Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 16-05-2016, 13:09
Bakıdan Şarm əl-Şeyxə birbaşa aviareys açılacaq



Bu ilin iyun ayından Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa aviareys açılacaq.

Butov.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Bakıda rəsmi səfərdə olan Misir Turizm İdarəsi və Misir Hotelçilər Assosiasiyasının rəhbərləri iki ölkə arasında turizm sektoru üzrə əməkdaşlığa həsr olunmuş bügünkü mətbuat konfransında bildiriblər.
Konfrans çərçivəsində hər iki ölkənin turizm bazarının cari vəziyyəti, eləcə də bu sahə üzrə yeni təşəbbüslər, Misir kurortlarındakı turizm xidmətlərinin keyfiyyəti baxımından yeni imkanlar barədə ətraflı məlumat verilib.
Tədbirdə çıxış edən Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Suzan Cəmil Nuh bildirib ki, bu səfərin əsas məqsədi iki ölkə arasında turizm əlaqələrinin inkişaf etdirməkdən ibarətdir: “Turizm sektoru hər bir ölkənin inkişaf etməsi üçün böyük əhəmiyyətə malikdir. Bütün dünya ölkələri üçün turizm sektoru strateji sahədir. Bugünkü görüşün əsas səbəbi hər iki ölkə arasında tuizm sahəsində strateji sayılan obyektlərin əməkdaşlıq çərçivəsində inkişafına nail olmaqdır. Bu görüş həm Azərbaycan, həm də Misirə gələn turistlərin sayını artırmaq üçün böyük fürsətdir”.
Misir Turizm İdarəsinin planlaşdırma şöbəsinin rəhbəri Əhməd Şükri çıxışında qeyd edib ki, bir neçə ilə Azərbaycan artıq turizm sahəsində mühüm ölkələrdən birinə çevriləcək: “Azərbaycana səfərimizin məqsədi təkcə turizm deyil, eyni zamanda digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır. Bu səbəbdən bu gün tədbirdə Misirin tuizm sahəsində fəaliyyət göstərən tanınmış şirkətlər iştirak edir. Bizim məqsədimiz qarşılıqlı münasibətlər çərçivəsində Misirlə yanaşı, Azərbaycana da bizim ölkədən turistlərin cəlb edilməsidir. Bu sahədə əməkdaşlığın inkişafı hər iki ölkə üçün çox əhəmiyyətldir”.
Konfransda çıxış edən Misir Hotelçılər Assosiasiyasının rəhbəri Məhəmməd Eyyub öz növbəsində vurğulayıb ki, Azərbaycandan Misirə bir neçə birbaşa aviareysin açılması nəzərdə tutulub: “Bu aviareyslərdən biri artıq iyundan başlayacaq. Şarm-əl Şeyx şəhərinə Bakıdan birbaşa olacaq aviareysin müddəti cəmi 4 saat olacaq və biletin qiyməti orta hesabla 350 ABŞ dolları təşkil edəcək. Hazırda Misirdə turistlər üçün nəzərdə tutulan çarpayıların sayı 8 mindir. Turizm sahəsinin inkişaf etdirilməsi və turistlər üçün şəraitin yaxşılaşdırılması məqsədi ilə bu sayın artırılması istiqamətində artıq xüsusi proqram həyata keçirilir. Ölkədə 2-5 ulduzlu hotellər var, lakin bunun 50%-ni 2-3 ulduzlu hotellər təşkil edir”.
Daha sonra Misirin Praqadakı Turizm idarəsinin rəhbəri Məhəmməd Desuki Misirin turizm imkanları ilə bağlı təqdimatla çıxış edib. O bildirib ki, azərbaycanlıların Misirdəki turizm imkanlarından faydalanması baxımından Misir Turizm Nazirliyi və Misirin turoperatorları iki ölkə arasında səmərəli əməkdaşlığı davam etdirmək əzmindədir və bu gün Azərbaycan turistlərinə yeni və yüksək keyfiyyətli cəlbedici turizm paketlərini təklif etməyə hazırdır: “2011-2013-cü illərdə Misirə səfər edən Azərbaycan turistlərin sayında müəyyən azalmadan sonra azərbaycanlılar arasında Misir kurortlarının populyarlığı yenidən artıb. Belə ki, son iki il ərzində Misiri minlərcə azərbaycanlı ziyarət edib. Dekabr, yanvar və mart ayları səyahət üçün daha populyar hesab olunur. Kurortlara səfər etmək də çətin deyil - ən yaxın zamanda Bakıdan birbaşa təyyarə reysinin açılması planlaşdırılır".
Tədbirdə Misir Turizm Federasiyasının nümayəndələri Əli Qonaym və Adel əl-Xaqar, “Air Cairo” aviaşirkətinin kommersiya direktoru Fəthi Attia çıxış ediblər.
Qeyd edək ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə Misirin 13 aparıcı turoperatorunun nümayəndələri Azərbaycanın turizm şirkətləri ilə əlaqələri qurmaq məqsədi ilə Bakıya gəliblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!