Prezident İraq Kürdüstanının Baş naziri ilə görüşüb .....                        Paşinyanın 28 il əvvəl etdiyi 20 Yanvar etirafı .....                        Bakıda iki bacı dəm qazından öldü .....                        Sabah Xankəndiyə ilk köç olacaq .....                        Ceyhun Bayramov Hakan Fidanla danışdı .....                        Geomaqnit qasırğası müşahidə olunur .....                        Sabah da qar yağacaq .....                        Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                       
Tarix : 24-06-2016, 15:37
Şəkidə növbəti “İpək Yolu” musiqi festivalı keçiriləcək


Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə 2010-cu ildən bəri ənənəvi olaraq keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı bu dəfə 27 iyun - 1 iyul tarixlərində gerçəkləşəcək. Mədəniyyət və Turizm Nazirliyinin də dəstək verdiyi festivala hər il müxtəlif ölkələrdən iştirakçılar qatılır.

VII Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Türkiyə, İran, Yaponiya, Özbəkistan, Moldova, Monqolustan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, eləcə də Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Tuva və Saxa Yakutiya respublikalarından ifaçı və kollektivlər dəvət olunub. Xarici musiqiçilərlə yanaşı festivalda Azərbaycanın görkəmli musiqi kollektivlərindən biri - yaradılmasının 80 illiyini qeyd edən F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri iştirak edəcək.
Festivalın proqramı geniş və rəngarəngdir. Burada müxtəlif xalqların musiqisinin üzvi surətdə qovuşaraq vahid harmoniya yaratması öz əksini tapıb.
Festivalın açılış günündə Şəkidəki Yay teatrının zalında TÜRKSOY-un xalq çalğı alətləri ansamblının konserti təqdim olunacaq. İştirakçı ölkələrin ifaçılarının birgə layihəsi kimi hazırlanmış bu konsert proqramına müxtəlif xalqların musiqisi daxil edilib.
Festivalın ikinci günü bütünlükdə Türkiyənin musiqi kollektivlərinin çıxışlarına ayrılıb. Şəki Xan sarayında gerçəkləşəcək gündüz konsertində İstanbulun “Şimdi” ansamblının (bədii rəhbər - Şirin Pancaroğlu), Yay teatrında isə İstanbul Böyükşəhər Bələdiyyəsinin Anadolu türk xalq mahnı və rəqs ansamblının geniş konsert proqramı təqdim olunacaq.
Festivalın konsert proqramında Yaponiya “Vas-Liqa” ansamblı və İran İslam Respublikası “Təbriz” ansamblı ilə təmsil olunur.
Festival günlərində həmçinin, Şəki Musiqi Kollecində musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Şəkinin musiqi folkloru” və “Şəkidə ifaçılıq sənəti” kitablarının təqdimatı keçiriləcək.
Festivalın sonuncu günündə F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti, professor Ağaverdi Paşayevlə görüş keçiriləcək və həmin kollektivlərin ifasında yekun konsert təqdim olunacaq.
Qeyd edək ki, iyunun 25-də “İpək Yolu” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakıda, Azərbaycan Dövlət Filarmoniyasında TÜRKSOY-un təşəbbüsü ilə konsert keçiriləcək. Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor - Ağaverdi Paşayev) çıxış edəcək.


Medeniyyet.az


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!