Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 24-10-2014, 22:03

Rəhman və Rəhim Allahin adı ilə

Həzrəti Huseyn (ə) şəhadəti

Haqq dini dərk etməyəndən nə ləyaqətli rəhbər, nə də layiqli vətəndaş olar. 

Əslində Haqq din İlahi əmanət kimi çox məsuliyyətli və şərəfli bir yükdür. Bu müqəddəs yükü çiyinlərinə götürənlər isə müqəddəs şəxsiyyətlərdir, Onların çəkisi də Haqq dinin çəkisi qədərdir. Peyğəmbərlər və Əhli-beyt Allahın seçdiyi xüsusi şəxsiyyətlər kimi dini qəlblərində, mübarək vücudlarında daşıdılar. Unutmaq olmaz ki, Quran Hz. RəsulAllahın pak qəlbinə nazil oldu. Bu baxımdan hər bir insan öz batinində fərqinə varmadan nə isə daşıyır. Az insan nə daşıdığının fərqindədir. Allah pak olduğu üçün pak qəlblərə gələr. Bir qəlbə Allah gəlsə o şəxsin əzəməti kainatdan böyük olar. Məsələn, əyər cihaz və naqillərn keçiriciliyinin keyfiyyəti bu qurğulardan istifadə olunan məmulatların yüksək keyfiyyətindən və su, pas kimi keçiriciliyə mənfi təsir edən amillərdən qorunmasından asılıdırsa, qəlb də qəbul edici və ötürücü cihaz kimi günah pasından qorunmağa möhtacdır. Qəlblərin təqvası (günahdan çəkinmək) olmadıqda İlahi rabitə keçiriciliyi itir, sanki şəbəkə qırıqlığı yaranır. İnsan düyğu orqanları vasitəsi ilə aldığı haram həzz ilə (etdiyi göz zinası kimi bu və s zinalar ilə əslində) qəlbən zina edir. Ruhun İlahi hədlərə zidd olan bütün çirkin niyyət, təsəvvür, xəyal, məqsəd, istək və əməllərdən qəlbən həzz alması qəlbin zinaısdır. Ruhun haramdan qidalanması nəticəsində qəlbin fəzası günah dumanları ilə qaralır. Bunlar məcazi sözlər deyil. Əslində insan hər hansı bir varlığa bağlanaraq ondan qarşılıqlı halal və ya haram, yaxud qarşılıqsız haram kimi, müxtəlf niyyət və məqsədlə enerji alır. Məsələn, Allah bəni Xəzrəc və Us qəbilələrinə istinadən Rəsuluna buyurur: “ Sizin qəlbləriniz ayrı ikən Biz onları birləşdirmədikmi? ” Qəlbin birləşməsi imanın əsas mövzusudr. Çünki, Qəlb imanın şərtlərını qəbul edərək Allahın ipinə bağlanmalıdır. Əhli beyt isə imanın iki şərtindən biridir. Allah, Şura surəsinin 23-cü ayəsində Peyğəmbərin İslamı təbliğ etməsinə qarşılıq Əhlibeytə “məvəddə” -eşqin ən şiddətli formasını istəyir. İman və Eşq qəlbə məxsusdr. Deməli Əhlibeytin eşqi olmadan iman düzgün və sabit ola bilməz. Hz. Əli (ə) byuyrur: “ İman iki hissədən ibarətdir. Birincisi qəlbdə, ikincisi köksdə qərar tutar. Biz Əhlibeyt qəlbdəki imana daxilik. RəsulAllah isə Xəndək döyüşündə Əli (ə) barədə buyurur: “ Bu gün bütün İslam bütün küfrə qarşıdır!” Deməli, Əhli beytin vücudları canlı məsciddir, İslamın rüknləridir. RəsulAllah özü də Əhlibeytə daxil olduğu üçün əslində Əhli beyt Allah evinin-Məscidul Həramın əhli, sahibləri olduqları mənası aşkara çıxır. Allah isə Kəbənin həqiqi sahiblərinin möminlər olduğunu, lakin insanların çoxunun bunu bilmədiyini buyurur. Şüra s-də ki tələb olunun eşq isə əhlibeytdən üstün möminlər olmadığını açıqlayır. “İslam adına danışan, lakin şəxsiyyətinin çəkisi günah boyda olanları tanımaq üçün gərək aşkar və gizli günahlardan çəkinəsən. İnsan öz kimliyinə baxıb, sonra canlı İslama baxaraq, Onlar barəsində nə danışdığına diqqət etməlidir!

