Qızıl verilən müəllimlə bağlı yeni açıqlama: hüquqi çərçivəni aşmayıb... .....                        Hərbçinin ölümü ilə bağlı vəzifəli şəxslərə cinayət işi açıldı .....                        Qəzzada ölənlərin sayı 55 minə çatır .....                        Hərbçimiz Biləsuvarda dəfn olundu .....                        Çinlə ABŞ arasında görüşlərin ikinci mərhələsi başlayıb .....                        Putin beynəlxalq olimpiya təşkilatlarını tənqid etdi .....                        Bir ayda eyni məkanda dönərdən ikinci dəfə ZƏHƏRLƏNMƏ .....                        AFFA azarkeşlərə müraciət etdi .....                        ABŞ-Rusiya münasibətləri 180 dərəcə dönüb .....                       
Tarix : 9-11-2015, 15:41
Zahid Oruc: “Azərbaycan din və dövlətin dəqiq sərhədini cızıb" AÇIQLAMA



“Azərbaycanda dini etiqad üçün heç bir maneə yoxdur. Reallıq odur ki, ötən dövr ərzində məscidlər, kilsələr, senaqoqlar o insanların bütün rituallarını yerinə yetirməsi üçün verilib. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycan iqtisadi, siyasi cəhətdən hədəfdə olduğu üçün həmişə dini qüvvələrdən hazır bir baza kimi istifadə etmək istəyiblər”. Bunu SİA-ya Bakıxanov qəsəbəsində bir qrup radikal-ekstremist ruhlu şəxslərin din pərdəsi altında polis idarəsinin qarşısında iğtişaş yaratmaq cəhdinə münasibət bildirən millət vəkili Zahid Oruc deyib.Onun sözlərinə görə, o da bir faktdır ki, siyasi müxalif kəsimlər zəifləyəndə sanki bütün o proses dindarların, dini etiqad sahiblərinin üzərinə qoyulur: “Məscidləri siyasi partiyalar evinə, siyasi qərargahlara çevirməyə çalışırlar. Halbuki edilən bütün dini hərəkətlər, inanclar, inamlar, etiqadlar Allah və Məhəmməd Peyğəmbərimiz (s.ə.s ) adındadırsa, Peyğəmbər Əleyhisalamımız çox gözəl buyurub ki, “məktəblər məscidlərdən üstündür və elm Çində də olsa onun dalınca gedin”.Z.Oruc əlavə edib ki, bu mənada Azərbaycanda ziyalılığı, elmi, intellekti, təhsili bütün digər proseslərdən aşağı yerə qoyub sanki konkret bir ünvanda müxtəlif cərəyanlara, müxtəlif dini təriqətlərə yurvarlanmaqla Azərbaycanı öz ideoloji siyasi yolundan sapdırmaq, dünyəvi modelindən çıxarmaq yolverilməzdir: “Biz bayrağımızı bütövlükdə yaşıl rəngə boyaya və “yaşıl inqilab”lar həyata keçirə bilmərik. Azərbaycan din və dövlətin dəqiq sərhədini cızıb. Bunlar bir-birinə qarışanda ictimai, siyasi münasibətlər qarışır. Ona görə də harada olmasından asılı olmayaraq hər bir inanclı bilməlidir ki, məscid ibadəti həyata keçirmək yeridir. Azərbaycanın lokal ərazilərində dini toqquşmalar çıxarmaqla bu ölkənin sabitliyinə zərbə vurmaq olar. Ona görə də bunlar yolverilməzdir”.Qeyd edək ki, Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bir qrup radikal-ekstremistin iştirakı ilə aksiya keçirilib. “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımlının polis tərəfindən saxlanılmasına etiraz edən şəxslər Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıblar. Onlar E.Qasımlının azad olunmasını tələb ediblər. Nəticədə bir neçə nəfər polis tərəfindən saxlanılıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!