Qarabağın Azərbaycana verilməsi qaçılmaz idi - Paşinyan .....                        İlham Əliyevin Serbiyaya işgüzar səfəri başa çatdı .....                        Niderland üç aylıq fasilədən sonra Rusiyadan qaz alacaq .....                        HƏMAS İsrailə qarşı terror aktı həyata keçirib - Rusiya XİN .....                        İlham Əliyev Bolqarıstan Prezidentini Azərbaycana dəvət etdi .....                        Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşü oldu .....                        İlham Əliyev və Aleksandar Vuçiç təkbətək görüşdü .....                        Netanyahu Moskva – Tehran arasındakı əməkdaşlığı tənqid etdi .....                        İlham Əliyev Bolqarıstan Prezidenti ilə təkbətək görüşdü .....                       
Tarix : 27-02-2017, 12:16
Polşalı deputat Sülh Platformasına qoşuldu

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini dərk edərək, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bildirirəm"

Polşa seyminin deputatı Silvestr Xruş Ermənistan Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.

Butov.az-ın AzVision.az-a istinadən məlumatına görə, bəyanatda deyilir:

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini dərk edərək, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bildirirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Dağlıq Qarabağ Muxtar Respublikası kimi Azərbaycanın ərazi bütövlüyü sərhədləri çərçivəsində yekun statusunun müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək məcburi köçkünlərin doğma yurd-yuvalarına layiqli və təhlükəsiz qayıtmaq hüququnu tanıyaraq, ATƏT-in Minsk qrupu həmsədrlərinin ölkə rəhbərləri səviyyəsində dəfələrlə qeyd etdiyi kimi mövcud “status-kvo”nun təhlükəli olmasını, qəbuledilməzliyini və qeyri dayanıqlığını nəzərə alaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında yerləşən 7 rayonunun işğaldan azad edilməsinin uzunmüddətli sülh və münaqişənin mərhələli həlli üçün vacib başlanğıc olduğunu vurğulayaraq, ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, Münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək mən, Silvestr Xruş bununla bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulmağımı bəyan edirəm”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!