Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 10-07-2015, 13:31
Ermənilərə mesaj

Mənsur Orucov

Ermənilərə mesaj
Buynuzsuzun qisası qalmayır buynuzluda,
Gavurlar qoy eşitsin bir daha salsın yada.
Özgə atı minənlər tezcə düşürlər atdan,
Sürünənlər heç zaman hoppana bilməz oddan!
Bizi saymırsız saya, qürrələnib daşırsız,
Bilməyirsiz gavurlar, aldanırsız, çaşırsız.
Qazdığınız quyuya düşəcəksiz özünüz,
O torpağın sahibi özümüzük-özümüz.
Türkün andı müqəddəs, and içibdir, gələcək.
Gavur aqibətini bütün dünya görəcək.
Gəzdiyiniz o torpaq odlayacaq sizləri!
Murdar cəsədinizlə doldurarsız düzləri.
Arxa durubdur sənə əmin, dayın, qardaşın,
Ədalətdən danışan ədalətsiz sirdaşın.
Çaşmısınız gavurlar, düşmüsünüz kəməndə
İgidlərim öndədir, budur gəlirəm mən də!


Babamızın babasından nəvəmizin nəvəsinə mesaj
Aqillər deyiblər ki, insan iki dəfə uşaqlıq dövrü keçirir. Onlardan biri anadan doğulduğu, ikincisi isə yaşa dolan dövr adlanır.
Birinci, uşaqlıqdan danışmaq həm şirin, həm də kövrək olur. İndi mən XX əsrin ikinci yarısından söhbət açacağam. Bəlkə də müasir uşaqlara, gənclərə inandırıcı görünməsin, amma həqiqətdən bir addım belə kənar deyil.
Əsrin altmışıncı illərinə qədər şəhər və rayon mərkəzlərindən uzaq kəndlərdə radio çox məhdud şəkildə, televiziya haqqında heç anlayış yox idi. Eşitmişdik ki, bir radio çıxıb, oxuyanlar, danışanlar görünür. Hamı gələcəyə ümidlə baxırdı.
Gündüzlər yeddi dərə, yeddi təpə gəzən uşaqlar gecələr boynu bükük qalırdılar. Əylənmək üçün özlərini verirdilər səksən-doxsan yaşlı qoca nənə-babaların yanına. Kim təzə nə eşidirdisə onu bir-birinə danışırdı. Düzü, bu, uşaqlar arasında bir maraq xəstəliyinə çevrilmişdi.
Dünyada çox sayda xəstəlik var. Xəstəlikləri, əlbəttə, bu mənim subyektiv fikrimdi, dörd qrupa bölmüşəm.
Birinci, təbii xəstəlik: Bu bütün canlılara, insana, heyvana, hətta ağaclara da aiddir. İnsan xəstələnir, ağac quruyur, dünyasın dəyişir.
İkinci, xoşməramlı xəstəlik: Hərə bir sahəyə aludə olur. Biri elm öyrənməyə, biri sənətə, biri insanlar arasında fərqli geyinməyə, biri Allahın ona bəxş etdiyi orqanlarla razılaşmır, öz xoşuna gələn formada müasir ağız-burun düzəldir. Təkcə forma deyil, çox yemək xəstəliyi də var. Toylara gedəndə deyirlər bəs stolun üstünə nə qoyulub hamısını yeyərlər və s.
Üçüncü, bəd məramlı xəstəlik: bura paxıllıq, oğurluq, yalançılıq, riyakarlıq, eqaizm və s. daxildir.
Dördüncü, erməni xəstəliyi: Yuxarıda söylənilən xəstəliklərdən ermənilərdə də var, özü də lap çox. Amma onların bir sağalmaz xəstəlikləri də var, torpaq xəstəliyi. Bizi narahat edən də elə budur.
Zəngilan rayonunun xeyli sayda kəndləri, xüsusən də dağ ətəyi kəndlər erməni kəndləri ilə həmsərhəddir. Çox təəssüf ki, onlardan biri də bizim hazırda yetim qalan Sarallı Xəştab kəndidir. Bədnam qonşuların sayəsində kəndin başı həmişə bəlalı olub.
Ağsaqqallar həmişə ermənilərin hiyləgərlikləri barədə maraqlı, həm də qorxulu söhbətər edərdilər. Söhbətdən anlamaq olurdu ki, onlar qonşuluğa XVIII əsrin sonlarında Cənubi Azərbaycanın Qaradağ mahalından gəliblər. Əvvəllər özlərini müsəlmanpərəst, dost göstərib, müsəlman kəndlərindən, “kirvə” deyə-deyə xeyli torpaq qoparıblar. Sonra özlərinəməxsus hərəkət ediblər. Söhbətdən başa düşmək olur ki, o insanlar, əgər insan demək olarsa, tez-tez qiyafələrin dəyişə biliblər.
1918-ci il erməni-Azərbaycan müharibəsindən söhbət açan Əbdül baba söhbətə atalar sözü ilə başladı. Atalar yaxşı deyib: “Qurd qaranlıqda fəallaşar”, ermənilər də ara qarışanda fəallaşdılar. Nikolayın yıxılmasın ermənilər bizdən qabaq eşitdilər. Dünənki “dostlarımız” başımıza od yağdırdılar. Biz köməksiz idik. Onlara Andiranikin sağ əli olan Njde başçılıq edirdi. Kəndlər xaraba qalmışdı. Bizi lap uzaqlara qovmuşdular. Sonradan hökumət dəyişdi, ara düzəldi, hər kəs öz evinə qayıda bildi. Amma necə qayıtdı, hara qayıtdı?! Evlər yandırılıb, kənddə yaxşı nə varsa aparılıb.
