Rəhman və Rəhim Allahın adı ilə
Mirnatiq Mirtofiqoğlu
Təhlilçi-yazar
Nəfsin əyirdiyi kələflərə şeytanların vurduğu ilmələr göz oxşasada, bilmək lazımdır ki, buna görə əsl “əyləncə” ölümün arxasındadır!
Mömin gərək ona verilmiş iman nurunun qədrini bilsin. Maddi çətinlik və şeytanların aldadıcı vəsvəsələrinin təsiri altına düşərək bu nuru dəyərsiz qiymətə satmasın! Əks təqdirdə öz köksünün qəlb nahiyyəsində ilahi rabitənin qirıldığını, dəyərsizləşdiyini hiss edəcək (qeyd: ölməmək üçün!, haram qida və sair vasitələrdən istifadəyə günah yoxdur). Allah Öz ipinə möhkəm sarılmağı əmr edirsə, deməli bu ip məcazi ola bilməzdi. Tərkibi Nurdan (İlahi enerjidən) ibarət olan həqiqi İman, lətif (cisimlikdən uzaq) İlahi rabitə ipi kimi ruhla Allah arasında bağlantıdır. Bu İlahi enerji yolu əqlin tükənməməsi və dünyada azmaması üçün əvəz edilməz vasitədir. İbadi davranış Allahın istədiyi kimi davranmaqdır. Bu davranış axirətin zəmanəti kimi yeganə davranışdır.İnsan düzgün davranış qaydalarını öyrənməyə möhtacdır. Həyatı davranmadan yaşamaq mümkün olmadığı üçün davranışların mahiyyətini tədqiq etmək zəruridir. Əks təqdirdə davranış qaydaları pozuntusu cəmiyyətin maddi və ruhi balansına dağıdıcı təsir göstərir. Tədris insanlara onların fitri qabiliyyətindən asılı olaraq ətaraf mühiti və bu mühitdən istifadə qaydalarını öyrədir. Əslində elm müxtəlif sahələrlə davranış qaydalarının öyrənilməsini əhatə edir. Məsələn, mühəndis quruculuq davranışını, təbib orqanizimin sağlamlığını nisbi bərpa etmə davranışnı və sair mütəxəssislər də öz ixtisaslarına uyğun davranış qaydalarını öyrənir. Bununla yanaşı bu davranışları düzgün tətbiq etmək üçün cəmiyyətlə düzgün davranış qaydalarını da öyrənməlidirlər. Əslində cəmiyətdəki fəsadların yaranmasında, xüsusən pataloji hal almasında aidiyyatı olan mütəxəssislərin kapital və şəxsi mühafizəkarlıqları üçün elmi və insani davranış qaydalarını pozmaları dayanır. Qiyamət əlamətlərindən biri də budur ki, elmi insanları aldatmaq üçün öyrənərlər.
Elmin özü ilə də ən doğru və pak davranış qaydalalarını isə Həqiqi din-İslam öyrədir. İslam düşüncə dinidir. İlahı din insana izah edir ki, o, boşuna yaradılmamışdır. Hər bir varlığın qarşısında özünəməxsus həyati öhdəliklər olduğu kimi, insanın da qarşısında İnsani öhdəliklər qoyulmuşdur. Yəni, “ mən dindar deyiləm ki ” kimi yanaşmalar insanı hədəfdən yayındırmır. Çünki, insan istənilən halda əməlləri ilə özünü hədəfə almışdır. Məsələn, “ Biz İnsana valideynlərinə yaxşılıq etməyi tapşırdıq ” ayəsində müsəlman deyil, insan deyə müraciət olunur. Deməli, bu və digər əxlaqi davranışlara əməl etməklə insan Allaha həqiqi təslim (müsəlman) ola bilər. Müsəlman, özü də bir hissəsi olduğu Allahın mülkiyyətinin tərkibində olan insanlarla və ətraf mühitlə davranışlarında zərər verməməli, göstərdiyi psixoloji təsirə nəzarət etməlidir. Həqiqi müsəlman olmaq üçün isə həqiqi imana sahib olmaq lazımdır. Allahdan qaçmaq Onun qarşısına qaçmaqdır. Buna görə də insan götürdüyü öhdəliklərlə necə davranırsa buna uyğun olaraq mükafat, yaxud cəza alır. Davranışları ümumən fərdi və ictimai olaraq qruplaşdırmaq olar. İnsan Alaha məxsus olduğu üçün özü ilə münasibətdə