Hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi .....                        Bu işçilərə ödənişsiz məzuniyyətlər veriləcək .....                        Suriya ordusu daha bir şəhəri nəzarətə aldı .....                        "VAZ" beton maneyə çırpıldı - Xəsarət alanlar var .....                        İranda ölənlərin sayı 3 mini ötüb - KİV .....                        Səfirlik binasından İran bayrağını endirən şəxs həbs edildi .....                        Ermənistanda İran əleyhinə aksiya keçiririlir - FOTO .....                        Oğurluq edən 5 nəfər saxlanıldı .....                        50 yaşlı kişi su kanalında boğularaq öldü .....                       
Tarix : 27-08-2013, 17:49
Azərbaycanda spirtli içkilərin nağd satışı qadağan oluna bilər


“Azərbaycanda spirtli içkilərin nağd pulla satışının məhdudlaşdırılması təklif olunur”. Lent.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov Trend-ə açıqlamasında bildirib. Onun bildirdiyinə görə, Azərbaycan Parlamentində də spirtli içkilərin yalnız plastik kartlarla alınması ilə bağlı qanunvericiliyə dəyişiklik təklif oluna bilər: "Kimlərsə deyə bilər ki, bu bazar qanunlarına ziddir, amma yetkinlik yaşına çatmayanların spirtli içkilər alması üçün baryer yaratmaq məqsədi ilə bunu tətbiq etmək olar".

R.Cəbrayılov bu məsələnin Milli Məclisdə qaldırılmasının zəruri olduğunu deyib.

Qeyd edək ki, Rusiya Dumasının Enerji komitəsinin sədr müavini, "Ədalətli Rusiya" partiyasının üzvü Oleq Mixeyev ölkə Parlamentinə alkoqollu içkilərin nağd pulla satılmasını qadağan edən qanun layihəsi təklif edib. Deputat bildirir ki, alkoqollu içkilərin yalnız plastik kartlarla satılması bu məhsulun yetkinlik yaşına çatmamış şəxslərə satılmasının qarşısını alacaq. Qanun layihəsinin şərhində qeyd olunur ki, plastik kartla satış içki düşkünlərinin spirtli içki almaq üçün pul oğurlamasının da qarşısını ala biləcək.

Millət vəkili Rəfael Cəbrayılov eyni zamanda qeyd edib ki, Rusiyadan fərqli olaraq Azərbaycanda bu məsələ kritik həddə deyil: "Azərbaycan üçün spirtli içkilər ağrılı problem deyil və buna islam dinin özünün də böyük təsiri var".


Paylaş



Bölmə: Sosial / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!