20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 1-08-2014, 16:31

 

 

Dilimiz-qürurumuzdur

 

1 AVQUST - AZƏRBAYCAN DİLİ VƏ ƏLİFBASI GÜNÜDÜR

 

Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir!

Heydər Əliyev

Sayımız

 

BMT-nin hesablamalarına görə, dünyada 6 min 700-ə yaxın dil mövcuddur. Bu dillərin 96 faizi dünya əhalisinin cəmi 4 faizi tərəfindən işlənilir və yalnız beş faizindən fəal istifadə edilir. ABŞ-dakı Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) məlumatına görə, dünyada hər 14 gündə bir dil sıradan çıxır. Bu gedişlə də 2100-cü ilə qədər daha 3500 dil məhv olacaq. Hazırda mövcud olan dillərdən 28 faizində cəmi 1000 nəfərə qədər adam danışır. Bu da o deməkdir ki, həmin 28 faiz son dərəcə təhlükə altındadır. Əfqanıstandakı tirahi dilində cəmi 100 adam danışa bilir. Ermənistandakı lomavren dilində danışanların sayı isə cəmi 50 nəfərdir. Məhv olmaq təhlükəsi altında olan dillər əsasən Yeni Qvineya, Qafqaz və Sibirdə yaşayan xalqlardır. Dili olan xalqların yalnız 193-nün müstəqil dövləti var.

Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir, bu dil ölkəmizdə yaşayan 9 milyon 500 minə qədər vətəndaşın, müxtəlif xalqların, etnik qrupların əsas ünsiyyət vasitəsidir.

Azərbaycan dili eyni zamanda İran İslam Respublikasında yaşayan 30 milyondan artıq azərbaycanlının da ana dilidir. Bu dil hazırda İraqın Kərkük, Mosul, Ninəvə, Telafer, Cincar və s. ərazilərdə yaşayan və acı təəssüflər olsun ki, ağır durumda, köməksiz vəziyyətdə qalan 200 min civarında kərkük türkləri, türkmanların da ana dilidir. Son məlumatlara görə, ümumilikdə dünyada 51 milyondan çox azərbaycanlı yaşayır. Rusiya Federasiyası, Gürcüstan, Almaniya, Ukrayna, Əlcəzair, Əfqanıstan, Banqladeş, Misir, Böyük Britaniya, Hindistan, Kanada, Pakistan, ABŞ, Qazaxıstan Azərbaycan əsilli əhalinin ən çox yaşadığı ölkələrdir.

BMT-nin planetdəki demoqrafik proseslərə həsr olunmuş son hesabatında göstərilir ki, 2050-ci ildə Azərbaycan əhalisinin sayı 11 milyona çatacaqdır. Həmin proqnoza görə, bu müddət ərzində Ukrayna əhalisinin sayı 45,5 milyondan 33 milyona, Belarusun əhalisi 9,4 milyondan 7,5 milyona, Gürcüstanın əhalisi 4,5 milyondan 3,5 milyona, Ermənistanın əhalisi isə 3,2 milyondan üç milyon nəfərə enəcəkdir. Azərbaycan artıq əhalinin təbii artım göstəricilərinə görə birinci tip ölkələr qrupuna daxil olmuşdur, əhalinin artımı üçün “münbit” şərait mövcuddur.

 

“Başıbəlalı” əlifbamızın xoş bəxti

 

Məlumdur ki, latın qrafikalı Azərbaycan əlifbasına keçidlə bağlı ilk qərar Azərbaycan Xalq Cümhuriyyətinin dövründə, 1918-ci ildə qəbul edilib. Lakin Cümhuriyyətin süqutu bu prosesi yarımçıq qoyub. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda digər türk xalqları ilə birlikdə, Azərbaycanda da latin qrafikasının tətbiqi barədə yekdil qərar verilib. Ancaq 30-cu illərdən başlayan repressiya və türk düşmənçiliyinin davamı olaraq, 1939-cu ilin 11 iyulunda Azərbaycanda kiril əlifbasına keçilməsi barədə göstəriş verilib və 1940-cı ildən tətbiqinə başlanıb. Prezident Heydər Əliyevin 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə 2001-ci il avqustun 1-dən Azərbaycanda bütün media və kütləvi nəşrlərin latin qrafikalı əlifbaya keçməsi rəsmiləşdirilib. 4 iyul 2004-cü ildə Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiqi haqqında sərəncam verən Heydər Əliyev həmin il avqustun 9-da imzaladığı fərmanla “Azərbaycan Dili və Əlifbası Günü”nü təsis edib və hər il avqustun 1-də bu gün qeyd edilir. Dövlət dilinin tətbiqinin genişləndirilməsi sahəsində hüquqi baza təkmilləşdirilib və geniş praktik addımlar atılıb. Belə ki, “Dövlət Dili haqqında” Azərbaycan Pespublikasının Qanunu (30 sentyabr 2002-ci il ), “Dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ( 2 yanvar 2003-cü il), “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” (12 yanvar 2004-cü il ), “ Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi barədə” ( 12 yanvar 2004-cü il),

