Xankəndidə atəşfəşanlıq - FOTOXankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə atəşfəşanlıq olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Zəfər meydanında şəhər gününə həsr olunmuş konsertin ardından şəhərin səması rəngarəng işıqlara bürünüb.
Atəşfəşanlıq Xankəndi sakinləri tərəfindən böyük sevinclə qarşılanıb, hər kəsdə xoş ovqat yaranıb.