Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
19-12-2023, 13:23
Prezident 800 min manatlıq Sərəncam imzaladı


Prezident 800 min manatlıq Sərəncam imzaladı

Prezident İlham Əliyev Astara rayonunun Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 800,0 (səkkiz yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
17-12-2023, 15:26
Rəşt - Astara dəmir yolu dəhlizinin tikintisi bu tarixdə başlayacaq


Rəşt - Astara dəmir yolu dəhlizinin tikintisi bu tarixdə başlayacaq

Azərbaycan və İran arasında Rəşt - Astara dəmir yolu dəhlizinin tikintisi ay yarımdan sonra başlayacaq.
Bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə məlumat verib.
"Əldə olunan razılığa əsasən, biz 2024-cü ilin əvvəlindən, təxminən ay yarımdan sonra bu layihənin icrasına başlayacağımıza ümid edirik", - o bildirib.
Əfəndizadə onu da qeyd edib ki, Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsi hazırda İranda ən mühüm dəmir yolu layihəsidir.
15-12-2023, 18:45
Bu ölkələr Bakıda birgə sənəd qəbul etdi


Bu ölkələr Bakıda birgə sənəd qəbul etdi

Bakıda Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq Birgə Kommünike qəbul edilib.
Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev imzalayıblar.
Birgə Kommünikedə bərpa olunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, “yaşıl” hidrogen və “yaşıl” ammonyakın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olunub. Sənədə əsasən tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəliblər. Birgə Kommünikeyə uyğun olaraq regionda üçüncü ölkələr bu layihədə iştirak edə bilər.
Sənədə əsasən, Azərbaycan ilə Mərkəzi Asiya regionu ölkələri arasında iqtisadi və energetika əməkdaşlığının, o cümlədən Orta Dəhlizin imkanlarının daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədilə, bərpa olunan enerji mənbələrindən geniş istifadənin tətbiqinə əsaslanan davamlı inkişafa alternativin olmadığını, eləcə də tərəflərin öz iqtisadiyyatlarını inkişaf etdirmək hüququndan məhrum etmədən gələcək karbonsuzlaşma üçün ayrı-ayrılıqda və birgə səylərini davam etdirmək niyyətlərini vurğulayaraq, müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində birgə fəaliyyətin və əməkdaşlığın uğurlu təcrübəsini nəzərə alaraq, Azərbaycan Respublikasının region ölkələrinin enerji sistemlərinin gələcək inkişafının koordinasiyası və sinxronlaşdırılması təşəbbüsünü, enerji sistemlərinin davamlı birləşdirilməsi potensialı, həmçinin təmiz elektrik enerjisinin, tərəflərin qarşılıqlı maraqlarına uyğun olaraq, o cümlədən üçüncü ölkələrin bazarlarına tədarükü və mübadiləsi səylərini alqışlayaraq, Xəzər-Qara dəniz-Avropa ixrac dəhlizinin birgə layihəsinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən həyata keçirilməsini nəzərə alaraq, Naxçıvan-Türkiyə-Avropa enerji dəhlizinin perspektivlərini qeyd edərək, “Yaşıl” elektronların və molekulların daşınması üçün infrastruktur yaratmaq səylərinin əlaqələndirilməsindən ortaya çıxan perspektivləri vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə aidiyyəti nazirliklərin və kommersiya təşkilatlarının səylərinin birləşdirilməsi tapşırığı nəzərə alınıb.
Qeyd edək ki, kommünikeni nazir Almasadam Satkaliyev tərəfindən təmsil olunan Qazaxıstan Respublikasının Energetika Nazirliyi, nazir Jurabek Mirzamahmudov tərəfindən təmsil olunan Özbəkistan Respublikasının Energetika Nazirliyi, nazir Laziz Kudratov tərəfindən təmsil olunan Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyi, nazir Mikayıl Cabbarov tərəfindən təmsil olunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, nazir Pərviz Şahbazov tərəfindən təmsil olunan Azərbaycan Respublikasının Energetika Nazirliyi imzalayıblar.
Xatırladaq ki, 14 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Bakı şəhərində iclas keçirilib. Nazirlər ölkələrin bərpa olunan enerji sahəsində potensialını vurğulayıb, alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqlarını qeyd ediblər. Bu kontekstdə Azərbaycanın enerji sisteminə inteqrasiya edəndən sonra Qara dənizin dibi ilə yüksək gərginlikli xətlərin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olunub.
15-12-2023, 17:37
Paytaxtın bu prospektində təmir işləri başlayıb