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” ( 23 may 2012-ci il), “ Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun maddi –texniki bazasının gücləndirilməsi haqqında” ( 29 may 2012-ci il), “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq olunması barədə” ( 9 aprel 2013) Prezident fərman və sərəncamları imzalanmışdır.

 

Ulu Öndər dilimizin qayğıkeş hamisi idi

 

Ümummilli Liderimiz Heydər Əliyev Dövlət dilimizin adı ilə məsələyə nə qədər həssaslıqla yanaşmasını bu sitat da təsdiq edir: “1995-ci il oktyabrın 31-də Elmlər Akademiyasında bütün ziyalıların nümayəndələri bu məsələni müzakirə etdilər. 25-dən çox adam çıxış etdi. Mən bununla qane olmadım. Noyabrın 2-də Konstitusiya Komissiyasının iclasını tamamilə buna həsr etdim. Biz beş saata qədər müzakirə apardıq. O müzakirədən sonra bəlkə də qərar qəbul etmək olardı. Görürsünüz ki, mən bu gün Konstitusiya komissiyasının və işçi qrupunun üzvlərinin burada iştirakı ilə müzakirəni yenə də davam etdirirəm”. Ulu Öndərin Azərbaycan dilinin Konstitusiyamızda əks olunması barədə fikri də maraqlıdır: “Heç kəs deyə bilməz ki, XII əsrdə kim nə deyibsə, o bu gün bizim üçün ehkamdır. Heç kəs deyə bilməz ki, XV əsrdə kim nə deyibsə, o da bizim üçün ehkamdır. Bunu nəzərə almaq lazımdır və bunu unutmaq lazım deyil. Bu gün biz dövlət dilimiz haqqında məsələni müzakirə edərkən heç bir konyukturaya yol verməməliyik. Hansısa bir qərarı qəbul edəcəyiksə, - bu, kimin xoşuna gələcək, ya gəlməyəcək, - bu bizi narahat etməməlidir. Biz onu həqiqət əsasında qəbul etməliyik və kimdənsə üzrxahlıq da etməməliyik: Bağışlayın, biz sizinlə qardaşıq, amma biz dilimizi belə etmək istəyirik. Mən bununla da razı deyiləm”. O deyirdi ki, Azərbaycanda, İranda, Türkiyənin şərq hissəsində yaşayan və eyni dilə mənsub olan insanlar əsrlərlə yadelli şahlıqların, sultanların, xəlifələrin, dövlətlərin əlinə keçdiyi vaxtlarda da dilini itirməyib, yaşadıb, böyük şəxsiyyətlər yetirib və keçmişdə də, elə XX əsrdə də biz danışdığımız dildə danışıblar, ona görə öz əcdadlarımıza daim minnətdar olmalıyıq. Dilimizin dövlət dili statusu alması yalnız 1978-ci ildə qəbul edilmiş Konstitusiyada təsbit olunubdur. O, deyirdi: “Məhz bu dövrdə biz Nizami Gəncəvini qaldırıb dünyaya tanıda bilmişik. Məhəmməd Füzulini də, Nəsimini də, Mirzə Fətəli Axundovu da, Sabiri də, Seyid Əzim Şirvanini də, Abbasqulu Ağa Bakıxanovu da tanıtmışıq və bütün bunların hamısını o dövrdə etmişik. Bu şəxsiyyətlər keçən əsrlərdə, dövrlərdə məgər dünyada bu qədər məşhur olublarmı? Yox, heç vaxt. Bu, bizim dövrümüzün bəhrəsidir və bunların hamısı da Azərbaycan adı ilə, dili ilə bağlı olubdur”.