Kəndə hökumət nümayəndələri gəldilər. Hər gün iclas edir, deyirdilər ki, indiyə qədər nə olub daha olub, bu gündən sonra azərbaycanlı ilə erməni arasında dostluq bərpa olacaq. Yeni, fəhlə-kəndli hökuməti olan Sovet hökumətinin tələbi və tapşırığı budur.
Tapşırıq hamının ürəyincə oldu. Düzdü, qoçaq oğullar qurban vermişdik, amma yorulub əldən də düşmüşdük. Başqa çıxış yolu yox idi.
Ermənilər yenə qabağa düşdülər. Uzaqdan-uzağa bizə salam verir, yeni hökuməti alqışlayır və bizi təbrik etməyə başladılar.
Ara sakitləşmişdi. Hər kəs öz evinin dağılmış-sökülmüş yerlərini bərpa etməyə başlamışdı. Təzə hökumətin tapşırığına əməl edirdik. Yaz günü idi. Gördük ki, iki erməni gəldi kəndə. Onlar vaxtı ilə bizimlə “dostluq” edən ermənilər idi. Qardaşım Balakişi istədi ki, erməniləri güllələsin. Mən qoymadım. Ermənilər başa düşmüşdülər. Dedilər ki, biz sizi başa düşürük. Amma icazə verin sözümüzü deyək, sonra məsləhət sizindir. Əgər xoşunuza gəlməz siz də öz sözünüzü deyərsiniz. Ermənilər qonşu Həyərək kənd sakinləri idilər. Dedilər ki, bizi bura kəndin ağsaqqalları göndəriblər. Xahiş edirlər ki, qonşu müsəlman kəndlərinin ağsaqqalları da gəlsinlər, and içək, bir-birimizə toxunmadan qonşuluq edək. Amma gələndə özünüzlə inandığınızı gətirin. Bu söz bizim üçün qaranlıq qaldı.
Ermənilərə razılıq verdik, getdilər. Amma bizim özümüz üçün çox maraqlı idi. Dünənə qədər bizə güllə atanlar, bu gün bizə gül uzadır. Başqa qorxumuz yox idi. Çünki gələnlərdən biri Yahya dayının inandığı dostu Sedraq idi. O, hər şeyi Yahya dayıma xəlvəti demişdi. Onu da demişdi ki, “yox” deyərsiniz.
Hərə bir fikir söylədi. Dedik bəlkə bu da ermənilərin növbəti bir hiyləsidir. Lakin özümüzə sığışdıra bilmədik. Əgər erməni cəsarət edib bizim kəndə öz elçilərin göndərirsə biz nə üçün getməyək dedik. Nəhayət, rzılaşdığımız gün on nəfərlə Həyərək kəndinə getdik. Kəndin ortasında onların böyül bir kilsələri var. Gördük ki, kilsənin dörd bir yanı insanla əhatə olunub, amma kilsənin üstündə üç adam var. Biri oturub, ikisi oturanın sağ-solunda ayaq üstə dayanıb. Biz ora çatanda həmin oturan adam ayağa qalxıb Azərbaycan dilində bizə: “Xoş gəlmisiniz, dostlar” dedi. Bizə ön sırada yer göstərdilər. Biz ora toplaşan ermənilərin əksəriyyətini tanıyırdıq, amma bizi “nəvazişlə” qarşılayanı tanıya bilmədik. O, özünü bizə təqdim etdi. Nijde.
Nijde qısa bir çıxış etdi. Dedi ki, azərbaycanlılarla ermənilər ata-baba dost olublar. Çox hayıf ki, ruslar bizi öyrədib aramıza düşmənçilik salıblar. Bizdən də ölən olub, sizdən də. İndi də öz xeyirlərinə hökumət qururlar. Biz sizi namuslu-qeyrətli millət kimi tanıyırıq. Gəlin bizimlə birləşin, hər ikimiz and içək, qüvvələrimizi birləşdirək, bolşeviklərə qarşı birgə vuruşaq. Silahdan narahat olmayın. Mən sizə istədiyiniz qədər silah verəcəyəm. Bu saat ingilislər Araz çayının kənarlarında çadır qurub bizə kömək etməyə hazırlaşırlar.
Biz hiss etdik ki, ermənilərin xeyli hissəsi Nijdenin danışığı ilə razılaşmırlar. Bizə də elə bu lazım idi. Müslüm əlin qaldırdı, söz istədi. Nijde düşündü ki, bəs onun xeyrinə nə isə yaxşı bir söz deyiləcək. Hamını həvəslə sakitləşdlrdl.
Müslüm söhbətə atalar sözü ilə cavab verdi: “Avazınız yaxşı gəlir, oxuduğunuz “İncil” olsun”. Bir haldaki iki tərəfliyik, qoy məsələ də iki tərəfli olsun. Düz danışdığım üçün inciməyin, inciməyə də haqqınız yoxdur.
Nijde mindi maşına,
Sürdü Gorus başına.
Fərəğat otur, ay Nijde,
Əylis qaldı viranə!

