Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 7-12-2018, 09:05
Quranın xoşa gələn hissəsinə deyil, hamısına əməl etmək lazımdır
Cahillik, çox vaxt insana Quranla istədiyi kimi əlaqə yaratmağa imkan vermir. Halbuki, Quranı tanımaq və hansı məqamda qərar tutmağını bilmək - biz müsəlmanlar üçün vacibdir. "(Din və səmavi kitab) elm(i) verilmiş kəslər gördülər və bildilər ki, Rəbbin tərəfindən sənə nazil olan haqdır və (O) qüdrətli, həmd olunmuş Allahın yoluna yönəldir". ("Səba" 6).
Quranı inkar etmək insana xarlıq və zillət gətirər. "(Lakin) yenə elə bir-birinizi öldürən, özünüzdən olan bir dəstəni onlara qarşı bir-birinizə günah və itaətsizlik üzündən kömək etməklə öz yurdlarından (qovub) çıxaran və (bununla belə) onlar əsir halında sizin yanınıza gələndə fidyə verərək onları azad edən də elə sizsiniz, halbuki onları (müharibəyə) çıxartmaq sizə (elə əvvəldən) haram idi.
Deməli siz kitabın (Tövratın hökmlərinin) bir hissəsinə iman gətirib, digər bir hissəsinə kafir olursunuz?! (Müharibə etmək və qovub-çıxarmağın haram olmasını rədd, öz dindaşlarınızın azad edilmələrinin vacibliyini isə qəbul edirsiniz?!) Buna görə də, sizdən belə iş görənlərin cəzası dünyada xarlıq və zillətdən başqa bir şey deyildir. Qiyamət günü isə (onlar) ən şiddətli bir əzaba tərəf qaytarılacaqlar. Allah, etdiklərinizdən xəbərsiz deyildir". ("Bəqərə" 85).
Yəni, Allahın hökm və kəlamlarını qəbul etmək zəruridir. Ona görə şəkk və şübhə etmək insanı həm dünyada və həm də axirətdə zəlil edər. Necə ki, yəhudiləri etmişdir.
Yəhudi dinində adətən onun davamçıları dinə o qədər əməl edirdilər ki, həyatları ilə uyğun gələrdi və onlara fayda verərdi. Ancaq o yerdə ki, onların istəklərinə zidd olardı, bu zaman peyğəmbərlərini (ə) inkar edərdilər və ya şəhid edərdilər. "Həqiqətən, Biz Musaya (səma) kitab(ı) verdik və ondan sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aydın dəlillər əta etdik və onu Ruhul-Qudusla qüvvətləndirdik. Bəs nə üçün hansısa bir peyğəmbər sizə ürəyinizə yatmayan bir şey gətirəndə təkəbbür göstərdiniz, bir dəstəni təkzib edir, bir dəstəni isə öldürürdünüz?!". ("Bəqərə" 87).
Müsəlmanlar bilməlidir ki, bu uca səma kitabı onları hidayət etmək üçün gəlmişdir. Ona görə də buyurduqlarının hamısı haqdır. Hər kim öz mənfəətini güdüb ancaq ona sərf edənə əməl və qalanlarını inkar edərsə, zəlil və xar olar. (Həvzəh)
Çünki Quran bütün ayə və surələri ilə insanı səadətə çatdırar. Onun elə bir ayəsi yoxdur ki, insanlığa ziyan vermək üçün nazil olsun.

(Deyerler.org)


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!