Qızıl verilən müəllimlə bağlı yeni açıqlama: hüquqi çərçivəni aşmayıb... .....                        Hərbçinin ölümü ilə bağlı vəzifəli şəxslərə cinayət işi açıldı .....                        Qəzzada ölənlərin sayı 55 minə çatır .....                        Hərbçimiz Biləsuvarda dəfn olundu .....                        Çinlə ABŞ arasında görüşlərin ikinci mərhələsi başlayıb .....                        Putin beynəlxalq olimpiya təşkilatlarını tənqid etdi .....                        Bir ayda eyni məkanda dönərdən ikinci dəfə ZƏHƏRLƏNMƏ .....                        AFFA azarkeşlərə müraciət etdi .....                        ABŞ-Rusiya münasibətləri 180 dərəcə dönüb .....                       
Tarix : 8-05-2015, 15:54
Bayraq Meydanı İdarəsinin sabiq rəisinin həbsi xəbəri yayılıb

Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov Prezident sərəncamı ilə işdən azad edildəkdən dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu haqda Strateq.az-a Rəşad Məmmədovun Şirkətində çalışan, ancaq adının çəkilməsini istəməyən əməkdaşlardan biri məlumat verib. O deyib ki, işdən çıxarıldığı və saxlandığı gündən etibarən, Rəşad Məmmədovla bütün əlaqələr kəsilib və indiyədək onunla hər hansı bir şəkildə təmas saxlamaq imkanı da yoxdur: “Harada olduğu, hansı qurumda saxlandığını da bizdən bilən yoxdur. Bircə onu bilirik ki, həm Rəşad Məmmədovun, həm də şəriki və yeznəsi Azər Əsgərovun işlətdiyi bütün obyektlərdə bir neçə dövlət qurumunun yoxlamaları başlayıb”.
Mənbənin dediyinə görə, Rəşad Məmmədov və Azər Əsgərov indiyədək hakimiyyət içərisindəki çox nüfuzlu və hörmətli bir məmurun himayəsində olsalar da (həmin məmurun kimliyi bizə məlumdur və etik səbəblərə görə adını çəkmirik), son vaxtlar hədsiz dərəcədə zənginləşmələri onların harın həyat sürmələrinə, hətta bir çox hallarda öz himayədarlarına qarşı belə, saymazyanalıq etmələrinə gətirib çıxarıbmış. Deyilənə görə, Rəşad Məmmədovun və Azər Əsgərovun “kəndirlərinin kəsilməsində” də elə həmin nüfuzlu məmurun özünün böyük rolu olub. Hazırda hər iki şəxsin mal varlığının, indiyədək dövlətdən və himayədarlarından oğurladıqları külli miqdarda vəsaitin dəqiqləşdirilməsi, hara xərclənməsi, ölkə daxilindəki və xaricdəki bütün əlaqələri ciddi şəkildə araşdırılır.


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!