Prezident Laçın şəhərinin Baş planıyla tanış oldu .....                        Sizi həm qayıtmağınız, həm də bayram münasibətilə təbrik edirəm .....                        Muharrem İnce Ankarada səsverməyə qatıldı .....                        Əgər bu razılaşmanı pozursunuzsa, acısını özünüz çəkəcəksiniz - Prezident .....                        Rusiya Zəngəzurda konsulluq açacaq .....                        Beynəlxalq təşkilatlar mövqeyimizlə tamamilə razılaşıblar - İlham Əliyev .....                        Bu gün Qarabağda istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var .....                        Kılıçdaroğlu prezident seçkilərinin ikinci turunda səs verdi .....                        Sabahın hava proqnozu .....                       
12-07-2022, 12:59
F-16-lar verilməsə, Türkiyə bu addımı atacaq


F-16-lar verilməsə, Türkiyə bu addımı atacaq

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü olan 35 senatorun Baydenə Türkiyəyə F-16 qırıcı təyyarələrinin verilməməsi haqqında məktubunu ölkəmizə qarşı olan qrupların, lobbi mərkəzlərinin fəaliyyəti kimi dəyərləndirirəm. Bu sözləri açıqlamasında Türkiyənin Qaziantep Universitetinin müəllimi Əli Fuad Gökçə deyib. Alimin sözlərinə görə, Bayden F-16 qırıcılarının verilməsi qərarından imtina etsə, Türkiyə də İsveç və Finlandiya ilə bağlı lazımi addımları atacaq:
“Baydenin Madriddə Ərdoğanla görüşü zamanı F-16-ların Türkiyəyə verilməsi ilə bağlı razılıq əldə olunub. Ölkəmizə verilən söz yerinə yetirilməlidir. Lakin buna mane olmaq üçün yunan lobbisi və Cənubi Kipr birlikdə ABŞ Konqresində iş aparır. Yunanıstan mediasında verilən xəbərlər və aparılan kampaniya da bunun təzahürüdür.
Təyyarələrin verilməməsi halında Vaşinqton Ankara kimi güclü bir müttəfiqi qarşısına almış olacaq. Çünki Türkiyə bu məsələdə çox ciddidir və F-16-ların verilməsi məsələsi ölkəmizin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılığı qarşısında irəli sürdüyü şərtlərdən biridir. Madriddə imzalanan memorandum hələ Türkiyə Böyük Millət Məclisində təsdiq edilməyib. Cənab Ərdoğanın da vurğuladığı kimi, verilən sözlər yerinə yetirilməsə, TBMM İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə “yox” deyəcək”.
10-07-2022, 11:34
Akardan Qarabağ mesajı
30 ildə Minsk Qrupu 30 kəlməlik iş görmədi

30 ildə Minsk Qrupu 30 kəlməlik iş görmədi

Türkiyə Azərbaycanla bir ordu halında fəaliyyət göstərir.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Haber Global” telekanalı əməkdaşının 44 günlük müharibədən sonra Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı sualını cavablandırarkən deyib:
“Azərbaycan bizim qardaşımızdır. Bu mövzuda kimsənin tərəddüdü olmasın. Biz həqiqətən də iki dövlət, bir millətik. Xüsusilə də biz 44 günlük uğurlu əməliyyatdan sonra azərbaycanlı qardaşlarımızla demək olar ki, bütövləşdik. Bu məsələdə biz gerçəkdən illərlə azərbaycanlı qardaşlarımızın bütün iztirablarını hiss etdik. 30 ildən bəri ATƏT-in Minsk qrupu və başqaları Azərbaycan torpaqlarının işğaldan azad edilməsində 30 kəlməlik iş görmədi. Bir milyondan çox qaçqın olmasına, Xocalı və başqa soyqırımların baş verməsinə, torpaqların 20 faizinin işğal edilməsinə baxmayaraq heç bir şəkildə heç kim tükünü tərpətmədi. Lakin baş verənlərlə bağlı iki məqam da var. Birincisi, Azərbaycan tək deyil. İkincisi oradakı qardaşlarımızın “yetər artıq” deməsi ilə Azərbaycan fəaliyyətə başladı. Cənab İlham Əliyevin liderliyi ilə toparlanan, çalışan Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində böyük zəfərlə yanlış hesabları yoluna qoydu”.
Nazir bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra da iki ölkənin əlaqələri dərinləşərək genişlənir:
“İki ordu təlimlər keçirir, müdafiə sənayesi sahəsində əməkdaşlıq, işlər davam edir. Tək ordu halında fəaliyyət göstəririk. Ərazilərin minalardan təmizlənməsi istiqamətində əlimizdən gələni edirik”.
Nazir Azərbaycanla Türkiyənin birgə fəaliyyətinin üçüncü tərəfə qarşı olmadığını deyərək, əlavə edib:
“İki ölkənin əməkdaşlığı üçüncü dövlətə qarşı deyil. Əksinə, bu, Cənubi Qafqazın təhlükəsizliyi üçündür. Bu, regionda hər kəsin xeyirinədir”.
9-07-2022, 21:08
Özbəkistanda Qaraqalpaq hadisələri ilə bağlı 14 nəfər saxlanılıb.

