Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
23-08-2022, 19:20
İsrailə göndəriləcək səfiri Ərdoğan özü seçəcək


İsrailə göndəriləcək səfiri Ərdoğan özü seçəcək

Önümüzdəki günlərdə İsrail ilə əlaqələrin normallaşmasını sürətləndirəcəyik. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. "Türkiyə tərəfdən İsrailə göndəriləcək səfir namizədlər artıq hazırdır. Yaxın günlərdə həmin siyahını cənab Ərdoğana təqdim edəcəyik. Deyə bilərik ki, yaxın günlərdə təsdiqlənən adlar bəlli olacaq. İsrailə uyğun olaraq həmin dostumuzu seçəcəyik. Fələstin də bizim İsrail ilə əlaqələrimizin normallşamasını istəyir", - XİN başçısı bildirib.
19-08-2022, 10:56
ŞAİRLİYƏ RÖYANDA BADƏ İÇİB GƏLİRSƏNSƏ,  ÇİLƏSİ AĞIR OLUR

ŞAİRLİYƏ RÖYANDA BADƏ İÇİB GƏLİRSƏNSƏ,
ÇİLƏSİ AĞIR OLUR


“Şeir şairin övladları kimidir. Kitab isə övladların ata-baba evində bayramda toplanmasıdır. Mən də hər kitabım çıxdıqca bayram sevinci yaşayıram”.
İhsan Nazik

Sadə, səmimi, istiqanlı bir insandı. Vəzifəsi şairlik, işi-gücü şeir yazmaqdır, yəni şeir-söz əhlidir. Sərhat Kabaklının təbirincə desək, illahdakı Eləzizdən (Elazığdan) olasan, şeirin, sözün ən uca məkanı Elazizdən. Elazığa bir dəfə ayaq basan adam o dəqiqə hiss edir ki, qədim ənənəsi olan mədəniyyət şəhərinə, ədəb-ərkanı olan, böyüyə-kiçiyə, qonağa-insanlığa dəyər verilən məkandasan. Haqqında bəhs edəcəyim şair İhsan Nazik bəyin dədə-baba yurdunu belə tanıdım.
Yay tətilində il boyu nəzərdə tutduğum, yəni ürəyimdən keçən, amma tədqiqat mövzumdan kənar bir neçə qeyd-məqalələr yazıram. Belə yazılardan biri də Türkiyənin Əziz-El yurdundan (Elazığ) şair İhsan Nazik bəy haqqındadır. 2013-cü ildən indiyə qədər ürəyimdə tutduğum bir qeyd-məqalə yazmağı heç fikrimdən çıxarmadım (tam 9 ildir!). Əslində növbəti görüşlərimizin birində onunla iri bir müsahibə götürüb şeirləri ilə birgə nəşr etmək fikrində idim. Nəhayət, məni tərk etməyən bir yazını başa çatdırmaq qərarına gəldim. Haqqında Gunerkan Aydoğmuşun şairin kitablarına yazdığı ön sözlər, internetdən xırda-para informasiyalar, Elazığdakı şeir şölənindən tanıdığım istedadlı gənc yazar, şair Muhəmməd Yalçın Azizoğlunun rastıma çıxan dolğun bir müsahibəsi və yadımdan qalan detallar. Beləliklə, kifayət qədər məlumatlandım. Ən sonda isə “Can Azərbaycan!” deyə Zəfərdən əvvəl Qarabağ dərdimizə hay verən yeddi bəndlik şeirini gördüm:
Dağlarında gəzərdi ceyran, cüyür,
Neftindən, qazından bərəkətin bol,
Şairin, aşığın hələ coşunca,
Bir başqa gözəlsən, Can Azərbaycan!


Bakının önündə Xəzər dənizi,
Oraya uzanır davamın izi,
Qısqanan qısqansın bu sevgimizi,
Bitsin bu sevdamız, Can Azərbaycan!

