlərinin yer aldığını qeyd edib. O bildirib ki, toplunun məqsədi ədəbiyyatımızda vətənimizin gözəlliyi ilə yanaşı, vyurd sevgisini bədii boyalarla əks etdirən, Azərbaycanla bağlı şeirləri bir araya toplamaq, gənc ədəbi nəslə təqdim etməkdir. “ Sevindirici haldır ki, təşkilatımızın nəşr etdiyi toplular təkcə Azərbaycanda deyil,ümumilikdə türk dünyası ədəbi ictimaiyyətində də maraqla qarşılanır. Odur ki, gələcəkdə bu toplunun müxtəlif türkcələrə uyğunlaşdırılması nəzərdə tutulur. Məqsədimiz Azərbaycanı və onun ədəbiyyatını digər qardaş türk xalqlarına da çatdırmaqdır.”
DGTYB “Can Azərbaycan” seçmə şeirlər toplusunu təqdim etdi

Kitabın tərtibçisi Sərdar ŞİRVAN qeyd etdi ki, topluda yer alan poeziya nümunələri bütövlükdə güneyli- quzeyli Azərbaycan şairlərinin yaradıcılığını əks etdirir. Ustad Şəhriyar, Əhməd Cavad, Səməd Vurğun, Məmməd Araz, Xəlil Rza Ulutürk və s. şairlər başda olmaqla, topluya daxil edilmiş şairlərin poeziya nümunələrində vətən məhəbbəti, yurd sevgisi, vətənpərvərlik duyğuları, milli özünüdərk ideyaları öz əksini tapır.
DGTYB “Can Azərbaycan” seçmə şeirlər toplusunu təqdim etdi

Nizami adına Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi təşkilatın dərc etdiyi digər toplular kimi bu nəşrin də DGTYB-nin ədəbiyyatımıza bir töhfə olduğunu

vurğuladı. Güney Azərbaycan mətbuatı və ədəbiyyatı ilə bağlı araşdırmaların, bir sıra kitabların müəllifi, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli “Can Azərbaycan” kitabında Güney Azərbaycan şairlərinin yaradıcılığına da yer verilməsinə məmnun olduğunu bildirdi. O qeyd etdi ki, bu cür toplular gənc nəslin vətənpərvərlik duyğularının artmasında, milli özünüdərkin formalaşmasında mühüm rol oynayıb.
DGTYB “Can Azərbaycan” seçmə şeirlər toplusunu təqdim etdi

Toplunun məsləhətçilərindən biri, Kitabevim.az kitab mağazaları şəbəkəsinin rəhbəri, “Hədəf” Nəşrlərinin direktoru, yazar, dosent dr. Şəmil Sadiq toplunu yüksək dəyərləndirdi. O bildirdi ki, bu cür toplular böyüməkdə olan gənc nəslin dünyagörüşünün, milli şüurunun formalaşmasında əvəzsiz vasitədir. Yazar bildirdi ki, gələcəkdə Turan sevdalı şeirlər toplusu nəşr edilərsə, o toplu da maraqla qarşılanacaq.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəyli Dünya Gənc Türk Yazarlar Birliyini növbəti uğur münasibəti ilə təbrik etdi və bu cür nəşrlərin vacibliyini diqqətə çatdırdı. Ustad şair Qabilin oğlu, yazar Mahir Qabiloğlu gənc nəsil üçün nəşrin əhəmiyyətini vurğuladı. Türkiyəli şair Dursun Elmas Azərbaycan ədəbiyyatının türk dünyasında tanıdılmasında bu cür nəşrlərin rolunu qeyd etdi. Bildirdi ki, gələcəkdə də nəşr ediləcək müxtəlif ədəbi toplular türk xalqları yazarları arasında ədəbi dostluq əlaqələrinin inkişafına töhfə olar.