Paytaxtın bu prospektində təmir işləri başlayıb

Səhər saatlarından etibarən Bakı şəhərinin Xətai rayonu, 8 Noyabr prospektinin 9-cu kilometrindən “Zığ dairəsi” istiqamətində təmir işlərinə başlanılıb.
Təmir işləri 250 metrlik hissəni əhatə edir və işlərinin dekabrın 19-u saat 22:00-dək aparılması nəzərdə tutulur.
Hazırda ərazidə köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması və zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması işləri aparılır.
Təmir işləri ilə əlaqədar prospektin sözügedən hissəsində Zığ dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmaqla, əks istiqamət üzrə ikitərəfli hərəkəti təmin olunub. Bunun üçün ərazidə ayrıcı zolaqda avtonəqliyyat vasitələrinin keçidi üçün hissə yaradılıb, əlavə yol nişanlarının quraşdırılması, yol-cizgi xətlərinin çəkilişi işləri aparılıb.
Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə yol hərəkəti qaydalarına riayət etmələri və avtonəqliyyat vasitələrini ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun idarə etmələri xahiş olunur.
15-12-2023, 17:06
Türkiyə dəmiryolu şəbəkəsini Zəngəzur dəhlizinə qədər genişləndirir


Türkiyə dəmiryolu şəbəkəsini Zəngəzur dəhlizinə qədər genişləndirir

Türkiyə dəmiryolu şəbəkəsini 13 min 919 kilometrdən 17 min 11 kilometrədək genişləndirəcək.
Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatında qeyd edilib.
Məlumata görə, bununla bağlı layihələr tamamlanmaq üzrədir. Həmçinin, 2 min 452 kilometrlik yeni xətlər üçün yol xəritəsi də artıq müəyyənləşib.
Qeyd edilib ki, ümumi layihələr sırasında Qars-Iğdır-Aralık-Dilucu (Zəngəzur) dəmiryolu xətti strateji baxımdan əhəmiyyət kəsb edir. Xəttin uzunluğu 224 kilometr olacaq. Marşrut üzrə 5 stansiyanın quraşdırılması planlaşdırılır. Saatda 160 kilometr/saat sürətlə hərəkət nəzərdə tutulan xətdə il ərzində 5,5 milyon sərnişin və 2 milyon ton yük daşınması planlaşdırılıb.
Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus "Naxçıvan Dəmir Yolları" MMC də gələn il yanvarın 1-dən yüklərin vaxtında, tam təhlükəsiz mənzil başına çatdırılması, sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə dəmiryolu infrastrukturunu müasir standartlara cavab verəcək şəkildə yenidən quracaq.
15-12-2023, 15:18
SOCAR və BP-dən yeni əməkdaşlıü təşəbbüsü: Memorandum imzalandı