İnanıram ki, şair artıq Qələbə soraqlı şeirini də yazmışdır.
Əslən Elazığlı, amma İstanbul – Üsküdar doğumlu şair İhsan Naziki ilk dəfə Elazığda ənənəvi olaraq düzənlənən “Xəzər Şeir Axşamları”nda tanımışdım. 2013-ci ildə keçirilən növbəti “Yunus Əmrə və eşq” mövzulu “20.Beynəl¬xalq Xəzər Şeir Axşamları”na panelçi olaraq dəvət edilmişdim. Şairin “Aşıq Şenlik eşqinə” adlı ikinci şeir kitabı yeni nəşr olunmuşdu, çox sevinirdi. Bir-iki kəlməlik söhbətindən sonra özünü bütünlüklə şeir – poeziya aləminə təslim etdiyini dərk etdim. “Görəsən Azərbaycan oxucusu şeirlərimi bəyənəcəkmi?” – sualı ilə sanki şeirlərinin Azərbaycan mətbuatında dərc olunmasını arzulayırdı. Amma fikrindəkini təvazökarlıq edərək dilinə gətirməmişdi.
“Əslində kitab nəşr etdirməyim təsadüfi bir iş oldu. “Xəzər Şeir Axşamları”nın iştirakçısı olmaq, şeir oxumaq istədiyimi bildirdim. Amma “sənin heç kitabın belə çap olunmayıb, mümkün deyil”. Doğrudur, Elazığ – Harput ətrafında yayımlanan mətbuatda qəzet, dərgi və almanaxlarda dərc olunurdum. Sən demə, kitab işi başqa bir məsələ imiş. Qaydalara əməl etmək amacı ilə qarşıma məqsəd qoydum: doğma şəhərimdə keçirilən bu şeir bayramının – şeir şöləninin iştirakçısı olmalıyam. “Çemrə düşüncə” (2011) adlı ilk kitabımı nəşr etdim, sizə təqdim etdiyim “Aşıq Şenlik eşqinə” (2013) ikinci kitabımdır”.

Belə bir qətiyyətlə yola çıxan şair İhsan bəy sonralar iki şeir şöləninə – 9-cu və 18-ci Xəzər Şeir Axşamlarına rəsmi olaraq qatılaraq şeir oxumuşdur. Kiçik Xəzər qıyısında tək bircə şeir oxumaq bir ayrı zövq, bir ayrı ovqat, bir ayrı bayramdır.
O vaxtdan sonra iki dəfə yenə Xəzər Şeir Axşamlarına – “Yəhya Kamal Bayatlı” və “Əlişir Nəvai” mövzulu şeir şöləninə panelçi olaraq dəvət edildim. Şair İhsan Naziklə yenə görüşdük. Bu dəfə “Sirtimi dayadım koca kayaya” adlı yeni kitabını hədiyyə etdi.
İhsan Nazikin yaradıcılığında ana xətt nədir? – sualının cavabını aramağa ehtiyac olmur. Şeirlərindən görünür ki, şair Türkiyənin dörd bir yanını səyahət edərək ədəbi aləmlə tanış olmaq üstünlüyünü seçmişdi. Getdiyi hər şəhərdən bir boxca şeirlə qayıdıb. Ölkəsinin axarlı-baxarlı mənzərələrini, barlı-bərəkətli dağlarını-bağlarını, tarixin sirr-sehrilə dolu yaddaşını, övliyya türbə və məqbərələrinin ziyarətini, hər bölgədə formalaşan elmin-ədəbiyyatın zənginliklərini misralarına naxış edib. Gördüklərini qələmə almaqla onları həm yaddaşlarda təzələyib, həm də könül eşqini ovsunlayan duyğularına cilov edib.
“Cemre düşüncə” kitabında 32 şeirini toplamışdır. Müxtəlif illərin nümunələridir. Xalq ədəbiyyatına söykənərək “Vətən türküləri”, “Anadolu yollarında şair günlərim” başlıqlı şeir çələnglərində əslində şair tərcümeyi-halını, iç dünyasını, yaşam mücadiləsini, həyatına cızılan-yazılan yolları anladır. Ağır bir tale ilə üzbəüzük. Bu taleyi yaşamaq da çətin, o taleyin yükündən də xəbərdar olmaq, onu dinləmək də çətin. Sonralar, bu kitabın nəşrindən 11 il sonra Muhəmməd Azizoğlu bəylə müsahibəsində o yükün incə məqamına, orta xəttinə şahid oluruq, elə öz söyləməsində: “Okul hayatımda pek olmadı. İlkokulu bitirdim. Öksüz yetim bir cocukdum, ortaokulu dışarıdan qırk bir yaşımda bitirdim. Lakin okuma – yazma aşkım bir professörden daha fazla olmuşdur hayatımda”. “Anne” şeirindən iki bəndi oxuyaq:
Ninnilər, nağıllar söylədin mənə,
Körpəcə canımla bağlıydım sənə,
Bir anda itirdim hər şeyi, niyə?!
Bu ürək hüzünsüz döyünmür, Anne!
Babam vərəm oldu, sən isə dəli,
Bu körpə oğlunun tutuldu dili,
Artıq cəhənnəmdi İstanbul eli
Qədərə ta gücümüz yetmir, Anne!

