Qızıl verilən müəllimlə bağlı yeni açıqlama: hüquqi çərçivəni aşmayıb... .....                        Hərbçinin ölümü ilə bağlı vəzifəli şəxslərə cinayət işi açıldı .....                        Qəzzada ölənlərin sayı 55 minə çatır .....                        Hərbçimiz Biləsuvarda dəfn olundu .....                        Çinlə ABŞ arasında görüşlərin ikinci mərhələsi başlayıb .....                        Putin beynəlxalq olimpiya təşkilatlarını tənqid etdi .....                        Bir ayda eyni məkanda dönərdən ikinci dəfə ZƏHƏRLƏNMƏ .....                        AFFA azarkeşlərə müraciət etdi .....                        ABŞ-Rusiya münasibətləri 180 dərəcə dönüb .....                       
Tarix : 25-12-2018, 09:40
Kolumbiya Qarabağla bağlı qətnamə qəbul etdi

Kolumbiya Parlamentinin xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini dəstəkləyən qətnamə qəbul edib. Qətnamə Azərbaycan Respublikasının Boqotadakı Səfirliyinin müvəqqəti işlər vəkili Həmid Zeynalova rəsmi olaraq təqdim edilib.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, Qətnamədə Kolumbiya Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli münasibətlərin vacibliyi vurğulanır, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər 7 rayonunun Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində işğalı, habelə Azərbaycan əhalisinin etnik təmizlənməsinə məruz qalmasından Kolumbiya tərəfinin narahatlığı qeyd edərək Ermənistanın bu aqressiyası pislənir və dünya ictimaiyyətini bu hadisələrin insanlığa qarşı cinayət kimi qiymətləndirilməsinə çağırır.
Həmçinin, Azərbaycan torpaqlarının indiyədək işğal altında qalması və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək öz həllini tapmadığına görə Kolumbiya tərəfinin dərin təəssüfü vurğulanır və bu münaqişənin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri, həmçinin münaqişə üzrə qəbul olunmuş beynəlxalq hüquqi sənədlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında sülh yolu ilə həll edilməsinə çağırır.
Eyni zamanda, qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqın və məcburi köçkünlərinin dərhal öz doğma torpaqlarına qayıtması üçün şəraitin yaradılmasını tələb edilir.
Sonda sözügedən sənəddə Kolumbiya Respublikası Senatının xarici işlər, təhlükəsizlik və milli müdafiə üzrə İkinci Komitəsi Azərbaycan Hökuməti və xalqı tərəfindən ölkəsinin müdafiəsi üçün həyata keçirdiyi bütün səyləri tam dəstəkləyir və fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Kolumbiyadakı Səfirliyinin yüksək fəaliyyətini xüsusi vurğulayır.


Paylaş



Bölmə: Siyasət / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!