Təbrik edirik .....                        Paşinyan Azərbaycanla sülh sazişini seçkilərədək imzalamağı planlaşdırır .....                        Tramp: "Razılıq olmazsa, ABŞ İrana sərt tədbirlər tətbiq edəcək" .....                        İzmirdə FETÖ-ya qarşı əməliyyat: 12 nəfər saxlanılıb .....                        Paşinyan alternativ marşurutların olmasından narahatdır .....                        Salyanda "üstü bəzək, altı təzək" olan körpü .....                        Nəriman Axundzadənin ABŞ klubuna transferinin detalları müəyyənləşib .....                        Ərinin qətlini sifariş edən qadın apellyasiya şikayəti verdi .....                        Vensin ailəvi Bakı səfəri sosial şəbəkələrdə gündəm oldu .....                       
Tarix : 23-01-2014, 13:24


Milli Məclis inhisarçılarla mübarizəyə qalxır



Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, Rəqabət Məcəlləsi və “Reklam haqqında” qanun Milli Məclisin yaz sessiyasında müzakirə olunacaq.

“Hər iki sənədin gündəliyə salınmasını istəyirdik. Daha sonra bildirdilər ki, hər iki qanun Milli Məclisin yaz sessiyasının gündəliyinə salınıb”, – deyə Vahid Əhmədov bildirib.

Qeyd edək ki, Azərbaycanda inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi yönündə hazırlanan Rəqabət Məcəlləsi Milli Məclisdə iki oxunuşda qəbul edilib.
Qanun layihəsi inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir. Bundan öncə bazardakı inhisarçılığın qarşısının alınması üçün Antiinhisar Komitəsi yaradılmışdı. Sonradan bu komitə keçmiş İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edildi və İqtisadi İnkişaf Nazirliyi yanında İstehlakçı Hüquqlarının Müdafiəsi Xidməti adlandırıldı. Amma bu Komitənin fəaliyyəti bazarda inhisarşılığın qarşısını ala bilmədiyindən müzakirəyə çıxarılacaq qanuna görə, bazara nəzarət edəcək yeni komitənin yaradılması və birbaşa prezidentə tabe olması təklifləri irəli sürülür.

4 fəsil, 38 maddədən ibarət olan “Reklam haqqında” Qanunda isə reklama dair ümumi və xüsusi tələblər, məhdudiyyətlər müasir dövrün tələblərinə uyğunlaşdırılmışdır. Bir sıra reklam subyektlərinin məsuliyyəti gücləndirilmişdir. Layihədə elektron vasitələrlə reklama dair yeni qaydalar müəyyən olunmuş, reklamın yalnız abunəçi ilə bağlanılan müqavilə əsasında yayımlanması təklif edilib. Həmçinin, televiziya verilişlərində yerləşdirilən reklamın vaxt məhdudiyyətləri dəqiqləşdirilmiş, bir sıra verilişlərdə reklamın yayımlanmasının xüsusi qaydaları müəyyənləşdirilib.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!