Qaraqalpaq hadisələrinin təşkilatçıları saxlanıldı

Özbəkistanda Qaraqalpaq hadisələri ilə bağlı 14 nəfər saxlanılıb.
Bu barədə Özbəkistan Baş Prokurorluğu məlumat yayıb.
“Ölkə Konstitusiyasında Qaraqalpaq Muxtar Respublikasının statusu ilə bağlı bəzi maddələrə dəyişiklik edilməsi haqqında təkliflərin gündəmə gəlməsindən sonra 1-2 iyul tarixlərində Nukusda qanunsuz nümayişlər baş tutub. Qanunsuz aksiyalarda konstitusiya quruluşunu devirməyə cəhd ittihamı ilə 14 nəfər saxlanılıb. Saxlanılanlar arasında qanunsuz nümayişi təşkil edənlər - Dövlətmurad Tacimuradov və Əzəmət Turdanov da var.

Hazırda sözügedən hadisələrlə bağlı ilkin araşdırmalara başlanılıb”, - məlumatda bildirilib.
8-07-2022, 08:17
Tarixi köklərə bağlı Azərbaycan-Özbəkistan dostluğu


Tarixi köklərə bağlı Azərbaycan-Özbəkistan dostluğu

Azərbaycan-Özbəkistan dostluğu tarixi köklərə bağlıdır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qardaş ölkəyə son rəsmi səfərindən, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə görüşündən sonra bu dostluq yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Yazıçılar Birliyinin dəvəti və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycana gəlmiş Özbəkistan Yazıçılar Birliyinin üzvləri, şair-tərcüməçi, Daşkənd İnsan Hüquqları İnstitutunun direktoru Gülzirə Şəripova, Filologiya üzrə fəlsəfə doktoru, millət vəkili, pedaqoq Gülbahar Səid Qani və tətcüməçi Güllalə Ruziyeva ilə universitetlərdə, Yazıçılar birliyində görüşlər keçirildi.
24 iyun, 2022-ci il tarixində AYB-nin Natəvan klubunda, AYB-nin sədri, hörmətli Xalq Yazıçısı Anar müəllim Gülzira xanım Şaripovanı AYB-nin fəxri üzvlüyünə qəbul edilməsi münasibətilə təbrik etdi. Hörmətli Gülzira xanımı yazıçı və şair dostları ürəkdən təbrik edərək, yaradıcılığında uğurlar arzuladılar. Özbəkistan Respublikasından ölkəmizə səfər edən xanım yazarlar yazıçı, filologiya üzrə fəlsəfə doktoru, Beynəlxalq Radionun direktor müavini Natəvan Dəmirçioğlunun qonağı oldular. Hörmətli qonaqlardan Gülzirə Şəripova, Güllalə Ruziyeva 29 iyun, 2022-ci il tarixində “Mədəniyyəy TV“ nin canlı efirində və Respublika Radiosunda - 105 FM də “Bizdən sonra”verlişində çıxış edərək Azərbaycan-Özbəkistan dostluğundan, ədəbiyyatlarımızın qarşılıqlı əməkdaşlığından, Azərbaycanın 44 günlük Vətən Müharibəsində bizi necə dəstəklədiklərindən danışdılar, Zəfərlə bağlı xalqımızı təbrik etdilər .

