Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 27-06-2016, 12:15
Nazir: "Fransadan Azərbaycana turist səfərlərinin sayı bizi qane etmir"


"Fransadan Azərbaycana turist səfərlərinin sayı bizi qane etmir".

Butov.az-ın Trend-ə istinadən məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın ölkəmizdə səfərdə olan turizm sahəsi üzrə fəaliyyət göstərən turizm şirkətləri ilə görüşündə deyib.

Ə.Qarayev ölkəmizin Fransa ilə bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu, iki ölkə arasında turizm əlaqələrinin də genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Nazirin sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq münasibətləri yaxşı səviyyədədir. Son illər ölkəmizin Avropada və dünyanın müxtəlif ölkələrində daha geniş tanıdılması üçün böyük işlər görülüb. Bu sahədə Fransada da Azərbaycanın tanıdılması üçün çoxsaylı mədəni tədbirlər, konsertlər keçirilib:

“Həmçinin ölkəmizin turizm potensilanın təbliği məqsədi ilə dünyanın bir neçə televeziya kanallarında tanıtım çarxları nümayiş etdiririk. Dünyanın əksər beynəlxalq turizm sərgilərində ölkəmiz layiqincə təmsil olunur. Eyni zamanda mütəmadi olaraq müxtəlif ölkələrin, həmçinin Fransanın da turizm şirkətlərinin Azərbaycana səfərləri təşkil olunub. Fransa ilə turizm sahəsində münasibətlərin inkişafı üçün böyük addımlar atılıb. Amma buna baxmayaraq, Fransadan Azərbaycana olunan turist səfərlərinin sayı bizi qane etmir. Bu sahədə qarşılıqlı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi bizim üçün də faydalı olacaq”.

Fransanın Turizm Agentliklərinin Milli Sindikatının (SNAV) vitse-prezidenti Riçard Soubelle bildirdi ki, səfərin əsas məqsədi Fransadan Azərbaycana turist səfərlərinin təşkil olunması, Azərbaycan kimi zəngin mədəniyyətə, tarixə, təbiətə, gözəl memarlıq abidələrinə və qonaqpərvər insanlara sahib bir ölkəni öz vətəndaşlarına tanıtmaqdır: "Azərbaycana Fransadan gələnlərin sayı o qədər də çox deyil. Amma biz Azərbaycanla turizm əlaqələrini inkişaf etdirmək istəyirik. İnanırıq ki, qarşılıqlı fəaliyyətimiz Fransa-Azərbaycan turizm əlaqələrinin inkişafına öz töhfəsini verəcək”.

Görüşdə Fransada Azərbaycanın yeni turizm istiqaməti kimi təşviq edilməsi məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Fransanın Turizm Agentliklərinin Milli Sindikatı (SNAV) arasında anlaşma memorandomu imzalanıb. Anlaşma memorandomunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov və Fransanın Turizm Agentliklərinin Milli Sindikatının (SNAV) vitse-prezidenti Riçard Soubelle imzalayıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!