***Kərbəlada şəhid edilməkdə olan canlı İslamı görürsənmi? Allah iman gətirənləri sınaqdan keçirərkən, musəlmanların bəzi zümrələri, İslamın dayaqları olan Allahın ayətləri Quran və canlı Quran-Əhlibeyti başlarına qalxan etdilər. İslam Özünü müdafiə vəziyyətini almaq məcburiyyətində idi. Dayaqlardan biri olan Əhli-beyt İslamın digər dayağı olan Quranı müdafiə etdi. Şəxsı mənafeləri üçün kömək etmək istəyən Təlhə və Zubeyr övladları kimi şəxslərə Hz. Huseyn belə cavab verdi: “Siz özünüzü İslamın müdəafiəçisi kimi göstərirsiniz. Əslində İslamı məqsədinizə qalxan edirsiniz. Mən isə özümü İslama qalxan edirəm!” Bu fikir Haqq dinin necə bir qətliama məruz qaldığını göstərirdi.

Hüseyn (ə) ın şəhadəti İslama RəsulAllaha, Hz. Əli (ə) a edilən zülmə, ummulmöminin Hz. Fatimə (ə)ın məzlumanə şəhadətinə işıq saldı. Allah, əmanəti - Quran və Əhlibeyti dağlara, göylərə, yerə təklif etdi. Onlar bu məsuliyyəti, müsibəti götürə bilmədi. Lakin çox cahil olan insanlar bu iki əmanətə xəyanət və zülm edərək günah yükünü götürdülər. Dünya həyatına sevinənlərin qəlbləri boş olduğu üçün, bu sozlərin dəyərini dərk edə bilməz. Hər insanın dəyəri isə batinində daşıdığı yükün keyfiyyəti və çəkisi qədərdir. Qəlbində nə daşıdığına diqqət et. Çünki, bir gün qəlbin öz əleyhinə şəhadət verəcək. Günahlarla qaralmış qəlbdə sakin olan ruh, xərabə bir evdədir. Onun Axirətdəki evi də qəlb evindən fərqli deyil!. Qəlb üçün ən gözəl yük isə İman və Dindir. Bunlar mücərrəd və məcazi sözlər deyil, varlıqlardır. Haqq iman Allahla rabitə, Haqq din isə həyatın düzgün yaşama şəbəkəsidir. Allahın varlığına inanmaq hələ Ona iman gətirmək qeyil, iman gətirmək Allaha Onun istədiyi kimi qəlbən bağlanmaqdır. Allah isə, imanı şərtlərlə sınayır.

*****Maraqlıdır ki, insan öz bədənini və dünyada sahib olduğu nəsnələri ev, libas, nəsil, vəzifə və s kimi müxtəlif sığınacaqlarla qorumağa çalışır, Lakin ruhunun qorunmasına bu qədər can atmır. Məsələn, soyuqdan, təhlükədən, və s dən qorunmaq üçün çalışsa da, bədəni və istədikləri qorunsa da, bədən qəfəsinin içindəki ruh təhlükədən amanda deyil. Çünki Ruhun qorunması üçün İlahi zəmanət lazımdir. Bu zəmanətin şərtlərindən biri günahdan çəkinməkdir. Asayişdə olan bədən, ağrılı əzabdan amanda ikən günah əməllərlə haramdan həzz alırsa Ruh qorunmamış vəziyyətdədir.

