Sumqayıtda binada yanğın - Sakinlər təxliyə edildi .....                        Almaniya səfiri ilə danışıq olduqca sərt aparılıb .....                        Zaqatalada ağır qəza: Yaralılar var .....                        Danışığını bilməyən ağılsız - Xalq artistindən sərt reaksiya .....                        Özbəkistanda məsciddə partlayış: 3 ölü, 10 yaralı .....                        Mətbuat Şurası bəyanat yaydı: "Bu film jurnalistika prinsiplərinə ziddir" .....                        Bakıdan Almaniyaya etiraz - Səfir XİN-ə çağırıldı .....                        Ermənistan dezinformasiya yayır .....                        56 yaşlı kişini ildırım vurub öldürdü .....                       
Tarix : 22-09-2015, 10:31
Ərdoğanın “nurçu”lara qarşı ikinci savaşı - Azərbaycanda


Sentyabrın 20-də Yasamal rayon 29-cu polis bölməsi və MTN rayon şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat zamanı X.Mustafayev küçəsində yaşayan Mübariz Əsədovun evində 85 nəfər saxlanıb. Onlar “nurçu” dini cərəyanının tərəfdarı olmaqda günahlandırılır. Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarış vaxtı evdən 3000 nüsxə qadağan olunmuş dini kitab götürülüb.

Az sonra saxlananlar buraxılıb, 2 nəfərin barəsində dini etiqad haqqında qanunvericiliyin pozulması, 5 nəfərin barəsində dini qurumların yaradılması və fəaliyyəti qaydalarının pozulması maddəsi ilə protokol tərtib edilib.

Qeyd edək ki, Türkiyə hakimiyyəti onların lideri, Fətullah Güləni dövlət əleyhinə fəaliyyətdə ittiham etdikdən sonra Azərbaycanda da “nurçu”lara qarşı təqiblər başlanıb. Bundan sonra Azərbaycanda Fətullah Gülənlə bağlı təhsil müəssisələri ləğv edilib.

Butov.az xəbər verir ki, “Azadlıq” qəzetinin yazdığına görə, “nurçu”lara qarşı reyd Türkiyənin xarici işlər nazirinin Bakı səfərindən sonra baş verməsi maraqlıdır. Bu addımı rəsmi Bakının Ankaraya qarşı jesti saymaq olarmı? Proseslərin növbəti mərhələsi necə ola bilər?

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər bildirib ki, Türkiyə bir tərəfdən PKK, digər tərəfdən isə Suriya cəbhəsində müharibə aparır. Azərbaycanın illərdir Türkiyəyə PKK ilə mübarizədə dəstək vermədiyini xatırladan S.Əkbər bildirdi ki, ona görə Azərbaycan tərəfi “nurçulara” qarşı tədbir görməklə Türkiyəyə jest edir: “Amma bu gün Azərbaycan üçün ən böyük təhlükə məhz PKK-dır. Terror təşkilatı iki dəfə Bakı-Ərzurum kəmərini partladıb. Bundan başqa, Türkiyədən Naxçıvana gedən yolda da intensiv hadisələr baş verir. Bu baxımdan PKK birbaşa Azərbaycanın maraqlarını təhdid edir. Ona görə hakimiyyət ”nurçulara” qarşı necə mübarizə aparırsa, ondan bir qədər artığını da PKK-ya qarşı aparmalıdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, bir ara belə təəssürat yaranmışdı ki, Ərdoğanın “nurçulara” qarşı mübarizəsi zəifləyib. Çünki PKK mövzusu daha aktual idi: “Sanki Ərdoğanın ”paralel dövlət” adlandırdığı qurum ilə mübarizəsi zəifləyib və arxa plana keçib. Amma Ərdoğan son çıxışlarında bəyan etdi ki, “paralel dövlət” PKK ilə əlbirdir. Əgər əvvəl Ərdoğan “nurçuları” dövlət çevrilişində ittiham edirdisə, hazırda ittiham terror təşkilatına dəstəklə bağlıdır. Bu daha sərt ittihamdır. Bu, Türkiyə cəmiyyətini “nurçularla” üz-üzə qoymaq istiqamətidir. Əgər hakimiyyət “nurçulara” qarşı belə bir sərt mövqe ortaya qoyubsa, deməli, xaricdə də bu təşkilatın üzvlərinə qarşı mübarizə sərtləşə bilər”.

Türkiyənin xarici işlər nazirinin Bakı səfəri zamanı əsasən Qarabağ məsələsini və PKK terrorunu müzakirə etdiyini deyən E.Şahinoğlu vurğuladı ki, amma belə görünür, Ankara yenidən Bakı qarşısında “nurçulara” qarşı mübarizə məsələsini aktuallaşdırıb: “Düzdür, Azərbaycan rəhbərliyi ”nurçularla” bağlı bir sıra addımlar atılıb. Dövlət vəzifəsi tutan şəxslər postlarından uzaqlaşdırılıb. Amma “nurçular” medialarını qorumağı bacardılar. Amma bir gün ərzində 85 nəfərin həbsi sübut edir ki, bu, düşünülmüş və əvvəlcədən planlaşdırılan əməliyyat idi. Bunun ardınca nələr baş verə bilər? Noyabrın 1-də Ərdoğan seçkilərdə qalib gələrsə, o, “nurçulara” qarşı addımlarını gücləndirə bilər. Bu isə o deməkdir ki, Türkiyə Azərbaycan hakimiyyətindən də oxşar addımların atılmasını istəyə bilər”.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!