Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb .....                        Laçında ağır qəza - 3 nəfər öldü .....                        Onlar sülh əldə etməyə razılaşdılar - TRAMP .....                        Kenan Piriç rəsmən “Neftçi”də .....                        Dövlət qurumunun əməkdaşı iş başında öldü .....                        Ağdam və Füzulidə yanğınlar TAM SÖNDÜRÜLDÜ .....                        Bakı metrosunda qatarların hərəkət vaxtı uzadılacaq .....                        Metsamor AES ciddi nüvə təhlükəsi mənbəyidir - Türkiyədən XƏBƏRDARLIQ .....                        "Sağlığında yox, indi Aydınla fəxr edirəm" .....                       
Tarix : 23-09-2015, 12:36
Azərbaycanda “nurçu”luğu təbliğ edən Türkiyə vətəndaşları ölkədən deportasiya olunublar


Azərbaycanda “nurçu”luğu təbliğ etməkdə şübhəli bilinən Türkiyə vətəndaşları ölkədən deportasiya olunublar.

Butov.az APA-nın məlumatına görə bildirir ki, Yasamal rayon Məhkəməsinin qərarı ilə Türkiyə vətəndaşları Sunkur Nurulla və Şenol Miktat hər biri İnzibati Xətalar Məcəlləsinin 300.04-cü (dini etiqad azadlığı haqqında qanunu pozma) maddəsinə əsasən, 2 min manat məbləğində cərimələnib. Məhkəmə onların ölkədən deportasiya olunmaları barədə də qərar qəbul edib və qərar icra olunub. Bundan əlavə, 5 nəfər Azərbaycan vətəndaşının hər birinə 1500 manat məbləğində cərimə təyin edilib.

Qeyd edək ki, sentyabrın 21-də Daxili İşlər Nazirliyi Bakının Yasamal rayonun 85 nəfərin saxlanması barədə məlum yayıb. Məlumata görə, sentyabrın 19-da Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin və Milli Təhlükəsizlik Nazirliyinin Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb.

Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.

Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü, 5 nəfər barəsində isə 299.0.2-ci maddələri ilə protokol tərtib edilərək buraxılıb.


Butov.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!