Milli Məclisin komitəsində almanlarla görüş keçirilib .....                        Göygöldə qəza - Ölən var .....                        Əfqanıstanda yenidən güclü zəlzələ .....                        CHP-nin İstanbul qurultayının nəticələri LƏĞV EDİLDİ .....                        Putinlə Zelenski təkbətək görüşə hazır deyillər - Ərdoğan .....                        Laçın aeroportunda buraxılış məntəqəsi yaradılır .....                        Azərbaycanda pul bazası azalıb .....                        “Azərbaycan və Ermənistan sülh prosesində son nöqtəyə çatıblar” - Ərdoğan .....                        Sarayda qayın gəlini qətlə yetirdi - YENİLƏNİB .....                       
Tarix : 16-08-2013, 15:25
Bu il Azərbaycanda 27 min tondan artıq yararsız ərzaq məhsulları satışdan çıxarılıb


Bu gün Samuxda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə «Azərbaycanda istehlakçı hüquqları qorunur» mövzusunda konfrans keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 260-dan çox istehlakçı iştirak edib.

Konfransda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını, istehlakçıların hüquqlarının müdafiəsinin etibarlı təminat sisteminin yaradıldığını vurğulayıb. A.Əliyev Dövlət Xidməti tərəfindən keyfiyyətsiz məhsulların satışının qarşısının alınması, istehlakçıların və sahibkarların maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib və bildirib ki, bu ilin 7 ayı ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 27,2 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

Dövlət Xidmətinin rəis müavini istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb və qeyd edib ki, 2013-cü ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 41 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 1 200 yaddaş kitabçası hazırlanaraq paylanıb.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr», «Hər bir istehlakçı öz hüquqlarını bilməlid


Paylaş



Bölmə: İqtisadiyyat / Köşə / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!