AMEA Əlyazmalar İnstitutunun elmi əməkdaşı Könül Nehmətova, şairlər Ramiz Qusarçaylı, Akəm Xaqan, Zirəddin Qafarlı eləcə də digər iştirakçılar vətənə məhəbbət, yurda sevgi ruhunda yazılan poeziya nümunələrinin gənc nəslin mənəvi tərbiyəsində, Vətənə məhəbbət ruhunda böyüməsində mühüm rol oynadığını qeyd etdilər. Bildirildi ki, sözügedən toplu təkcə ədəbi ictimaiyyət üçün deyil, eyni zamanda orta məktəb şagirdləri üçün daha faydalı bir vasitə hesab edilə bilər.
DGTYB “Can Azərbaycan” seçmə şeirlər toplusunu təqdim etdi

Sonda çıxış edən DGTYB Təsisçilər Şurasının başqanı, şair-publisist Əkbər Qoşalı Azərbaycan ünvanlı şeirlərin, bilavasitə “Azərbaycan” sözü keçən şeirin , demək olar, XX yüzillikdə ardıcıl xarakter daşıdığını bildirdi. “ Təşkilat bu topluda Azərbaycanşünaslığa, belə deyək, ədəbi-bədii baxımdan yeni bir kitab

təqdim edir. Bu, sevginin, həsrətin yolunu izləmək baxımından bizim şəkilləndirdiyimiz “Can Azərbaycan”-dır!—Sovet boyasız, yad ideolojilərdən arındırmağa çalışdığımız Şeirin Azərbaycanı...Azərbaycann Şeiri!...”

Qeyd edək ki, toplunun redaktoru Əkbər QOŞALI, məsləhətçiləri isə prof.dr. Güllü YOLOĞLU, dos.dr. Rəsmiyyə SABİR, dos.dr. Şəmil SADİQdir. “QHT Nəşriyyatı”nda nəşr olunan topluda Azərbaycan adlı, Azərbaycan ünvanlı, Vətən sevdalı şeirlər yer alıb. Klassik ədibimiz Abdulla Şaiqdən başlamış, nakam taleli şairimiz (31 yaşında yaşama vəda etmiş...) Hamlet Kazımoğlunadək... təqribən yüzillik zaman zərfində quzeyli-güneyli şairlərimizin (şəhid şairlərimiz də daxil olmaqla...) timsalında şeirin Azərbaycanı, Azərbaycanın şeiri oxuculara təqdim edilir.
DGTYB “Can Azərbaycan” seçmə şeirlər toplusunu təqdim etdi

Toplu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şeiri, sənəti, geyimi, mətbəxi və tarixi ilə can Azərbaycan” adlı layihə çərçivəsində işıq üzü görüb.


Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var
Video
5 nəfərin öldüyü dəhşətli qəzanın günahkarı kimdir? - VİDEO

Ötən gün Bakıda səhər saatlarında sərnişin avtobusu və yük maşının iştirakı ilə baş verən və 5 nəfərin ölümünə səbəb olan qəzayla bağlı müzakirələr davam edir.

Butov.az xəbər verir ki, AzTV sözügedən hadisənin səbəbləri ilə bağlı araşdırma apararaq sujet hazırlayıb.
Sujetdə qeyd olunub ki, mütəxəssislərin fikrincə, idarə etdiyi avtobusu 20 metr irəlidəki dayanacaqda saxlamayan sürücü də, ən azı yük maşınının sürücüsü qədər günahkardır.

Bildirilib ki, bu halda avtobus sürücüləri ciddi təhlükəyə yol açırlar.

Ekspert Ərşad Hüseynov da məsələyə münasibət bildirib:

"Burada çox ciddi sual ortaya çıxır. Avtobus dayanacağı orada olmalıydımı? Çünki lap yaxınlıqda yol ayrıcı, üfüqi yol əyrisi var. Nəyə görə avtobus dayanacaqları taksilərlə və kənar nəqliyyat vasitələri ilə zəbt edilmiş olur?".

Ətraflı videosujetdə:


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!