də davranışlarna görə məsuliyyət daşıyır və bu məsuliyyət onun ictimai davranışlarının əsasıdır. Özbaşınalıq, davranışların idarəsizliyini göstərir. Davranış öhdəlikləri iradi və qeyri- iradi olması baxımından da iki hissəyə ayrılır. Qeyri-iradi davranışlar hərəkətlərin ifadəsi kimi, zəruri ehtiyacların ödənilməsi zamanı istifadə olunan davranışlardır ki, insan bu ehtiyacları ödəyərkən nisbi fəaliyyət göstərir. Bu fəlaiyyət zamanı insan öz əli, ayağından, minik heyvanı kimi təbii varlıqlardan və qurğu, avto minik kimi sünii vasitələrdən istifadə edərkən fitri qabiliyyətlə davrandığı üçün, bu davranışlar qeyri-iradi davranışlar adlanır (oturmaq, yerimək, bədən üzvlərindən idarə etmədə istifadə etmək və s). Allah buyurur: “ İnsanların yerimələri də mənim qüdrət əlamətlərimdəndir” İradi davranışlar isə Allahın insana verdiyi müxtəlif hərəkətlər və hərəkətsizliklərdən ibarət öz davranışları ilə niyyətə, məqsədə görə davransın. Sahib olduğu qabiliyyətdən yaxşı yaxud pis niyyət və məqsəd üçün istifadə etsin. Burada sahib olduğu qabiliyyət, qeyri-iradi davranış kompleksidir. Bu davranışdan istifadə isə nisbətən iradi davranışdır.Davranış və bu davranışları ifadə edən vücud nemətinə görə Allaha qəlbən və İmkan daxilində əməli şükrü yerinə yetirmək vacibdir ki, orqanizimin ruhi, anatomik və sair balansı pozulmasın və yolnu azaraq şeytani niyyət və məqsədlər üçün istifadə etməsin. Çünki, İnsan İslama əsasən düz mtənasib yaradılmışdır. İnsanların qurduqları bütün infrastrukturlar isə bir insan hüceyrəsinin iş strukturunun kölgəsində qalır. Hüceyrəni isə insan yaratmamışdır.
İlahi dinlə davranış.
“Hər kəs öz nəfsi quruluşuna görə davranar” Q.K. İnsan davrandığı İlahi dinə görə isə xüsusi hesabat verəcək. İlahi dini qəbul etməkdə məcburiyyət olmasa da əməli davranışların intizamı İlahi əmrdir və buna görə insan məsuliyyət və İlahi nəzarət altındadır. Allah Buyurur: “ Hər kəs İslamdan başqa bir dinlə gələrsə ondan qəbul edilməz!”. Allaha inanan insan zümrələri vardır ki, onlar Allaha Allahın istədiyi kimi deyil, öz bildikləri kimi inanırlar. Belə inamın ifadələrindən olan Monoteizim kimi əqidənin yaradıcıları məkrli davranışla Həqiqi imanın şərtələrini şirk hesab etməklə sıradan çixararaq həqiqətdə öz hədəflərini təbliğ etməyə çalışırlar. Yaxud Mütləqə inam kimi əqidələrdə isə nə Rəsulallahı nə də Quranı qəbul etmədən, kainatda Mütləq bir yaradıcının olduğuna öz aralarında həmin yaradıcıdan xəbər gətirən birinin vasitəsi ilə iman gətirirlər. Qədim təsəvvür inanclarından olan Zərdüştlük kimi xüsusi ayin və kitabı olan bu əqidəni qəbul edənlərin soyadlarının sonuna Atalı, və ya ...Soy kimi adlar artırılmaqla sahib olduqları əqidə açıqlanır. Yəni, İslamı qəbul edən Müsəlman adlandığı kimi. Məntiqə görə belə əqidələr mütləq Yaradıcıdan gəlmişdirsə, bilrik ki mütləq yaradıcı Tək olan Allahdır. Allah, isə Səhifələr, təhrif olunmadn öncə Zəbur, Tovrat, İncil və qorunmuş səmavi kitab Quran, Peyğəmbərlər və Əhli beyt kimi ayətlər nazil etmişdir ki, bu Ayət və Nişanələrə zidd olan hər nə batil hökmündədir. Ruhlarını Allahın bu İslam Ayət və Nişanələrdən başqasına bağlayanlar boşuna əmək və ömur sərf edərlər...
