“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
Tarix : 10-01-2017, 11:58
Azərbaycan ilə Peru arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın Perudakı müvəqqəti işlər vəkili Mehdi Məmmədov bu ölkənin Konqresinin yeni seçilmiş sədri Luz Salqado Rubianes ilə görüşüb. M.Məmmədov Konqres sədrini yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Butov.az xəbər verir ki, Azərbaycanın Perudakı diplomatik nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, M.Məmmədov Konqres sədrinə ölkəmizin tarixi, yerləşdiyi region, respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar və beynəlxalq münasibətləri haqqında ətraflı məlumat verib. Görüşdə, həmçinin Azərbaycan ilə Peru arasında siyasi, təhsil, mədəniyyət və iqtisadi sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Konqres sədri Azərbaycanın Peruda diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsindən məmnunluğunu bildirib, Peru Hökumətinin də yaxın zamanlarda Azərbaycanda diplomatik nümayəndəlik açmaq niyyətində olduğunu qeyd edib, hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərməsindən bəhs edib.

Xatırladaq ki, 2013-cü il iyunun 10-da Peru Konqresində Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edən qətnamə qəbul edilib. Qətnamədə Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasəti pislənib, Xocalıda baş verən hadisələr soyqırımı kimi qiymətləndirilib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!