Özbəkistanlı qonaqlarla Sumqayıt Poeziya Evində də görüş keçirildi.
Görüşdə şəhərin ədəbi mühitinin tanınmış simaları, jurnalistlər və paytaxtdan gələn qonaqlar iştirak etdilər. Tədbiri giriş sözü ilə Poeziya Evinin direktoru, şair-tərcüməçi İbrahim İlyaslı açaraq qonaqları salamladı, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri haqqında geniş məlumat verdi, soy-kökü eyni olan millətin dostluğu, birliyi, həmrəyliyi üçün ədəbiyyatın, poeziyanın ən yaxşı təbliğat vasitəsi olduğunu vurğuladı.
Tədbirdə iştirak edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxışında qeyd etdi ki, xalqlarımız arasında qarşılıqlı mədəni əlaqələrin qurulması, inkişaf etdirilməsi olduqca əhəmiyyətli və vacibdir. Sonra Gülzirə Şəripovaya və Gülbahar Səid Qaniyə Poeziya Evinin "Fəxri qonağı” diplomu təqdim edildi.

Tədbirdə qonaq qismində iştirak edən Natəvan Dəmirçioğlu “Arzularımızın şəhərləri var. Bunlar Bakı, Təbriz, Dərbənd, ulu Əmir Teymurun uyuduğu Səmərqənd və sair şəhərlərdir” dedi, diqqəti tarixi birliyimizə, Nizami Gəncəvidən bəhrələnən Əlişir Nəvai ilə inkişaf edən, Qafur Qulam və Səməd Vurğun dostluğu ilə davam edən ədəbi əlaqələrimizdən danışdı. Hazırda Gülzirə Şəripovanın onun iki hekayəsini qardaş Özbək dilinə çevirdiyinə görə tərcüməçiyə təşəkkürünü bildirdi.

Şair, həkim Nazilə Gültac çıxışında “Könül yolçuluğu” platformu yaratdığını, məqsədi türk dövlətlərinin ziyalılarını, yazarlarını, elm xadimlərini, mədəniyyət adamlarını bir-birinə tanıtmaq, təbliğ etmək olduğunu qeyd etdi. Vurğuladı ki, dünyanın əmin-amanlığı üçün könül insanlarına-sənətkarlara ehtiyacı var.

"Manevr.az" Media Qrupunun rəhbəri Namiq Dəlidağlı öz növbəsində Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən danışdı, gələn qonaqlara diplom və xatirə hədiyyələri təqdim etdi. Qələm sahiblərindən Ofeliya Babayeva, Rafiq Oday, Hümbət Quliyev, Almaz Sahilə, Aida Eyvazlı, Gülnarə Cəmaləddin, Əli Nəcəfxanlı, Gülbahar Haqverdiyeva, Xatirə Fərəcli, Şahməmməd Dağlaroğlu, Aləm Kəngərli, Asif Asiman, Mədaxil Cavadlı və başqaları qardaş ölkə şairlərinin Azərbaycana təşrif buyurmasından sevindiklərini bildirib, öz şeirlərini səsləndirdilər.

Sonda özbək qonaqlar yaradıcılıqlarından nümunələr söyləyib, Azərbaycan ədəbiyyatını, mədəniyyətini ürəkdən sevdiklərini, görüşdən çox məmnun qaldıqlarını ifadə etdilər.
Sonda hörmətli qonaqlar Xəzər dənizinin sahilində təbiəti seyr edərək, ümidvar olduqlarını bildirdilər ki, bu görüşlərin sayı çox olacaq, Azərbaycan-Özbəkistan dostluğu daha da sıxlaşacaq.

(Şəkillər Şakir Rəhmanındır)
27-06-2022, 12:24
Üç ölkənin nazirləri Zəngəzur dəhlizini müzakirə edib

Üç ölkənin nazirləri Zəngəzur dəhlizini müzakirə edib
Bu gün Bakı şəhərində üç qardaş ölkənin xarici işlər və nəqliyyat üzrə məsul nazirlərinin görüşünü yüksək qiymətləndiririk.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşünə dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, görüşdə Zəngəzur dəhlizi də müzakirə olunub.
"Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr var. Amma ilk dəfə olaraq üç ölkə arasında nəqliyyat sahəsi üzrə fikir mübadiləsi aparıldı. Yük daşımalarına diqqət yetirdik. Boğazların genişləndirilməsi və digər nəqliyyat sahəsində yeni imkanlar nəzərdən keçirildi. Türk Dövlətləri Təşkilatı və digər mövqelərdə birgə çıxış diqqətə çatdırıldı. Azərbaycan tərəfi olaraq Şərqi Zəngəzurda aparılan quruculuq işləri, Zəngəzur dəhlizinin əhəmiyyətini vurğuladıq. Bu məsələ onlar tərəfindən müsbət qiymətləndirildi", - deyə XİN başçısı vurğulayıb.
26-06-2022, 23:21
Çavuşoğlu Bakıya gəldi

