"Formula 1"in ikinci sərbəst yürüşü başladıBakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüşə start verilib.
Yürüşdə 10 komanda mübarizə aparır.
Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.
İlk sərbəst yürüşdə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris birinci olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.