Türkiyədə ailə faciəsi: Azadlığa çıxan şəxs dörd nəfəri öldürüb .....                        Zelenski: "Təhlükəsizliklə bağlı vacib beynəlxalq görüşlər planlaşdırılır" .....                        Zaqatala sakini Oğuzda damdan yıxılıb .....                        Zaqatala sakini Oğuzda damdan yıxılıb .....                        Fidan Azərbaycan-ABŞ əlaqələrindən danışdı .....                        Pezeşkianla dövlət televiziyası arasında gərginlik: canlı yayım kəsildi .....                        İsraildə İran agentləri ilə əlaqədə şübhəli bilinən şəxs saxlanılıb .....                        Bakıda nazirin başına iş gəldi - 60 min dollarlıq QALMAQAL .....                        Bakıda restoranda qorxulu anlar: Müştərilər içəridə olarkən obyekti yandırdılar .....                       
Tarix : 13-06-2017, 18:28
Bu gecə ilk Qədr gecəsidir

Ramazan ayının 18-dən 19-na keçən gecə (bu gecə) birinci Qədr gecəsidir. İslam dininin inancına görə, məhz bu gecə Allah Quranı bəşəriyyətə nazil edib.

Butov.az-ın Teleqraf.com-a istinadən məlumatına görə, buna dair müqəddəs kitabda iki ayə var:

"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir" ("Bəqərə", 185); "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (Lövhi-məhfuzda dünya səmasına) nazil etdik!" ("Qədr", 1).

"Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də tanınır.

Qədr gecəsi olduqca fəzilətli gecədir, bu gecədə bir əməl etmək min ayda əməl etməkdən daha da xeyirlidir. Məhz həmən surədə buyurulur: "Qədr gecəsi min aydan daha xeyirlidir!" ("Qədr", 3).

Qeyd edək ki, Azərbaycanda ikinci Qədr gecəsi iyunun 15-dən 16-na (Ramazan ayının 20-dən 21-ci gününə), üçüncü Qədr gecəsi iyunun 17-dən 18-nə (Ramazan ayının 22-dən 23-cü gününə) təsadüf edir.

Ramazan ayının sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni iyunun 21-dən 22-nə keçən gecəyə təsadüf edəcək.

Xatırladaq ki, Həzrət Əli bu gecə namaz üstə hücuma məruz qalıb və ağır yaralanıb, iki gün sonra isə dünyasını dəyişib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!