Buradan o tərəfə olan taleyi yenə misralara səpələnib. Ağrı-acılı, dərəli-təpəli, uçurumlu-yarğanlı, bu qoca dünyada tək-tənha, ürkək baxışla çırpınan zəif ürək … bir insanın çəkə biləcəyindən də artıq hüzn, səksəkə.
Göznuru oğlu Umudu da görmüşdüm. Gözünün qabağında, yanı-başında olardı həmişə. Sanki öz uşaqlığının boş qalan yerlərini doldurmaq istəyirmiş kimi. Bütün valideynlər belə olur. Uşaqlıqda nəyə əli çatmayıbsa onu övladlarına doyunca verməyə cəhd edər.
Əslində çox gənc yaşlarından şeirə könül verən şair Elazığın ustad şairlərinin ədəbi mühitində formalaşaraq yaradıcılığında dönüş yarandığını özü də hiss edirdi. İhsan bəy özünə mənəvi dayaq bildiyi Günerkan Aydoğmuş bəyə, Hadi Önal bəyə və Manas çatısı altında olan bütün qələm əhlinə hər sözündə-söhbətində minnətdarlıq duyğusunu əsirgəmir. Şükürlü insandır. Kitablarının son səhifəsində ona dəstəkçi olan hər kəsə təşəkkür edir, o sırada ömrünü-gününü bəzəyən Gülpərisinə və həyatının Umuduna.

“Aşıq Şenlik eşqinə” – kitabına ön söz yazan Günerkan Aydoğmuş qeyd edir ki, “bu kitab məncə, sayın Nazikin ustalıq əsəridir. Oxuyunca bunları sizlər də anlayacaqsınız. Eyni zamanda bu şeir kitabı İhsan Nazikin oxucularına yurd havalarından süzülüb gələn bir dəstə çiçəkdir”. Aşıq Şenliyin vəfatının 100 illiyi günlərinə ithaf etdiyi bu kitabı ilə aşığın şəninə düzənlənən festivala qatılmış və festivalın mükafatını qazanmışdır. Bu kitabda Çıldırlı Aşıq Şenliklə (1850-1913) yanaşı, Pir Sultan Abdal (1480-1550), Qaracaoğlan (1606-1680), Aşıq Summani Baba (1862-1914), Posoflu Aşıq Zülali (1873-1956), Aşıq Veysəl (1894-1973), Mevlit İhsani (əsil adı Mevlit Şafak; 1928), Aşıq Yaşar Reyhani (1932-2006), Aşıq Səfil Səlimi (əsil adı: Əhməd Günbulud; 1933-2003), Aşıq Murad Çobanoğlu (1940-2005), Aşıq Ənvər Gürkani (1948), Ozan Erol Coşkunoğlu (1963), Ozan Hazani (1964) kimi xalq ədəbiyyatında tanınan, sevilən, ad-sanları dillərdən dillərə, ellərdən ellərə dolaşan ustadlara ithaf şeirləri, hətta “onlarla deyişmələri” uğurlu alınmışdır. Xalq ədəbiyyatına könül bağlaması İhsan bəyin yaradıcılığının ən böyük uğurudur. Şair bu ədəbiyyatın içində sanki özünüdərk mərhələsinə yetmişdi. Ihsan bəy ozan ədəbiyyatının adlarını qeyd etdiyim və etmədiyim klassik sənətkarları ilə “qarşılaşana qədər” onları dərindən öyrəndi, oxudu, əsərlərini incələdi, yaradıcılıq mayasına onlardan götürdüyü elm incilərini qatdı. Günerkan Aydoğmuş ustad gözəl yazmış: “onları oxuyarkən kopyalamadı, özünü tapdı, öz yazı tərzini tapdı”.
Yeri gəlmişkən, Türkiyənin Qars, Ərzurum bölgələrində Aşıq Şenlik və Aşıq Summani Babanın həyatı və yaradıcılığına həsr olunmuş beynəlxalq elmi simpoziumlara məruzəçi kimi dəvət olunmuşdum. Yanılmıramsa, 2013, 2014 –cü illər idi. Bəlkə də İhsan Nazik bəylə ilk dəfə o məclislərdə də qarşılaşmışam.
“Mənim sevdam” (2014) kitabı nəşrə hazırlarkən “düşüncələrim dərin, məsuliyyətim ondan da ağır oldu. Dualara sığındım. Dualar məqamında keçmişimizin ulularına – klsssik şəxsiyyətlər, övliyalar elminə üz söykədim. Ruhumu onların hikmətləri ilə yenilədim”.
“Kürəyimi söykədim qoca qayaya” (2015) kitabındakı şeirləri oxuduğunuz zaman bir şeyin fərqinə daha çox varacaqsınız: onun eyni zamanda Yunus Əmrə ürəkli bir şair olduğunu! Nə yaxşı ki, bu duyğularını şeirlərinə köçürə bilmiş (şairlik istedadı!). “Şeir onun hər zaman sükunətlərə bənd olmuş bir limandır” (Günerkan Aydoğmuş). 72 şeiri toplanmış “Kürəyimi söykədim qoca qayaya” kitabından:
Haqq dostu şairim bir badə içdim,
Sevdayla səsləndim sevincdən uçdum,
Pirim Aşıq Şenlik inancla seçdim,
Sirli aləm tapdım, kim tutar məni.
Şairin inanc yolu, şeir yolu, könül eşqi budur.