Çavuşoğlu Bakıya gəldi
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya gəlib. Bu barədə Türkiyənin XİN rəhbəri "Twitter" hesabında paylaşım edib.
“Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin ilk toplantısında iştirak etmək üçün Bakıdayıq”, - Çavuşoğlu bildirib.
26-06-2022, 20:39
Nazirlər Bakıda TOPLAŞIR


Nazirlər Bakıda TOPLAŞIR

Sabah paytaxt Bakıda Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş üç ölkəni maraqlandıran məsələlərdə mövcud koordinasiyanı gücləndirmək və qarşılıqlı fayda əsasında regional əlaqələri genişləndirmək məqsədi daşıyır.
Bundan əlavə, görüşdə üçtərəfli və regional əməkdaşlığın müzakirə edilməsi nəzərdə tutulub.
26-06-2022, 14:48
Ərdoğanın baş müşaviri Azərbaycanı təbrik etdi

Ərdoğanın baş müşaviri Azərbaycanı təbrik etdi
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib.
Bu barədə Y.Topçu telekonfrans vasitəsilə edilən çıxışında deyib.
"Azərbaycanın müzəffər ordusunun 26 İyun - Silahlı Qüvvələr Günü mübarək olsun. Biz Azərbaycan və Ermənistanın sülh addımlarını dəstəkləyirik və regionun təhlükəsizliyi və rifahı naminə hər sahədə həmrəyliyimizi möhkəmləndirməyə davam edirik", - deyə Y.Topçu bildirib.
24-06-2022, 15:21
Əliyevin Daşkənd səfərinə Türkiyədən baxış

Əliyevin Daşkənd səfərinə Türkiyədən baxış

Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Ərolun sözlərinə görə, iki qardaş ölkənin əməkdaşlığı xüsusilə türk dünyası üçün strateji önəm kəsb edir:
“İmzalanan müqavilələr və Bəyannamə Azərbaycan və Özbəkistan aralarındakı əməkdaşlığı regional, beynəlxalq layihələrlə genişləndirmək, strateji şəkildə çoxşaxəli bir səviyyəyə yüksəltmək və dərinləşdirmək məqsədi güdür. Bu baxımdan iqtisadi, turizm, texnologiya, sənaye, yük və sərnişin daşınması, nəqliyyat dəhlizləri və müdafiə sənayesi başda olmaqla, qeyri-qanuni miqrasiya ilə mübarizə, ətraf mühit, neft və qaz kimi sahələrdə əməkdaşlıqdan, kənd təsərrüfatından tekstil sektorlarında əməkdaşlığa qədər olan sahələri özündə əks etdirən müqavilələr güclü inkişafı təmin edəcək önəmli addımlardır. Səfər zamanı xüsusilə logistika, daşınma və dəhlizlər məsələsində Çindən Avropaya Xəzər üzərindən uzanan dəhlizin, Orta Asiya və Qafqaz dövlətlərinin əməkdaşlığının, Orta Dəhlizin inşasının əhəmiyyətinin vurğulanması diqqətçəkən məqamlardandır.
Digər tərəfdən Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra təhlükəsizlik problemləri ilə bağlı narahatlıqların artdığı, geosiyasi zəlzələlərin meydana gəldiyi bir vaxtda hər iki lider qlobal sülhün bərqərar edilməsi üçün regiona çağırış edir və konkret layihələrlə sözügedən istiqamətdə öz mövqelərini sərgiləyirlər. Burada dövlətlərin ərazi bütövlüyü, suverenliyi, unitar quruluşları və müstəqilliklərinin qorunmasını əsas götürən xarici siyasət yanaşması çox əhəmiyyətlidir. Azərbaycan və Özbəkistan imzalanan müqavilələrlə müstəqilliyin qorunması istiqamətində qətiyyətlərini ortaya qoyur, mümkün təhdidlərə qarşı birlik mesajı verirlər. Özbəkistan Qarabağ məsələsində hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Cənab Əliyev də Özbəkistanda çıxışları zamanı bunu xüsusi qeyd etdi. Bildirmək istəyirəm ki, bu səfər Qafqaz, Orta Asiya və türk dünyası başda olmaqla, xaos, toqquşma və müharibələrə qarşı çoxtərəfli iqtisadi, ticarət, sosial, mədəni əməkdaşlıqları əsas götürən addım kimi tarixə düşdü”.
22-06-2022, 17:54
Qardaş ölkələr "Anlaşma Memorandumu” imzalayıblar

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında "Anlaşma Memorandumu”nu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev imzalayıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!