Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 8-12-2016, 08:02
Vaşinqtonda ölkəmizin zəngin mədəniyyəti təqdim olunub - FOTOLAR

Dekabrın 7-də Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonun ən böyük inzibati tikilisi olan Ronald Reyqan Binası və Beynəlxalq Ticarət Mərkəzində ölkəmizin zəngin mədəniyyət nümunələri bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə, media təmsilçilərinə və geniş ictimaiyyətə təqdim olunub.

Butov.az Azertac-a istinadən xəbər verir ki, Ronald Reqan Binası və Beynəlxalq Ticarət Mərkəzi tərəfindən təşkil edilən “İllik Qış Beynəlxalq Səfirlik Sərgisi” çərçivəsində baş tutan tədbirin məqsədi Vaşinqtonda akkreditə olunmuş xarici ölkə səfirliklərinə öz milli mədəniyyətlərini, mətbəxlərini, ölkələrinin görməli yerlərini təbliğ etmək üçün imkan yaratmaqdır.

Tədbir çərçivəsində Azərbaycan səfirliyi tərəfindən ölkəmizin mədəniyyətini əks etdirən kiçikölçülü xalça nümunələri, milli geyimlər, müxtəlif eksponat və suvenirlər, habelə qədim tarixi abidələri, ölkəmizin müasir infrastrukturunu və turizm potensialını özündə əks etdirən şəkillər nümayiş etdirilib. Ziyarətçilər, həmçinin Azərbaycanın zəngin mətbəxinin müxtəlif təamlarına, şirniyyatlara və içkilərə qonaq ediliblər. Səfirliyin əməkdaşları ölkəmiz, onun iqtisadi, mədəni və turizm potensialı barədə ziyarətçilərə geniş məlumat verib, Azərbaycan haqqında müxtəlif kitablar, jurnal və bukletlər paylayıblar.

Qeyd edək ki, ölkəmiz bu sərgidə ən iri stendlərdən biri ilə təmsil olunub. Azərbaycanın mədəniyyəti və mətbəxi olduqca böyük ziyarətçi marağına səbəb olub.

Hər ilin dekabrında keçirilən və geniş ictimaiyyətə açıq olan bu sərgi Vaşinqtonun mədəni həyatında ən böyük və maraqlı tədbirlərdən hesab olunur. Builki tədbirdə 37 dövlət təmsil olunub və sərgini orta hesabla üç min nəfərədək qonaq ziyarət edib.
Vaşinqtonda ölkəmizin zəngin mədəniyyəti təqdim olunub - FOTOLAR
Vaşinqtonda ölkəmizin zəngin mədəniyyəti təqdim olunub - FOTOLAR
Vaşinqtonda ölkəmizin zəngin mədəniyyəti təqdim olunub - FOTOLAR
Vaşinqtonda ölkəmizin zəngin mədəniyyəti təqdim olunub - FOTOLAR
Vaşinqtonda ölkəmizin zəngin mədəniyyəti təqdim olunub - FOTOLAR
Vaşinqtonda ölkəmizin zəngin mədəniyyəti təqdim olunub - FOTOLAR


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!