Sulu qar, qar yağır .....                        Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO .....                        Tehranda heç bir səfirlik bağlanmayıb - İran XİN .....                        Karapetyan ev dustaqlığına köçürüldü .....                        Suriya ordusu strateji Fərat bəndini ələ keçirdi .....                        Avtomobil və motosiklet oğurlayan şəxslər saxlanıldılar .....                        Qar Ağsu aşırımında nəqliyyatın hərəkətini iflic etdi .....                        Sabunçuda 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı .....                        İraqın XİN başçısı İrana getdi .....                       
Tarix : 22-01-2014, 14:03
Türkiyə ilə Azərbaycan terrorçuluğa qarşı birgə mübarizə aparacaq


Modern.az-a bu haqda məlumat verən deputat Zahid Orucun sözlərinə görə, ötən il noyabrın 13-də Türkiyə və Azərbaycan hökumətləri arasında müvafiq saziş layihəsi razılaşdırılıb.
Hər iki ölkə müxtəlif vaxtlarda terrordan çox ciddi əziyyət çəkib, böyük itkilərə məruz qalıb. Türkiyənin həyatında PKK-nın adı və vurduğu ziyanlar bütün dünyaya bəllidir, Azərbaycan isə erməni terrorundan əziyyət çəkib. Belə olan təqdirdə iki ölkə arasında terrorçuluğa qarşı effektiv tədbirlərin həyata keçirilməsi təhlükəsizlik baxımından son dərəcə önəm daşıyır. Yalnız terror qruplarının öz adı ilə çağırılması, onun tanınması, mediada bunun bəyan edilməsi, terror qruplaşmalarına qarşı birgə əməliyyat tədbirləri, iki ölkənin təcrübələrinin bölüşdürülməsi, terror qruplarının hər hansı şəxslər və ya ictimai dairələr tərəfindən qarşısının alınması, hər hansı bir şəkildə terrorçulara sığınacaq verilməməsi kimi məsələlər çox önəmlidir. Bu sənədin mühüm əhəmiyyəti ondan ibarətdir ki, bəzən ölkə daxilində müxtəlif dairələrin Azərbaycanın PKK məsələsindəki baxışlarında fərqlər axtarırdılar. Bu sənədlə Azərbaycan hökuməti sübut edir ki, Türkiyə ilə Azərbaycanın terror hədəfləri eynidir. Terrorrçuluq onların vahid düşmənidir.

Millət vəkili bildirib ki, terrorçuluğa qarşı mübarizədə iki ölkənin birgə addımlar atması bu sahədə hərbi təhlükəsizlik əlaqələrimizin yaxınlaşması anlamına gələcək.

“Həmçinin regionda bu yöndə ayrı-ayrı dövlətlərin terrorçuluğu müdafiə edən siyasətinə qarşı ciddi zərbə olacaq. Odur ki, hər iki dövlətin imkanlarını birləşdirməsini təqdirəlayiq hal kimi qiymətləndirirəm”.

Deputat məsələnin Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsində bu gün keçiriləcək iclasda müzakirə olunacağını deyib.

Bundan başqa, bugünkü komitə iclasında Avropa Şurasının terrorçuluğa qarşı konvensiyası da müzakirə olunacaq. Artıq parlamentə göndərilən “Avropa Şurasının terrorçuluğun qarşısının alınması haqqında Konvensiyasının təsdiq edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qanunu”na bu gün komitədə baxılacaq.

Zahid Oruc hesab edir ki, hər iki sənədə komitədə baxılandan sonra Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Gültəkin ƏLƏSGƏR


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!