Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 6-03-2014, 16:59

 

 

Leyla Namazova 

 

 

 

 

 

 

 

 

1992-ci il idi. Valideynlərim İrana getməyə hazırlaşırdılar. Sonradan öyrəndim ki, İran İslam Respublikasının Təbriz şəhərində yaşayan xalamgilə gedəcəyik. Onda mənim cəmi 6 yaşım vardı. Valideynlərimdən eşidəndə ki, “molla rejimli” bir ölkəyə gedirik, çox məyus oldum. Hətta getməmişdən əvvəl başladım darıxmağa, sıxılmağa. Balaca bir uşaq üçün qərib ölkə çox qəribə və hətta deyərdim ki, qorxunc gəlirdi. Mənə elə gəlirdi ki, ordakı insanların hamısı saqqalı molladı, qaraqabaq, çox qəddar. Ağlayıb, anama dedim ki, məni özləri ilə aparmasınlar, nənəmgildə qoysunlar. Ancaq anam mənsiz getməyəcəklərini dedi:

- Ağlama, səni burda qoyub gedə bilmərik. Hazırlaş. Sabah yola çıxırıq.

Bu sözlərdən sonra daha çox ağlamağa başladım. Özümü ora-bura çırpırdım ki, getmək istəmirəm. Səbəbi isə sadə idi. Uşaq ağlı ilə fikirləşirdim ki, orda özümü necə aparmalıyam, nə etməliyəm, hansı dildə danışmalıyam? Həm də çox qorxurdum. Düzdü, orada yaşayan insanlar vəhşi deyildi, amma nədənsə ehtiyat edirdim.

Hətta xalam və xalamqızı bizi xəbərdarlıq etmişdilər ki, bizə orada, “molla rejimli” ölkədə özümüzü yaxşı aparaq:

- Çox gülməyin, ucadan danışmayın, özünüzü sadə aparın, başınıza çadra bağlayın, heç kimə baxmayın…

Səhəri gün yola düşdük. Təbrizə çatanda dedilər ki, gecə saat 12-dir. Avtobusdan düşəndə gözüm təsadüfən stollarda oturub yemək yeyən adamlara sataşdı. Hamısı plov yeyirdi. Özü də gecə saat 12-də. Dedilər ki, bu onlar üçün normal yemək vaxtıdır. Ancaq mənə çox təəcüblü gəldi, bu gecəyarısı axı nə düyü, nə aş?! Onlar mənə azad, qayğısız, vecsiz adamlar kimi göründü. Tərəddüd etmədən, başladım başqalarını da elə bunlar kimi təsvir etməyə. Artıq beynimdə suallarım yarandı ki, görəsən, burada adamların hamısı bu yeməkxanada gördüyüm kimidirlər, ya fərqlidirlər. Sən demə fərqliymişlər...  Şəhər isə qaynayırdı, yox, elə bilərsiz diskoteka, içki ilə qaynayırdı, amma əsla elə deyil, Təbrizdə sərxoş adam görmək elə bil meşədə adam görmək kimi bir haldı, şəhər adamlarla qaynayırdı. Bir şeyi də etiraf edim ki, Təbriz, yəni şəhərin özü mənim çox xoşuma gəldi. Yanılmışdım öz fikir və düşüncələrimdə. Təbriz - çox gözəl, işıqlı və əsrarəngiz şəhər idi. Əlbəttə ki, gözəl olmalıdır. Axı bura Azərbaycanın qədim torpağıdır, o torpaq isə gözəl olmasa, günah olar.

Dediyim kimi, xalamgilə qonaq gəlmişdik. Sağ olsunlar, bizi yaxşı qarşıladılar. Qayğı və nəvazişlərini əsirgəmədilər.

Şəhərə çıxmaq vaxtı gələndə xalam yenə “dərs keçməyə” başladı:

- Bax, mən qabaqcadan xəbərdarıq edirəm: adamlara bir o qədər fikir verməyin. Onlar bir az kobuddurlar, özgə, yad adamları sevmirlər, onlara birtəhər baxırlar. Kobudluq etsələr də, gülümsəyin, “çox sağ olun” deyib yola verin. Heç kimlə dalaşmayın, əksinə, hamı ilə mehribancasına ünsiyyətdə olun. Buranın adəti  Bakıdan xeyli fərqlənir, ona görə də ehtiyatlı olun. Artıq danışığa, hərəkətə yol verməyin.