SOCAR və BP-dən yeni əməkdaşlıü təşəbbüsü: Memorandum imzalandı

Bu gün SOCAR və bp Azərbaycanın neft-qaz sektorunda metan səviyyələrinin azaldılmasına yönəlmiş yeni əməkdaşlıq təşəbbüsünü elan etmək üçün birgə tədbir keçirib.
BP-dən verilən məlumata gorə, qlobal “Metan Rəhbər Prinsipləri”ni (MGP) imzalamış bu iki şirkət Azərbaycanda metan emissiyalarının azaldılması səylərini irəli aparmaq məqsədilə öyrətmək və başqalarından öyrənmək, təcrübələri bölüşmək və birgə fəaliyyət üçün metan sahəsindəki öz təcrübə və biliklərini bir araya gətirərək sıx əməkdaşlıq edəcək.
Bundan iki həftə əvvəl 30 noyabr 2023-cü il tarixində “MGP” ölkələr səviyyəsində metan emissiyalarının azaldılmasını sürətləndirmək üçün özünün yeni Qlobal Metan Emissiyalarının Azaldılmasının Təşviqi (AGMR) təşəbbüsünü elan etmişdi. SOCAR və bp həmin təşəbbüs çərçivəsində birgə işləyərək Azərbaycanda enerji sektorunun tələblərinə cavab verən xüsusi yol xəritəsi hazırlamaq səylərinə dəstək məqsədilə əsas maraqlı tərəfləri, tərəfdaşları, tədqiqat institutlarını və hökumət rəhbərliyini bir araya gətirəcək.
Tədbirdə həmçinin SOCAR-la BP arasında qarşılıqlı anlaşma memorandumu imzalandı. Bu sənəd çərçivəsində şirkətlər metan səviyyələrinin azaldılması sahəsində bilik və bacarıqların inkişafı, emissiyaların ölçülməsi, hesabatlılıq, yoxlama, texnologiyalar və texniki təcrübənin artırılması yönümündə birgə işləyəcək.
14-12-2023, 14:03
Prezident avtomobil yollarının əsaslı təmiri ilə bağlı Sərəncam imzaladı


Prezident avtomobil yollarının əsaslı təmiri ilə bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Qala və Buzovna qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 500,0 (beş yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
11-12-2023, 16:47
İşğaldan azad olunmuş ərazilərdə bərpa olunan yolun uzunluğu açıqlanıb


İşğaldan azad olunmuş ərazilərdə bərpa olunan yolun uzunluğu açıqlanıb

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ilkin mərhələdə bərpası və yenidən qurulması nəzərdə tutulan 2 453,9 km avtomobil yolunun 185,5 km-də işlər artıq başa çatıb.
Bu işlər ölkə prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilib.
6-12-2023, 17:30
Naxçıvanın xüsusi iqtisadi rejimə keçilməsi nəzərdə tutulur


Naxçıvanın xüsusi iqtisadi rejimə keçilməsi nəzərdə tutulur

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na əsasən diyarımızın azad iqtisadi zonaya çevrilməsi mühüm hədəflərdən biri kimi dayanır. Bu məqsədlə Naxçıvanda xüsusi iqtisadi rejimin tətbiq edilməsi nəzərdə tutulur.
Bunu Naxçıvan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə konfederasiyanın sədri Vüqar Abbasov bildirib.
O qeyd edib ki, ölkənin dayanıqlı inkişafının təmin edilməsi məqsədilə bütün sahələrdə həyata keçirilən islahatlar muxtar respublika iqtisadiyyatının inkişafında da yeni mərhələnin başlanmasını zəruri edir. Xüsusilə Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi iqtisadi rejimin tətbiq olunması istiqamətində hazırlıqlar bu sahədə müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir.
Qeyd olunub ki, Naxçıvan iqtisadi rayonunda dayanıqlı sahibkarlıq və investisiya mühiti yaradılmaqla xarici və yerli investisiyaların cəlb edilməsi, iqtisadiyyatın səmərəliliyinin artırılması üçün xüsusi güzəşt və imtiyazlar mexanizminin formalaşdırılması, yaşıl iqtisadiyyatın inkişafı, şaxələndirilmiş ixrac potensialına nail olunması, yeni iş yerlərinin açılması və digər istiqamətlərdə həyata keçiriləcək tədbirlər xüsusi iqtisadi rejimin tətbiq edilməsinə geniş imkanlar açacaq.
Vurğulanıb ki, xüsusi iqtisadi rejimin tətbiqi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə də zəmin yaradacaqdır.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.
5-12-2023, 13:01
Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalandı


Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalandı

Prezident İlham Əliyev Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla qırx bir kilometr uzunluğu olan Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 6,0 (altı) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!