Sizin haqqınızda deyilmiş bu şeir parçası dillərdə əzbərdi. Biz qorxduq ki, o, bu saat Müslümü vuracaq. Xoşbəxtlikdən ermənilər də narazılıq etdilər.
Müslümün cavabı yox, ermənilərin hərəkəti Nijdeni yerindən oynatdı. Onun ermənilərə son sözü belə oldu:
“Ey binamus, biqeyrət, yaxşılıq anlamayan ermənilər, mən gedirəm. Bolşeviklər sizin axırınıza çıxacaq” . Bu sözləri ermənicə dedi. Fərqi yox idi. Biz hamısın yaxşı başa düşürdük. Onu da başa düşürdük ki, Sovet hökumətinin gəlişi bütün Nijde kimilərinə ölüm gətirmişdir.
Ermənilər qısa zaman kəsiyində taktikaların dəyişdilər. Hamısı mərdimazarlara lənət deməyə başladılar. Halbuki mərdimazarlar elə onların özləri olmuşdular. Başladılar keçmiş “dostluqdan” danışmağa. Məsələ aydın idi. Çalışırdılar ki, bizim ürəyimizi ələ alıb əvvəlki kimi kəndlərimizə yol salsınlar. Belə də oldu.
Bəli, keçmişdə eşitdiklərimizi indi öz gözlərimizlə gördük. Onların bircə dərdi Torpaq dərdidi. Nə olar biz humanist millətik. Torpağın altın verək onlar "yaşasınlar", üstü bizə yetər.


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!