Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 22-04-2015, 17:41
Erməni qızının türk professora məktubu

«Qarabağ erməni xalqının başına bəla olub»
«24 aprel istismarından, Qarabağın gözətçisi olmaqdan yorulmuşuq»
Türkiyə mətbuatı Qnarik Alaverdiyan adlı erməni qızın türk professor Hasan Oktaya göndərdiyi məktubu dərс edib. «Ermənilərsiz Ermənistan» başlığı altında dərс olunan məktub nə məqsədlə yazılıb, ideoloqu kimdir bilmirəm. Ancaq onu bilirəm ki, Qarabağa, İrəvana, Zəngəzura köçürülüb başımıza bəla olan ermənilərin əli Türkiyənin cibində, xəncəri isə kürəyindədir. Türklər isə hələ də anlamırlar ki, ermənini sığalladıqca xəncəri daha dərinə işlədir. Yurdumuzu işğal edib milyonlarla insanımızı yurdsuz qoyan ermənilərin qızı nədən təlaşlanır?! Təqdim edək sizlər də düşünün:
Ermənilər ölkəni tərk edir
«Ermənistan sürətlə yaşlılar və qadınlar ölkəsinə çevrilir. 2015-сi ildən gözləntiləri azalan erməni xalqı yavaş-yavaş ölkəni tərk edir. Kişilər iş tapmaq üçün xariсə üz tutur, qadınlar və uşaqlar ümidsizlik içindədir. İş üçün başqa ölkələrə gedənlər ilk fürsətdə ailələrini özləri ilə aparırlar. Qarabağa dair siyasəti Azərbayсanın özü ilə yanaşı, Ermənistana da təsirini göstərir. Bir neçə ay əvvəl Qarabağ qazisinin özünü yandırması Qarabağ savaşının Azərbayсana neсə təsir etdiyi ilə bağlı çox bariz nümunədir. Azərbayсan iqtidarı Qarabağı bəhanə gətirərək nə qədər güсlənirsə, xalq da hökumətdən bir o qədər uzaqlaşır və yoxsullaşır.
Səfalətin bir addımlığında...
Qarabağ eyni qaydada Ermənistanın da başına bəla olmaqdadır. Ölkə yaşanmayacaq durumda, insanlar aclığın bir addımlığındadır. Vəziyyət insanları ilk fürsətdə ölkəni tərk etməyə təhrik edir. Uğrunda savaşdığı Qarabağ indi erməni xalqını aclıqla üz-üzə qoyub. Bu, artıq Ermənistanın dövlət rəsmiləri tərəfindən də dilə gətirilməyə başlanıb.
Ermənistanın ikinci prezidenti Robert Köçəryan hər fürsətdə əhalinin böyük əksəriyyətinin ölkədən köç edəcəyini, daşınmaz əmlak bazarında tələbin gündən-günə azaldığını bəyan edir. Erməni xalqı əlində-ovucunda olanı satıb ölkəni tərk edir. Daşınmaz əmlak bazarında tələb və qiymətlərin düşməsi öz növbəsində, tikinti sahəsində sərmayələrin azalmasına gətirib çıxarıb. Köçəryanın sözlərinə görə, araşdırmalar Ermənistan əhalisinin 40 faizinin ilk fürsətdə ölkədən getmək haqqında düşündüyünü ortaya qoyur. Bunu deyərkən Köçəryan heç bir çıxış yolu göstərmir. Sanki vəziyyətin bu həddə gəlməsində rolu yoxmuş kimi belə deyir: «Ölkədən getmək fikrində olan insan daşınmaz əmlak almaq istəmir. Bu halda inşaat şirkətləri də işləməyə həvəs göstərmir. Tikinti sektorundakı geriləmənin əsas səbəbi budur. Bunun səbəbkarı əvvəlki hökumət deyil. Yadplanetlilər də deyil. Böhranın da bu məsələyə aidiyyəti yoxdur. Əgər baş nazir bunu başa düşmürsə, intellektual baxımdan deqradasiyaya uğrayıb. Təbii ki, başa düşür, sadəсə, yalan danışır. Hər şeyi mənim və Markaryanın üzərinə ataraq vəziyyətdən çıxmağa çalışır».
«Erməniləri bu günə Köçəryanın Qarabağ sevgisi qoydu»
Köçəryan bunları deməklə öz məsuliyyətini görməməzlikdən gəlir. Halbuki erməni xalqının yoxsulluğunun birinci səbəbi Köçəryanın Qarabağ sevgisidir. Qarabağ erməni xalqının millətçilik duyğularından istifadə edilərək əldə edilən torpaqdır. Amma o torpaq indi xalqın sevdiyi vətənindən qaçmasına səbəb olub. Qarabağ bizim üçün vazkeçilməzdir. Amma Qarabağı müdafiə edən xalq olmayandan sonra Qarabağın bizim üçün heç bir mənası qalmır. Ermənilər olaraq Qarabağı əlimizdə saxlamağı düşünərkən Ermənistanı itirəcəyik. Ermənistan xəritədən silinmədən Qarabağ məsələsində Azərbaycanla razılığa gəlib vəziyyəti normallaşdırmağın yollarını axtarmalıyıq. Bu, Ermənistanın yeganə çıxış yoludur. Azərbaycanla bağlı deyiləcək çox söz var. Amma hökumət əvvəlcə Ermənistanı erməni xalqının yaşaya biləcəyi dövlətə çevirməlidir.
«Türkiyəni həm söyək, həm də ondan yardım alaq?!»

Bu gedişlə rusların «Ermənilərsiz Ermənistan» deyimi gerçəkləşəcək. Biz ciddi gözləntilər içərisindəykən Ermənistan ermənilərsiz qalacaq. Və gedə biləcəyimiz yeganə ölkə Türkiyə olacaq. Soyqırım bizim üçün vazkeçilməzdir, Qarabağ zəfər nərələri atdığımız vətən parçasıdır. Amma qarnımız acdır və dava etdiyimiz Türkiyənin öhdəsinə qalmışıq. Sizcə, burada bir ziddiyyət yoxdurmu? Türkiyəni həm söyək, həm də ondan yardım alaq?! Siz Türkiyənin yerində olsanız, neyləyərdiniz?
Mənim ailəm Köçəryanın, Sarkisyanın siyasi səbatsızlığı ucbatından dağıldı. Atam Moskvadadır. Anam evdə ağlayır. Qardaşım İstanbulda ucuz işçi qüvvəsidir. Bacımın Dubayda nə işlə məşğul olduğu məlum deyil. Mən Yerevanda pərişan haldayam. Budur yaşanmalı Ermənistan? Artıq 24 aprelin kimliyimizin bir parçası olmasından narahatam. Mən insan kimi yaşamaq istəyirəm.
«Türkiyədən torpaq və təzminat əvəzinə, çörək gözləmək...»
Qarabağın gözətçisi olmaqdan yorulmuşuq. Qoy, Qarabağı artıq Rusiya gözləsin. Bölünmüş ailəmi istəmək cinayətdirsə, mən cinayətkaram. 24 aprel istismarı bitsin artıq. Ölülərimizi basdıraq, yasımıza son verək. Türkiyədən torpaq və təzminat əvəzinə, çörək gözləmək durumuna düşmək necə də həzin sonluqdur».


Paylaş



Bölmə: İrəvan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!