“Açılsın qapılar” (2017) kitabında Aşıq Mizani ilə dialoqlar üst qatda yer almışdır.

“Ey telli durnalar” (2018) adlı 6-cı kitabını oxucularına belə bir etirafla paylaşıb: “Mən şeirlərimi ilhamla deyil, elmlə yazıram”. Maraqlı və diqqətçəkən ifadə və ya təqdimat. Elmlə deyəndə yəqin ki, elmin, ədəbiyyatın dərin qatlarının incilərini misralara düzüb. Əslində bu fikrini sonrakı ifadələrində bir az da açıqlayıb: “Burada topluma, gənclərə örnək olaraq Türk ədəbiyyatı ənənəsi müstəvisində yazdığım şeirlərim var. Burada Divan da var, bənd (dördlük) də, qoşma da, səkkizlik də var”. Elazığ adı keçsin deyə bu kitabı yazıram. Elazığlı gənclər şeirlərimi bir yerdə paylaşdığı zaman mənim adımı yox, biz yazdıq desinlər. Mənim qayəm belədir. Mən Aşıq Şenlik məzarını ziyarət etmişəm, badəmi orada içmişəm. hər kəs şeiri başdan yazar, mən aşağıdan başlayıram, yəni tərsdən yazaram. Türkiyədə belə yazan bir tək mənəm, bir də şagirdim Vedat Yılmaz. Belə yazmağı yuxularımda mənə pirlər öyrətdi: “Elazığ mədəniyyətinə, türk mədəniyyətinə xeyirli olsun” – dedilər”. Şair o qədər şeir dünyasına vaqif olub ki, sanki fani dünyanı unudaraq, bütövlükdə şeirin dərinliklərinə, alt qatına keçib. Haqq dünyasının davasındadır. Müasir şeirimizdə belə düşüncələri könülə doldurub, sonra dilə – yazıya almaq cəsarət tələb edir. Çünki şairliyə röyanda badə içib gəlirsənsə, ağır çiləli olur,
“Gül üzlüm” (2018) adlı 7-ci kitabında 80 şeir var, “hamısını 45 gün ərzində yazdım”. İnsan elmli, bir az da şair təbin olunca, bildiklərin yağış kimi misralara tökülür. Burada eşq ünvanı da var, əxlaq elmi də, tərbiyə məktəbi də – yetər ki, dərkin aydın olsun. Hər şeirində poeziyanın dərinliklərinə enmək və onu dilə gətirmək – sözə düzmək cəsarət tələb edir. Özünəinam, özünəgüvən, özünüdərk mərtəbəsinin növbəti qatları bunlardır. Bu kitabında şairin mənəvi dəstəkçisi Enver Gurkaninin adını dilə gətirib.
Günerkan Aydoğmuş hocamız demişkən, o, artıq ustadlıq mərtəbəsini qazanıb. “Şagirdim Vədat Yılmazla dərs çalışmalarında özümü çox rahat hiss edirəm, belə ki, onu öyrədirkən özüm də sanki yenilənirəm”. Elazığ kimi şairlər diyarında bu haqqı qazanmaq elə də asan məsələ deyil: həm də hamının, yəni müasirdaşlarının gözü qabağında böyüyəsən, o mühitdə yazmağı-pozmağı öyrənib baxtını qələmə etibar edəsən, yaradıcılıq dəstxəttinin rəng uyumunu da Manasda formalaşdırasan. Bütün bu qeydlər İhsan Nazik bəyin şairlik ömrünə Azərbaycandan bir naxış olsun deyə yazdıq.

