29 İyul, 2024- cü i, Beynəlxalq Muğam Mərkəzində- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan bəhs edən '' Buğra tələsi'' kitabının təqdimatı və anadan olmasının 29 -cu ili münasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı açaraq şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan danışıb və kitab haqqında məlumat verib. Kitabın müəllifi Ötərxan Eltacdır.
Vətənimizin azadlığı, bütövlüyü, suverinliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Dövlət himni səsləndirilib.
Söz Mirvarid Dilbazi Poeziya Məclisinin sədr müavini Vüsal Sehranoğluna verildi. O, qeyd etdi ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qalib gəldiyi 44 günlük vətən müharibəsində qəhrəmanlıq göstərən, şəhidlik zirvəsinə ucalan Zaur İsmaylzadədən bəhs edən kitab gənclərə bir örnəkdi.
Tədbirdə kitabın müəllifi - AZTV- nin əməkdaşı, hərbi jurnalist Ötərxan Eltac, kitabın redaktoru pedaqogika elmləri doktoru, professor, əməkdar müəllim Pirəli Əliyev, Dədə Ələsgər Ocağı İB-nin sədri Xətai Ələsgərli, Xətai rayon Ağsaqllar Şurasının sədri, şəhid atası Mürvət Əzizov, şair Brilyant Atəş, şəhid bacısı, şair Lalə İsmayıl, Əməkdar Mədəniyyət işçisi , aşıq Solmaz Kosayeva, Nənə qızlar ansamblı, bəstəkar Yaqut Almaz, gənc müğənni Arif Mehmandost, şəhid ailələri, qazilər, ziyalılar, jurnalistlər, şairlər, müğənnilər, şəhidin yaxınları, doğmaları çıxış etdilər.
Məclisin üzvü Zülfiyyə İsmayılova şəhid Zaur İsmayılzadənin anasına- Azərbaycan xanımlarının simvolu olan ipək kəlağayı hədiyyə verdi.
Şəhid haqqında video-çarx nümayiş olundu.
Tədbirin davamıı Lənkəranda oldu.
30 iyul, 2024-cü iildə Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkilatçılığı ilə şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan bəhs edən ''Buğra tələsi'' kitabının təqdimatı və anadan olmasının 29-cu il münasibəti ilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisinin sədri Güllü Eldar Tomarlı açaraq, şəhid Zaur İsmayılzadənin qəhrəmanlıq yolundan danışdı. Şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı. Dövlət himnimiz səsləndirildi.
Lənkəran şəhər İcra başçısının müavini Ülviyyə Əliyeva bizi birliyimizə, bütövlüyümüzə qovuşduran qəhrəman oğulların şücaətindən, dövlətin şəhid ailələrinə diqqət və qayğısından söz açdı.
Zaur İsmayılzadədən bəhs edən video-çarx göstərildi.
Kitabın müəllifi Ötərxan Eltac, Əməkdar Mədəniyyət işçisi, aşıq Solmaz Kosayeva, Brilyant Atəş, Mübariz Süleymanlı, Rafiq Abbasov və neçə-neçə söz sahibi çıxış etdi.
Güllü Eldar Tomarlı sonda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Lənkəran Şəhər İcra Hakimiyyətinə və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib.Tədbir başa çatdıqdan sonra şəhidin məzarı ziyarət olundu.