Sən demə, xalam bilirmiş nə deyir. Xeyli vaxtdır bu insanların arasında yaşayır, onların bütün xasiyyətinə bələd olub axı.

Şəhər olduqca çox gözəl və maraqlı idi. Zəngin şəhərin sakinləri o qədər də zənginliklə seçilmirdilər. Mən düz fikirləşmişdim, adamlar qaraqabaq, ciddi, sərt, geridə qalmış, kobud insanlar idi. Sanki hamısı bir-birinə oxşayırdı. Həm də adama elə gəzəblə, hirslə baxırdılar ki, adam hətta vahiməyə düşürdü. Mən balaca, 6 yaşlı uşaq, təbii ki, çadra, yaxud örtülü geyim geyinməmişdim. Əynimdə şortla mayka vardı. Anam isə çadra və uzun geyimdə idi. Küçə ilə gedəndə təəccüblü, qəzəblə dolu olan baxışlara rast gəlirdim. Sanki hər dəqiqə kiminsə ağır zərbəsinə məruz qalacam, yaxud məni tikə-tikə edəcəklər. Yadımdadır, anamla bir dükana girəndə yenə də həmin baxışlar bizə zillənmişdi. Bizi başdan-ayağa süzürdülər. Sanki biz amerikalı və yaxud onların qatı düşmənləri idik. Hətta bir qadın yaxınlaşıb mənə “kəsofət” dedi.

Biz qadının nə dediyini anlamadıq. Amma düşündük ki, pis söz olmaz. İnanmadıq ki, bu qadın durduğu yerdə bizə pis söz deyə bilər. Ancaq xalamın dedikləri yadıma düşdü. Axı o, demişdi ki, nəzakətli, mülayim olun.

Mən də qayıdıb ona “Təşəkkür edirəm, kəsofət gününüz olsun” - dedim.

Bunu demişdim ki, qadın mənə daha tərs baxışlarla baxmağa başladı. Sanki əsəbiləşmişdi, şivən qoparıb dükanda hər şeyi dağıdacaqdı. Düzü, mənasını anlamadığım o söz mənə nəsə xoş bir söz kimi gəldi. Özlüyümdə fikirləşdim ki, qadın ya “salam” verdi, ya da “xoş gördük” dedi. Sevindim, dedim mən də nəsə xoş söz deyim ona cavabında. Yaxşı ki, xalamqızı yanımızdaydı. O, bizə dedi ki, “kəsofət” zibil deməkdir. Bunu eşidəndə qadının sözünə çox əsəbiləşdim. Ondan tələb etdik ki, başa salsın nə haqla belə təhqiredici söz deyir bizə. Xalam qızı isə başa saldı ki, bu onların «sevimli» sözüdü, kimi xoşlamırlarsa ona “kəsofət” deyirlər. Dedim, bundan sonra mən də İranda qaldığım müddət xoşlamadığım adama “kəsofət” deyəcəyəm…

İranlılar Bakıya gələndə, nə istəyirlər edirlər, deyirlər, amma bizləri orda çox sıxışdırırlar, sevmirlər, baxmayaraq ki, əvvələr biz bir idik, qardaş idik, indi isə tam yadlaşmışıq. Bu çox üzüçüdür. Azəri qonşularına “kəsofət” demək nə dərəcədə doğrudur, bəyəm əvvəllər gül idik, ayrılandan sonra olduq zibil? Bizim günahımız nədir? Doğma torpağımızda da zibil olduq, əfsuslar.

İndinin özündə də ailə daxilində hərdən bu söz yada düşəndə çox gülürük. O anları yadımıza salırıq. Bu gün kiməsə əsəbləşəndə bu sözü işlədirəm. Bacım o dəqiqə deyir:

- İran xatirələrini az yada sal, yoxsa darıxmısan?

Mən də deyirəm:

- Yox, mən nə «kəsofət» sözü üçün, nə də iranlılar üçün darıxmışam. Mən öz torpağımız olan Təbriz üçün darıxmışam. Təbriz Azərbaycanın ayrılmaz hissəsi, yəni Azərbaycan torpağıdır, bizim gözəl diyarımızdır. O torpaqlar tarix boyubizim olub, olacaq da.

 

Leyla Namazova



Paylaş



Bölmə: Güneyin sesi / Şəkilçarx / Karusel / Slayd
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!