P.S. son bir informasiya rastıma çıxdı, oxudum üzüldüm: şairin ömür-gün yoldaşı – Gülpərisi fani dünyadan haqq dünyasına köçüb. Mərhumun toprağı yumşaq olsun. Şairə allahdan səbr diləyirik.

Almaz Ülvi Binnətova
filologiya elmləri doktoru
Bakı, avqust



16-08-2022, 21:41
Türkiyə ordusu şəhid verdi - 4 əsgər yaralandı


Türkiyə ordusu şəhid verdi - 4 əsgər yaralandı

Türkiyənin Şanlıurfa vilayətində yerləşən Çiçəkalan Sərhəd Polis Məntəqəsinə terrorçular tərəfindən hücum edilib. Hadisə bir əsgər şəhid olub, dörd hərbçi yaralanıb. Bu barədə Şanlıurfa valisi Salih Ayhan bildirib. Onun sözlərinə görə, hadisə Şanlıurfanın Birecik rayonunda baş verib. Vali yaralı əsgərlərin vəziyyətinin qənaətbəxş olduğunu söyləyib. Türkiyənin Milli Müdafiə Nazirliyindən isə bildirilib ki, terrorçular tərəfindən türk əsgərlərinə qarşı minaatanla hücum olub. Bölgədə aşkarlanan hədəflər dəqiq atəşlə dərhal vurulub. İlkin məlumata görə, 13 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir.
16-08-2022, 16:24
FETÖ-çülərə qarşı əməliyyat - 14 hərbçi tutuldu


FETÖ-çülərə qarşı əməliyyat - 14 hərbçi tutuldu

Türkiyə ordusunda FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçuların saxlanılması istiqamətində növbəti əməliyyat keçirilib. Butov.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən üç vilayətdə keçirilən əməliyyatlar zamanı terror təşkilatları ilə əlaqədə olan 14 hərbçi saxlanılıb. Şübhəli şəxslərin terror təşkilatının gizli xəbərləşmə platforması olan taksofon-bufet telefonlarından istifadə etdikləri müəyyən olunub. Hazırda təşkilatın digər üzvlərinin də saxlanılması üçün əməliyyatlar davam etdirilir.
15-08-2022, 17:41
Türkiyə rəsmiləri “F-16” almaq üçün ABŞ-a gedib


Türkiyə rəsmiləri “F-16” almaq üçün ABŞ-a gedib

Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndə heyəti “F16” qırıcılarının tədarükü və modernləşdirilməsinə dair danışıqları davam etdirmək məqsədilə ABŞ-a səfər edib. Məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb. Qeyd edilib ki, iki ölkənin hərbi-texniki heyətləri 2021-ci ilin fevral, 2022-ci ilin mart aylarındakı görüşlər daxil olmaqla, üç dəfə Türkiyədə görüşüblər.
15-08-2022, 15:18

