Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                       
Tarix : 21-09-2015, 12:54


“Borçalı” Cəmiyyətinin yeni nəşri - “İnsanın dəyəri söhbətindədir”


“Borçalı” İctimai Cəmiyyəti el şairi Zahid Ələmpaşallının “İnsanın dəyəri söhbətindədir” adlı kitabını nəşr etdirib. Zahid Ələmpaşallının 80 illik yubileyi münasibətilə işıq üzü görən kitabda müəllifin “Məhəbbət dastanı” və son vaxtlar qələmə aldığı şeirləri yer alıb. “Məhəbbət dastanı” müəllifin zindan həyatı keçirərkən rastlaşdığı romantik sevgi macərasının, canlı hadisələrin bədii təsvirindən ibarətdir. Əsərdə qıfılbəndlər, deyişmələr və, ümumiyyətlə, bütün qoşmalar ustalıqla qələmə alınıb. Dastanın baş qəhrəmanları müəllif özü və məhbəsin həkimi Solmaz xanımdır.
Kitabın “Şeirlər” adlanan ikinci bölməsində Zahid Ələmpaşallının oxucuya təqdim olunan şeirləri klassik aşıq poeziyası üslubunda yazılıb. Burada divani, təcnis, gəraylı, müxəmməs və digər qoşma növlərində təqdim olunan şeirlər oxucunun zövqünü oxşayır, ona nostalji hisslər bəxş edir. Redaktoru Elbəyi Cəlaloğlu olan “İnsanın dəyəri söhbətindədir” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.
Qeyd edək ki, Qarayazının el şairi Məmmədov Zahid Mirzə oğlu Ələmpaşallı 1935-ci ildə Qarayazı mahalının Kosalı kəndində anadan olub. Orta təhsilini Kosalı kənd məktəbində alıb. Zahid Ələmpaşallı məktəbdə oxuduğu vaxtlardan poeziyaya böyük maraq göstərib və şeirlər qoşmağa başlayıb. Orta təhsilini bitirdikdən sonra sürücü peşəsinə yiyələnib. Zahid Mirzə oğlu ömrünün 50 ilindən çoxunu sükan arxasında keçirib. Qarayazının el-şairi Zahid Ələmpaşallının bu günə qədər “Qaryazı çiçəkləri” və “Ellərə yadigar, sözüm söhbətim” adlı iki şeirlər kitabı işıq üzü görüb, eləcə də şair bir neçə dastanın müəllifidir. Zahid Ələmpaşallı həm də dinə qulluq edir. O, Qurani-Kərimə yaxından bələddir. El şairi zamanında deyilmiş Ələsgərin, Xəstə Qasımın, Molla Cümanın bağlı qalmış qıfıl bəndlərini açıb. Şairin bir çox şeirləri “Region press”, “Gürcüstan”, “Sözün İşığı”, “Çənlibel”, “Qardabani” qəzetlərində və bəzi jurnallarda dərc olunub. Hazırda Qarayazıda ömrünün 80-ci payızını yaşayan Zahid Mirzəoğlu Ələmpaşallı həm də el ağsaqqalıdır.
4 övladı, 12 nəvəsi, 28 nəticəsi var.

“Borçalı” İctimai Cəmiyyətinin Mətbuat və İnformasiya Xidməti


Butov.az


Paylaş



Bölmə: Borçalı / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!