İctimai mənzərə isə daha da acınacaqlıdır. İlahi dinlə fərdi və ictimai davranış qeyri-əxlaqidir. Bütün davranışların əxlaqi olmasını tələb edən, günahın aşkarını da gizlinini də yasaq edən, bütün davranışları ehtiva edən İlahi din, Axirəti inkar edən zümrələrin nəfsi istəklərinə alət edilərək, əyləncə və biznesin mövzusuna çevirilmişdir. Allah isə qəti şəkildə tapşırır ki, İlahi dini əyləncə etməyin!. İlahi dinin qadağan etdyi əxlaqsız əməlllərdən olan əyləncəli, əxlaqsız görüntülü jurnallarda əyləncəvi yazı və əxlaqsız şəkillərlə yanaşı dini məlumatlar da yer alırsa, hədəf dinə xidmət deyil, biznesdir və dini ücüz tutmaqdır. Ola bilərmi ki, İlahi dinin yasaq etdiyi əməllərlə yanaşı İlahi din də təbliğ olunsun. İlahi dinlə belə ziddiyyətli əxlaqsız davranışları, böyük günahların əsas hissəsini kirli efir mədəniyyəti sərgiləyən televiziyalar, internet saytlari və digər mənəviyyatı murdar olanlar öz üzərlərinə götürürlər. Bunlar mömin, müsəlmanların əməli ola bilməz! Mənəvi çirkaba bulaşmış K.İ.V-də, xüsusən TV- nin kirli efirlərində nadir hallarda dinlə, Hz. Huseynlə bağlı verilişlər yayımlanır ki, bu zaman da veriliş boyu reklam çarxlarında əxlaqsız səhnələr verilir. Sanki din əyləncə və biznesdir. Dini dəyər olan Hz Huseyn, Əbəlfəzl Hz. Abbas kimi şəxsiyyətlər haqqında mərsiyyə, şəkil, və digər nümunələrin əxlaqsız qadın görüntüləri ilə eyni saytda, eyni pəncərədə yer alması mənəvi paklıq nümunəsi olan bu şəxsiyyətlərə qarşı qeyri-əxlaqi davranışlardır. İntenet və Televiziyadan isə İblis öz murdar məqsədləri üçün istfadə edərək onları təhlükəli oyuncağa çevirir. (Zəruri məqsəd üçün istifadə edənlərin yolu sanki yırtcı heyvanların (İblisin tələləri) olduğu cəngəllikdən keçir ki, həlak olma ehtimalı güclüdür). Həyanın ali tərənnümü olan Əhli-beyt xanımlarının rəsmlərini çəkmək və satmaq da mənəvi rəzillik, alçaq davranışlardır. Bunlara göz yunmaq, həmçinin, haram çalğı ilə qeyri- düzgün məclislərdə Kərbəla şəhidlərinin anılması bu Dini dəyərlərə hörmətsizlikdir. Aparıcı qadın belə bir gündə, Hz.Hüseyn (ə) kimi dini dəyərə görə İslamın tələbinə uyğun geyinməli və veriliş arası əxlaqsız reklam çarxları verilməməlidir. Dini dəyərlər ümumən hərraca çıxarılmamaıldır! Nəinki, mənəvi rəzil olanların qarşısında?! Hz. Huseyn (ə) şəhid oldu ki, bu gün ədəbi və ya musiqi janrının alqı-satqı obyektinə çevirilsin? İblisin “müasirlik” dəbinin adəti ilə geyinən dindən çahil qadınlar və reklam və sair əxlaqsız ticarət çarxlarını firladanlar, bunu bilməsələr də, Allaha təslim olanlar ki bilir! Allah və Əhli-beyt, Hz. Huseyn (ə) bizim davranışlarımızdan razıdırlarmı?! bu şəxsiyyətlər bizim mənəvi dəyərimiz, irsimiz, Mənəvi pak omağımızın meyarıdır! Hz.Huseyn(ə) məqsədini anlamaq üçün, Onun hətda ölümlə Allahın istədiyi kimi davrandığına diqqət etmək üçün, iblislərə könül verənlərin Hz. Huseynin (ə) (danışıq və əməldə) “paltarını geyərək” bizi aldatmamaları üçün, şöhrət və məqam məstliyindən uzaq olmaq lazımdır.
Dünyanın təyinatı sınaq məkanıdır. Onunla Allahın istədiyi kimi davranmadıqda, nəfsin, iblisin və iblisin övladlarının təlqin etdiyi davranışlarla davranmaq məcburiyyətindəsən. Başqa seçim yoxdur. Dünyada üç dəstə insan yaşayır. müxtəlif dərəcəli möminlər, kafirlər və münafiqlər. İmanın dərəcəsi olduğu kimi küfr və munafiqliyin də Allah yanında dərəcələri vardır. Cümə surəsində Allah buyurur: “ Onlar (iman gətirənlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman Səni (RəsulAllahı) ayaq üstə (minbərdə xütə oxuduğun halda) qoyub ona tərəf cumdular. De: “ Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah Ruzi verənlərin ən yaxşısıdir-11.a. Deməli, Allahı unutmaq, Allahla, Onun Quran və Hz. Huseyn (ə) kimi ayət və nişanələri ilə əyləncə formatlı davranışlar əbədi iflasın “müjdəsidir”. İslam əyləncə ilə nazil olmadı ki, əyləncə ilə də təbliğ olunsun!
Nemətlərin çoxluğu onların bərəkətli olması demək deyil, bərəkət ruhun Allaha yaxınlığı ilədir. Bu yaxınlıq isə qəlb və əməldə RəsulAllah başda olmaqla Əhlibeytə hicrət etməkdədədir. Bu hicrət ruhun, mənəviyyatın, maddi bədənin paklığının təminatı və zəmanətidir. İlahi din, ruhun muhafizəsi üçün batini-daxili paklılığın vacib olduğunu öyrədir.