Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 18-02-2019, 09:27
Kolumbiya radiosunda Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlanıb

Ölkəmizin Kolumbiyada geniş təbliği ilə bağlı Azərbaycanın Boqotadaki səfirliyi tərəfindən müxtəlif layihələrin həyata keçirilməsi davam edir. Kolumbiyanın ən çox dinlənilən üç radiosundan biri olan “ColMundo”da Azərbaycanın mədəniyyətinə və tarixinə həsr olunmuş bir saatlıq xüsusi veriliş yayımlanıb.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizin Kolumbiyadakı müvəqqəti işlər vəkili Həmid Zeynalov dinləyicilərə Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi, adət-ənənələri və turizm imkanları barədə ətraflı məlumat verib. Bildirib ki, xalqımızın çoxəsrlik mədəni irsi və milli sərvəti bu gün dünyada tanınır. Azərbaycanın bir sıra tarixi abidələri bu gün UNESCO tərəfindən qorunmaqdadır. Müvəqqəti işlər vəkili, həmçinin vurğulayıb ki, mədəniyyətimizin zənginliyini və qədimliyini nümayiş etdirən musiqi sənəti, milli mətbəx və Azərbaycan xalçaları (Qarabağ, Şirvan, Quba, Naxçıvan, İrəvan və s.) beynəlxalq sərgi və tədbirlərdə uğurla nümayiş olunur.
H.Zeynalov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan mütərəqqi islahatlar və əldə olunan yüksək iqtisadi göstəricilərin bir qismini də sadalayıb. Bununla yanaşı, dövlətimizin balanslaşdırılmış daxili və xarici siyasəti, habelə qlobal transmilli enerji və nəqliyyat-kommunikasiya layihələri barədə məlumatlar dinləyicilərin diqqətinə çatdırılıb.
Müvəqqəti işlər vəkili, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın apardığı işğalçılıq, etnik təmizləmə siyasəti və ölkəmizə qarşı davam edən hərbi təcavüzü, tezliklə 27-ci ildönümü olacaq Xocalı soyqırımı barədə ətraflı bəhs edib.
Qeyd edilməlidir ki, Kolumbiya əhalisinin 75 faizi kütləvi informasiya vasitələri arasında radioya böyük üstünlük verir. Statistikaya əsasən, radio kanalları ölkə üzrə gün ərzində 38 milyondan artıq dinləyici toplayır.


Paylaş



Bölmə: Siyasət / Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!