Məlumdur ki, isti günlərdə oruc tutmaq olduqca çətindir. Amma bu isti günlərdə də oruc tutmağın daha fəzilətli olduğu bildirilir. Biz orucun fəzilətləri barədə 24 hədis toplamışıq ki, bu müqəddəs ayda bütün oruc tutanları onları gözləyən mükafatlarla sevindirək. Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (“Bəqərə” surəsi, ayə 163).
1. İslam Peyğəmbəri: “Bizə oruc ona görə vacib edilib ki, o, tər üçün sərinlikdir və insanı təkəbbürdən uzaqlaşdırır.”
2. Allahın elçisi (s): “Hər şeyin zəkatı olduğu kimi, bədənin də zəkatı orucdur.”
3. Həzrət Peyğəmbər: "Oruc tutun ki, sağlam olasınız".
4. Həzrət Məhəmməd (s): "Əgər oruc tutan şəxs müsəlman qardaşının qeybətini etməsə onun uzanmağı belə ibadət olar".
5. Allahın elçisi buyurub: "Yeyən xalqın arasında elə bir mömin yoxdur ki, onun bədənin bütün üzvləri Allahı zikr etməsin, mələklər onun üçün dua edib, istiğfar etməsin".
6. İslam Peyğəmbəri: "Oruc Cəhənnəm odundan bir sipərdir".
7. Həzrət Fatimeyi Zəhra (s.ə): "Allah orucu ixlasın təsdiqi üçün vacib edib".
8. İmam Baqir (ə): "Oruc və həcc qəlbin rahatlığıdır".
9. İmam Sadiq (ə): Mehriban və Əzəmətli olan Allah buyurub ki, oruc Ona məxsusdur və məhz O, oruc tutanın mükafatını verəcək".
10. İmam Sadiq (ə): "Oruc tutanın yuxusu ibadət, susmağı isə zikrdir. Onun əməlləri və duaları qəbul olur".
11. İmam Sadiq (ə): "Oruc tutan üçün iki sevinc var: iftar açanda və Allahla görüşəndə sevinmək".
12. İmam Sadiq (ə): "Oruc tutana iftar verən kəsin savabı oruc tutanın savabı ilə eynidir".
13. İmam Həsən Əskəri (ə): "Oruc varlı aclığın acısını nə olduğunu dadaraq kasıbı yedirsin deyə vacib olub".
Könüllü şəkildə oruc tutmağa çağırış
14. İslam Peyğəmbəri: "Əgər mömin 1 gün könüllü olaraq oruc tutarsa dünyanın bütün qızılları belə Qiyamət günü ona verilən mükafatla müqayisə oluna bilməz".
15. İslam Peyğəmbəri (s): "Kim Allahın mükafatını qazanmaq üçün 1 gün könüllü olaraq oruc tutarsa onun hədiyyəsi bütün günahlarının bağışlanması olacaq".
16. Həzrət Məhəmməd (s): "Hər ay 3 gün oruc tutan kəs ömür boyu oruc tutan kimidir. Çünki Allah buyurub ki, 1 yaxşı iş görənə 10 yaxşı işin savabını verərəcək".
17. İmam Sadiq (ə): "Allahdan mükafat almaq üçün 1 gün oruc tutan şəxs cənnətə daxil olacaq".
Orucun etikası
18. İslam Peyğəmbəri: "Uca Allah buyurub ki, Onun üçün bədənin bütün üzvləri ilə oruc tutmayan şəxsin yemək və içməyin orucuna ehtiyacı yoxdur".
19. İmam Əli (ə): "Haramlardan oruc yemək və içməkdən orucu ilə eyni dərəcədədir".
20. Həzrət Fatimeyi Zəhra (s.ə): "Öz qulağına, dilinə, gözünə və digər bədən üzvlərinə sahib çıxmayan şəxsə orucun nə faydası var ki?"
21. İmam Sadiq (ə) Məhəmməd ibn Müslimə belə buyurub: "Ey Müslim, oruc tutanda qoy sənin qulağın, gözün, saçların və dərin də oruc tutsun".
Qışda və istidə orucun üstünlüyü
22. İslam Peyğəmbəri: "Qışda oruc qənimətdir".
23. İmam Sadiq (ə): "Ən yaxşı cihad istidə oruc tutmaqdır".
24. İmam Sadiq (ə): "Qış mömin üçün bir bahardır. Gecələri onun istirahəti üçün daha uzun, gündüzləri isə orucunun asan olması üçün daha qısadır".
Faktxeber.com