Ramiz Mehdiyevin nəvəsi Bakıda yarım milyonluq "Lamborghini" ilə gəzir .....                        Rumıniya parlamentinin sədri Prezidentin qəbulunda - FOTO .....                        Sökülən bina tarixi tikili deyil - RƏSMİ .....                        Azərbaycanın Omandakı səfirliyi açıldı .....                        Ermənistan üzərindən uçan sirli rus təyyarəsi - Silahlar kimə daşınır? .....                        Cəbrayıl şəhər məscidində eyni vaxtda 615 nəfər ibadət edə biləcək .....                        Monteneqrodakı azərbaycanlılara çağırış: “...kütləvi aksiyalardan uzaq durun!” .....                        Oğuzda qanunsuz kömür quyuları aşkarlandı .....                        Cəbrayıl şəhərində salınacaq 2-ci və 3-cü yaşayış komplekslərində 48 bina tikiləcək .....                       
Tarix : 17-10-2016, 18:49
Özbəkistan Xarici İşlər Nazirliyinin dəstəyi və Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə Daşkənd vilayətinin Bostanlıq rayonunda "Mənim sevimli özbək mətbəxim" adlı festival keçirilib. Festivalda Qazaxıstanla yanaşı, Rusiya, İndoneziya, Çin, Azərbaycan, ABŞ və s. ölkələr öz guşələrini təqdim ediblər.

Butov.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirakçı ölkələr öz mətbəxləri, şirniyyatları ilə yanaşı, bir özbək yeməyi hazırlayıb və bu yemək münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Özbəkistanın xarici işlər nazirinin müavini Abduraxim Xocayev tədbirin ölkəsinin müstəqilliyinin əldə etməsinin 25 illiyinə həsr edildiyini söyləyib. Bildirib ki, əsas məqsəd Özbəkistanın milli mətbəxinin təbliğ edilməsidir. O, tədbirdə iştirakçı ölkələrin öz mətbəxlərini nümayiş etdirmək üçün əlavə imkan qazandıqlarını söyləyib.

Bu ölkədəki səfirliyimiz və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi festivalda Azərbaycan guşəsini təqdim edib və guşə iştirakçıların marağına səbəb olub. Guşədə milli mətbəximizi özündə əks etdirən özbək dilində çap edilən "Azərbaycanın mədəni irsi" kitabı təqdim olunub və iştirakçılara paylanılıb.

İştirakçılar Azərbaycan milli mətbəximizə aid dolma, çığırtma, kükü, habelə şəkərbura, paxlava və s. şirniyyatlara qonaq ediliblər. Milli stendimizdə özbək milli mətbəxinə aid "Gülxanım" yeməyi hazırlanıb. Azərbaycan təmsilçiləri tərəfindən hazırlanan özbək yeməyi iştirakçıların böyük marağına səbəb olub.

Festivalın sonunda mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Rusiya, Azərbaycan, İndoneziya səfirliklərinin nəticələri yüksək qiymətləndirilib və birinci mükafata layiq görülüb. Mükafat Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə təqdim edilib.

Festivalda Azərbaycan səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları" rəqs ansamblının çıxışı maraqla qarşılanıb.

"Mənim sevimli özbək mətbəxim" adlı beynəlxalq festivalda Azərbaycan da təmsil olunub
"Mənim sevimli özbək mətbəxim" adlı beynəlxalq festivalda Azərbaycan da təmsil olunub
"Mənim sevimli özbək mətbəxim" adlı beynəlxalq festivalda Azərbaycan da təmsil olunub


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!