Trabzonun fəthi münasibəti ilə Kadırğada möhtəşəm yürüş təşkil edildi



Bildiyimiz kimi, qardaş Türkiyəmizdə Trabzonun fəthi hər il təntənə ilə qeyd olunur.
Bü münasibətlə Trabzonda yüksək səviyyəli rəsmi tədbirlər, yürüş və ziyarətlər həyata keçirilir. Bu il də Trabzonun fəthinin 561-ci ildönümü TÜRKAV tərəfindən böyük coşqu ilə qeyd olundu. Belə ki, ənənəvi olaraq hər il 15 avqust tarixindən əvvəlki cümə günü düzənlənən "HER YIL BURADA OLACAĞIZ" devizli tədbir bu il avqustun 12-sinə təsadüf etdiyi üçün həmin gün Trabzonun Kadırğa yaylasında TÜRKAV tərəfindən yürüş təşkil olundu. Mehteran ( Yeniçəri Türk əsgəri) dəstələrinin müşayiəti ilə iştirakçılar tədbirin keçiriləcəyi məkana gəldilər. Tədbiri giriş sözü ilə açan TÜRKAV rəhbəri, Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Trabzon təmsilçisi Kenan Kuru belə bir önəmli tarixi gündə tədbirə qatılan hər bir kəsə minnətdarlığını bildirərək göstərdikləri duyarlılıq üçün təşəkkür etdi. TÜRKAV rəhbəri qeyd etdi ki, bu gün tarixin gerçəkliyini günümüzə daşımaq önəmli yer tutmakdadır. Birliyimiz tarixdə olduğu kimi, bu əsrdə də Türk millətini birləşdirən iradənin adını ifadə edir. Türk dövlətləri, eləcə də Türk milliyətçiləri Türk dünyasındakı müstəqillik və azadlıqları uzun müddətdən bəri arzu etməkdə idilər. Qazi Mustafa Kamal ATATÜRKün Türk dünyası hakkında işarət etdyi məqamlar Türkiyədə və Türk dünyasında reallaşmaqdadır. 2021-ci ilin noyabr ayında Türkiyənin Cümhur başqanı R.T.Erdoğanın dəvətiylə müstəqil Türk cümhuriyyətləri İstanbulda toplanmış, Türkcə Danışan Dövlətlər Birliyinin adını dəyişərək Türk Dövlətləri Birliyi adlandırmış, məqsədi ulu Turan olan böyük bir Türk birliyini formalaşdırmışlar.

Türk dünyasının siyasi, mədəni, elmi, sosial və digər sahələrdə birliyini daha da gücləndirmək, Türk milli mənəviyyat və xarakterini bir bütöv halında gələcəyə ötürmək məqsədilə görülən işlər sırasında TÜRKAVın gördüyü işlərin, o cümlədən "HER YIL BURADA OLACAĞIZ" devizli tədbirlərin də xüsusi əhəmiyyəti olduğunu vurğulayan Kenan Kuru tədbirdə iştirak edən dövlət rəsmilərinə, bələdiyyə rəhbərləri, elm, sənət adamlarına və bütün iştirakçılara təkrar minnətdarlığını bildirdi, bu həmrəyliyin Türk dünyasının gələcəyi baxımdan çox böyük önəm daşıdığını vurğuladı.

Daha sonra Trabzonun quruluşundan bu günə qədərki önəmli tarixlərə diqqəti yönəldən Kenan bəy Türk tarixində çox böyük rol oynayan Fatih Sultan Mehmetin bilinməyən yollarla, ən ağır şərtlərdə Trabzona daxil olduğunu, gördüyü işlərə və xidmətlərinə görə hər zaman minnət duyulan şəxslərdən biri kimi xatırlandığını, daim rəhmətlə anıldığını bildirdi. Trabzon tarixindəki 8 dövrdən ən önəmlilərinin Trabzonun Sultan Mehmet tərəfindən fəthi və Cünhuriyyətin qurulmasından sonrakı dövr olduğunu deyən TÜRKAV rəhbəri ürəyində Vətən duyğusu, Türklük şüuru, millət sevgisi, Şəhidə minnət, Qaziyə hörmət, əcdada vəfa kimi dəyərləri yaşadan hər bir kəsin Türk tarixində rolu olan insanları hörmətlə yad etməli olduğunu vurğuladı. Kadırğadakı açıq hava məbədinin Türkiyədə xüsusi iz buraxdığını qeyd edən Kənan bəy bu məbədi yaradanlara və açıq hava ziyarətini gerçəkləşdirən hər bir kəsə minnətdarlıq etdiyini bildirdi.

O, haqlı olaraq qeyd etdi ki, Türk milliyətçiliyində insana sevgi, əcdada bağlılıq, tarix və dövlətçilik ənənələrində şərəfli mövqeyini mühafizə etmək gücü vardır. Elə 1461-ci ildə fəth olunan Trabzonda Kabaktepe, Harmantepe və digər şəhidliklərdə uyuyan türk qəhrəmanlarının hər zaman anılması da milli şüur və təfəkkürlə əlaqədardır. Türk tarix və əsalətində Bilgə Kağan öyüdü, Dədə Qorqud nəsihəti, Yunis İmrə sevgisi, Fatih Sultan Mehmet uzaqgörənliyi, Atatürk öndərliyi, Bağbuğ çağırışı, liderin yolgöstərənliyi vardır. Türk dövlətlərinin dünyanın lider dövlətləri sırasına çıxması yönündə TÜRKAV da öz fəaliyyətini genişləndirməkdədir.
15 avqust 2022-ci il tarixində qeyd olunacaq fəthin bəxtiyarlığı içindəyik. Trabzon Valiliyinin öncülüyündə ilk dəfə 15 Avqustda fəth gününü qeyd edəcəyik.
Belə bir önəmli gündə Vətəni Vətən edən şəhidlərimizi, tariximizdə xüsusi yer tutan şəxsiyyətlərimizi bir daha rəhmətlə anır, ruhlarının şad olmasını təmənna edirik.



