İlham Əliyevdən PKK-nın ləğvinə reaksiya .....                        Gəncədəki yanğınla bağlı rəsmi AÇIQLAMA .....                        Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadıldı .....                        Yük maşını traktorla toqquşdu - Xəsarət alanlar var .....                        Sumqayıtda fəhlə zavodda yıxılaraq xəsarət aldı .....                        Müəllimlərin vakansiya seçiminin nəticələri AÇIQLANDI .....                        Hakan Fidandan PKK-nın ləğvinə reaksiya .....                        Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlıq müzakirə olundu .....                        Evində kirayə yaşaydığı qohumunun pulunu oğurladı, həbs edildi .....                       
Tarix : 29-09-2015, 10:50
Kazanda uluslararası şeir şöləni keçiriləcək


İlki 1992-ci ildə Bursada, daha sonra Alma-Ata (Qazaxıstan), Aşqabad (Türkmənistan), Girnə (QKTC), Strasburq (Fransa), Akməscid (Simferopol - Kırım), Üsküp (Makedoniya), Bakı (Azərbaycan), Prizren (Kosova) və Bişkəkdə (Qırğızıstan) gerçəkləşdirilən “Türkcənin Uluslararası Şeir Şöləni”nin 11-cisi Kazanda (Tatarıstan) keçiriləcək.

11-cisi 1-04 oktyabr 2015 tarixləri arasında icra ediləcək şölənə bütün Türk Dünyasından və diğər ölkələrdən türkcə yazan şairlər dəvət edilməkdədir.

Türkiyə Yazarlar Birliyi (TYB) tərəfindən düzənlənən “Türkcənin Uluslararası Şeir Şöləni”nin 11-cisinə TYB Başqanı Prof. Dr. Hicabi Kırlangıçın imzası ilə Azərbaycan Respublikasından da (həmişə olduğu kimi) şairlər dəvət olunub.

Prof. Dr. Brontoi Bedyurov (Altay), Muraddin ÖLMEZOV (Qaraçay-Malkar), Atacan Tagan (Türkmənistan), Əməl Qaya (QKTC), Oktay Taftalı (Avstirya), Gülnihal Ölçüm (Almaniya), Zəkiyə Doğan (Hollandiya), Dauren Kassenov (Qazaxıstan), Azam Abidov (Özbəkistan), Timur Davletov (Xakasiya), Çulpan Zarip Çətinin, eləcə də, Türkiyə Yazarlar Birliyinin, Tatarıstan Yazıçılar Birliyinin rəhbər heyətlərinin və fəal üzvlərinin qatılacağı XI Şöləndə, respublikamızı şair-publisistlər – Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şu­rasının başqanı Əkbər Qoşalı və “axar.az”ın əməkdaşı Faiq Balabəyli təmsil edərkən, Borçalı və Güney Azərbaycanı təmsilən də soydaşlarımız qatılacaq.

Beləliklə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, QKTC, Tatarıstan, Saxa-Yakutiya, Başqırdıstan, Xakasiya, Kırım, Qaraqalpaqıstan, Altay, Dağlıq Altay, Dağıstan (Nogay, Qaraçay-Malkar, Kumuk), Qaqauziya, Güney Azərbaycan, habelə Almaniya, Avstriya, Hollandiya, Gürcüstan kimi ölkə, muxtar ölkə, bölgə və topluluqlardan toplam 200-ə yaxın şair, ədəbiyyat bilimçisi, ssenarist və jurnalistin qatılacağı şölən öz miqyası və gündəliyi ilə diqqəti cəlb edir. Şölənin proqramında təntənəli açılış, Kazanın gəzməli-görməli yerlərinə ziyarətlər, rəsmi qəbullar, nümayəndələrin müxtəlif ədəbi mövzular ətrafında müzakirələrdə iştirakı, habelə poeziya axşamlarının keçirlməsi və təltiflər nəzərdə tutulub.


Butov.az


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!