Əslində insanlar hələ dünyada ikən ruhları arasında informasiya mübadiləsi aparırlar. Hadisələr barədə xoş və ya pis gözləntilərin əvvəlcədən insana bəlli olması, yuxunun mövcudluğu kimi həqiqətlər ruhların var olduğundan, bir-birləri ilə və qeyri-bəşər varlıqlarla təmaslarından, informasıya mübadiləsinin aparılmasından, başqa aləmlə əlaqələrindən xəbər verir. İnsanın sklet sümüklərinin içərisində ecazkar varlığı olan ruhu, Pak, Lətif olan Allahla rabitədə olmaq üçün pak ruhlarla vəhdətə gəlməsi üçün zərurət yaranır. Allahın birləşməsini əmr etdiyi şeylər əslində ruhların vəhdətə gəlməsini təmin edir. Deməli, Hz. Huseyn (ə) ruhların vəhdət və təvaf yeridir. Möminlərin ruhları qəlbən Hz. Huseynin (ə) pak ruhuna bağlanaraq İlahi eşqin mahiyyətini anlayır, haqq dini dərk edirlər. İslamın bütün hökmlərini icra edən Əhli-beytin varlığı Haqq dinlə, Haqq din isə Əhlibeytlə yoğrulmuşdu. Bu, Quranda xüsusui şəkildə kodlaşmışdır. Məsələn, Sad, Ra, Ta, Ayn, Ya, Lam, Ha, Qaf, Nun, Mim, Sin, Kaf, Hə kimi hərəkəsiz başlıq hərflərinin birləşməsi! Sratu Əliyyun Haqqun Nimsukuhu- Biz Əlinin Haqq yoluna bağlıyıq kmi Ayəni aşkara çıxarır. Deməli Əhlibeytsiz Quranı təfsir etmək mümkün deyil. Buna görə də, Hz. Huseyn (ə)ın şəhadəti İlahi zərurət idi. Hz. Huseyn (ə) söyləyirdi ki, Ey Rəbbim, əyər İslam mənim şəhadətimlə diri qalacaqsa o zaman ey qılınclar doğrayın məni, ey oxlar, nizələr sancılın sinəmə! Hz. RəsulAllah hələ Huseyn (ə) uşaq olarkən sinəsini öpərdi və deyərdi ki: “ Huseyn Məndən və Mən də Huseyndənəm”. Bununla Peyğəmbər bizələrə deyirdi ki: “hər ümmətin əksər zümrələri peyğəmbərləri təkzib etdiyi kimi, ümmətimin əksər zümrələri qəlb və əməldə Məni təkzib edəcək. Bilin ki, Mən özümə canişin seçmədiyim şəxslərin deyil, Hz. Huseyn (ə) ın tanıtdırdığı Peyğəmbərəm. Huseynimin şəhadəti ilə Mənə və Haqq dinə edilən zülm aşkara çıxacaq, Haqq din ayaq üstə qalacaq, insanlara, aləmlərə çatdırılacaq. Bununla da Huseynin qanına qəltan olmuş bədəni İslamın özülü olacaq, Onun mübarək bədəni üzərində biz Peyğəmbərlər və Allahın dini barədə Həqiqət kainata işıq salacaq, Bu həqiqəti bir daha təhrif etmək mümkün olmayacaq! Bu zaman Mənim varlığım və Haqq din İslamın varlığı Huseynin canından, qanından varlığından güc alaraq böyüyəcək. Mənim Varlığım Allahın evi olan Hüseynin varlığı üzərində bərqərar olacaq”. Şübhəsiz, dolğun, dərin anlamını daha düzgün RəsuluAllah bilir. Allah isə buyurur ki, Mənim ayinlərimə hörmət edin. Hz. Huseyn (ə) Məkkənin, Allah evinin, Həcc ayının hörmətinə Minada qurban kəsmədi və bir gün əvvəl ziyarətini tamamlayıb Kufə istiqamətində yola çıxdı. Hz. Huseyn (ə) bilirdi ki, babası Hz. İbrahimə (ə) Allah tərəfindən Hz. İsmail (ə) ın əvəzində qurbanlıq qoçun gəlməsi həmin sınağın bundan ibarət olmasını göstərirdi. Çünki, İbrahim əslində nəfsinin başını kəsirdi. Lakin, İslamın başı kəsilən yerdə qurban heyvanlardan ola bilməzdı. Allah öz dini ilə bəndələrini sınayırdı. İslamın diri qalması üçün Allahın qurbanı Hz. Huseyn (ə) özü idi. Deməli canlı Kəbə, Allahın “gəlib-getdiyi” ev Hz Huseynin (ə) mübərək vücudu idi. İmanda sabitqədəm olmaq üçün ruhlarımız Hz Huseyn (ə) ın və Allahın digər vəsiləri olan 13 məsumun ruhlarına bağlanmalıdır. Deməli, Allahın dinini və ayinlərini bərqərar etmək xatirinə varlığını,

sahib olduğu hər şeyi qurban verən Hz.Huseynın (ə) şəhid olduğu Muhərrəm ayı ən böyük ayindir. 

Mirnatiq Mirtofiq oğlu

Təhlilçi-yazar 



Paylaş



Bölmə: Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!