Rasafil Bayramov
ATXQ İB-nin Mətbuat xidmətinin rəhbəri,
ATA tv və İctimai Xəbər Agentliyinin baş direktoru,


Yeganə Qəhrəmanova
Filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun dosenti, ATXQ İB-nin həmsədri, İctimai Xəbər Agentliyinin direktoru
11-08-2022, 21:33
Çavuşoğlu Ermənistanı səmimi olmağa çağırdı


Çavuşoğlu Ermənistanı səmimi olmağa çağırdı

"Ermənistanla normallaşma prosesində bəzi addımlar atılıb". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O bildirib ki, Ermənistanla normallaşma prosesi Azərbaycanla koordinasiyalı şəkildə aparılır. "Ermənistanda bundan bir az narahat olurlar, amma biz şəffaf ölkəyik. Normallaşma prosesi ikitərəfli olsa da, bütün Cənubi Qafqazın sabitliyi üçün hamının addım atması lazımdır”, - deyə nazir qeyd edib. Türkiyə XİN başçısı Ermənistanı prosesdən yayınmamağa, səmimi olmağa çağırıb.
10-08-2022, 21:41
İraqda 5 terrorçu zərərsizləşdirildi


İraqda 5 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusu daha 5 terrorçunu zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, İraqın şimalında terrorçulara ağır zərbə endirilib. Nazirlik bölgədə əməliyyatın davam etdiyini vurğulayıb.
9-08-2022, 20:05
Prezidentlər “Qisas” əməliyyatını müzakirə edəcək


Prezidentlər “Qisas” əməliyyatını müzakirə edəcək

Türkiyənin Konya şəhərində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçiriləcək. Bu barədə "Haber Global" məlumat yayıb. Prezidentlərin görüşündə Ermənistanın Qarabağda törətdiyi son təxribatlar, Azərbaycan Ordusunun buna cavab olaraq həyata keçirdiyi “Qisas” əməliyyatı barədə müzakirələrin aparılması gözlənilir. Bundan əlavə, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlardakı son durum, enerji təhlükəsizliyi və digər vacib məsələlərin müzakirə olunacağı bildirilir.
8-08-2022, 21:28
Suriyada terrorçuların son bölgələrini təmizləyəcəyik - Ərdoğan


Suriyada terrorçuların son bölgələrini təmizləyəcəyik - Ərdoğan

Suriyada terrorçuların olduğu son bölgələr də yaxın vaxtlarda Türkiyə tərəfindən təmizlənəcək. Butov.az xəbər verir ki, bunu Ankarada səfirlər qarşısında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Terrora qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. Cənub sərhədləri boyunca 30 kilometr dərinlikdə təhlükəsizlik zonası yaratmaq qərarımız dəyişməz olaraq qalır. Ümid edirəm ki, yaxın vaxtlarda Suriyada terror təşkilatının gizləndiyi son ərazini də təmizləyəcəyik və təhlükəsizlik kəmərinin halqalarını birləşdirəcəyik”, - deyə Ərdoğan qeyd edib. İyunun 1-də Madriddə NATO sammitindən qayıtdıqdan sonra Ərdoğan bildirib ki, Türkiyə hər an Suriyanın şimalında yeni yeni hərbi əməliyyata başlamağa hazırdır. O, əməliyyatın əsas məqsədinin 2019-cu ilin oktyabrında “Sülh çeşməsi” əməliyyatından sonra yaradılmış təhlükəsizlik zonasını genişləndirmək olduğunu bildirib. Ərdoğan sözlərinə görə, ABŞ və Rusiya sərhəd bölgəsində belə bir təhlükəsiz zona yaratmaq öhdəliyini yerinə yetirmədiyi üçün Türkiyə Suriyanın şimalında milləti və yerli əhalinin müdafiəsi üçün əməliyyat keçirməyə hazırdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!