Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 6-09-2017, 14:46
Biz sənə inanırıq, Rəşad!


Bir neçə gün əvvəl futbol üzrə Azərbaycan milli komandasının Norveçlə oyunu 0:2 hesablı məğlubiyyətlə nəticələndi. O gündən bu günə kimi müşahidə edirəm, hamı avtoqol vuran, 35 yaşlı təcrübəli futbolçu Rəşad Sadıqovu qınayır, hətta onu məğlubiyyətdə günahlandırırlar… Oldu da, bu qədər böyüdüləsi nə var ki? Səhvsiz insan olmur, o ki qaldı səhvsiz idmançı. Elə bu yerdə “Neftçi” komandasının sabiq baş məşqçisi, təcrübəli mütəxəssis Böyükağa Hacıyevin bir fikri yadıma düşdü: “Futbol səhvlər oyunudur. Səhv olmasa qol olmaz, qol olmasa oyunun gözəlliyi olmaz.”

…Elə bil ki, həmin oyundan iki-üç gün əvvəlki “Qarabağ” - “Kopenhagen” matçının son 10-15 dəqiqəsində Rəşad Sadıqovun meydana çıxıb tarix yazmasını istəyənlər onlar deyildilər. Nə tez unuduldu? Həmin görüşdən sonrakı mətbuat konfransında necə gözəl demişdi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov: “Haqqımda tərifli yazılara ehtiyac görmürəm. Biz nə etmişik ki, bu qədər yazılsın? Bu, bizim işimizdir. Biz sadəcə öz işimizi görürük. Və bilirəm, məşğul olduğumuz elə işdir ki, sabah bir məğlubiyyətə hamısı yox olacaq. Hamısı. Bütün fikirlər, inanmaqlar.”

Gəlin, belə eləməyək. Yıxılana bir balta da biz vurmayaq. Kifayət qədər çox təcrübəsi olan yarımmüdafiəçi, “Qarabağ”ın kapitanı Rəşad Sadıqova dəstək olmaq əvəzinə, mənfi psixolji təsir göstərməyək. Onu, yəni Ağdam təmsilçimizin Çempionlar Liqasının qrup mərhələsinə düşməsində böyük xidmətləri olan Rəşadı qarşıda çox ciddi oyunlar gözləyir.
Biz sənə inanırıq, uğurlar, Rəşad! Uğurlar, “Qarabağ”! Uğurlar, Azərbaycan futbolu!

Kənan Novruzov
Butov.az


Paylaş



Bölmə: Tələbə sözü / İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!