Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ .....                        Abşeronun içməli su təminatı bərpa olunur .....                        Qırğızıstanın Baş naziri Azərbaycana gəldi .....                        Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub .....                        İran sülh üçün 4 şərt açıqladı - SİYAHI .....                        Tramp Pezeşkianı təriflədi, İranı hədələdi - FOTO .....                        Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası .....                        Masallıda faciəli şəkildə ölən baba və nəvənin fotosu .....                        Mer və ailəsi rüşvətə görə saxlanıldı .....                       
Tarix : 1-12-2015, 08:24
Putinin dirənişinin əsl səbəbi – Qabil Hüseynlinin şərhi



“Rusiyanın bütün tarixi qanla yazılıb”.

Bunu AzNews.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya prezidenti Vladimir Putinin Parisdə keçirilən İqlim zirvəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən imtina etməsinə münasibətində deyib.

Onun sözlərinə görə, Rusiya böyük dövlətçilik prinsipi yürüdərək, başqa xalqlara yuxarıdan aşağı baxır: “Ona görə də bu cür görüşlərə razılıq vermir. Rusiya özünü həddindən artıq təkəbbürlü aparır. O hesab edir ki, onun təyyarəsini gərək, vurmayaydılar. Bu səbəbdən də özünün böyük dövlətçilik şovnizimdən irəli gələn hərəkətlərini edir: görüşdən imtina edir, Türkiyəyə qarşı sanksiyalar tətbiq edir, üstəlik də şərtlər irəli sürür. Deyir ki, Türkiyə üzr istəsin və hadisəni törədənlərin cəzasını versin. Yalnız bundan sonra görüşmək olar”.

Q.Hüseynli qeyd edir ki, öncədən şərtlər irəli sürməklə danışıqların prosedurunu müəyyənləşdirmək dövlətlərarası praktikada rast gəlinən məsələ deyil: “Səndən soruşarlar ki, Suriyada neynirsən? Niyə bu türkmanlərı qanına qəltan edirsən? Səndən soruşarlar ki, ərəblərin günahı nə? Niyə onları öldürürsən? Qanlı çəkişmələrdə bir dəfə onun burnunu ovublar. Sanki bunun imicinə, qüruruna toxunublar. Ona görə də özünü elə aparır ki, əvvəla ilk olaraq daxildəki reytinqi ələ alır, xəstəhal ruslara nümayiş etdirir ki, mən əyilmirəm, ölkənin qürurunu tapdalamıram və tezliklə Türkiyənin üzr istəməsinə nail olacam”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Parisdə keçirilən İqlim zirvəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən imtina edib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!