Ulu Öndər Heydər Əliyev XX əsri Azərbaycan dilinin inkişafında məhsuldar bir dövr kimi səciyyələndirirdi: “Bu dövr bizim üçün, ədəbiyyatımız, tariximiz üçün böyük bəhrəli, məhsuldar bir dövrdür və bu dövrdə dilimiz inkişaf edibdir”. Onun bu fikirləri də diqqət yetirək: “Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda bu gün deməliyik və mənəvi haqqımız var deyək ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb, özünəməxsus adını götürüb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi - nəzərdən düzgün deyil - həm tarixi nöqteyi - nəzərdən, həm fəlsəfi nöqteyi-nəzərdən, həm Azərbaycan dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin nöqteyi-nəzərdən, həm Azərbaycanın dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin bu günü və gələcəyi nöqteyi-nəzərindən düzgün deyil”. Müdrik şəxsiyyət tarixi keçmişimizin dərslərini yada salır, unutmamağı, ibrət almağı tövsiyə edirdi. Onun müəllifi olduğu azərbaycançılıq fəlsəfəsi bu gün bütün dünyaya səpələnmiş həmvətənlərimizi birləşdirən milli ideologiyadır. O, keçmişimizi, soy-kökümüzün ünvanını da doğru-düzgün göstərərək deyirdi: “Bizim keçmişimiz məlumdur, biz onu inkar etmirik, - yenə də deyirəm, biz türk mənşəli bir xalqıq. Bizim dilimiz türk dilləri qrupuna məxsus dildir. Ancaq o 23 dil kimi, bizim də öz dilimiz var”. Real tarixi gerçəkliyi, sadə həqiqəti də göstərir, deyirdi ki, bütün dünya bizi azərbaycanlı kimi tanıyır və dilimizin adı da Azərbaycan dilidir. Belə olan halda, dilimizin adını dəyişməklə biz dünya ictimaiyyətini çaşdıra bilərik və birdən-birə dünyanı bu istiqamətdə maarifləndirmək

heç cür mümkün ola bilməzdi: “Bizim ərazimizdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş hüdudlar çərçivəsində Azərbaycan Respublikasında yaşayanlar azərbaycanlılardır...Biz öz dilimizi gedib heç bir başqa dilə nə qarışdırmalıyıq, nə də ona yapışdırmalı, qoşmalıyıq. Bizim özümüzün dilimiz var. Bu dil də bizim dilimizdir. Mən bunu demişəm, yenə də deyirəm, - türk dilləri qrupuna məxsus olan digər dillər, ola bilər, həsəd apara bilərlər ki, bizim dilimiz nə qədər zəngindir”. Televiziyalarımızda bu gün baş alıb gedən yad ləhcələrə, qatmaqarışıq ifadələrə, harmoniyasız, ahəngsiz danışıqlara yol verən aparıcılar, sənətçilər təəssüflər olsun ki, böyük şəxsiyətin uzaqgörənliklə dediyi bu sözləri unudurlar, təmiz dilimizin ahəngini, ritmini tez-tez pozur, yad sözlərlə çirkləndirir, ekran, efir dinləyiclərinin zövqünü korlayırlar.

Ulu Önərin bu müdrik kəlamı gənclərimiz üçün dərin tərbiyə, bilik məxəzidir: “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb. Bu reallıqdır. Günü-gündən, aybaay inkişaf etmiş reallıqdır”.

 

Dil, danışıq da mədəniyyətdir

 

Sözü gedən reallıq budur ki, bu dili danışan insanların qurduğu müstəqil Azərbaycan Respublikası 17 raundluq səsvermədən sonra 155 dövlətin səsini alaraq 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük hüququ qazanıb, BMT TŞ-yə sədrlik edib, Azərbaycan sədrlik estafetini ABŞ-dan alıb Çinə ötürüb. Azərbaycanın sədrliyi dövründə BMT TŞ 13 açıq, 16 qapalı iclas keçirib. Bu ilin ötən ayından Azərbaycan 28 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat olan Avropa Şurası Nazirlər Komitəsində sədrlik edir. Bu və digər nailiyyətlər Azərbaycan dilində danışan vətəndaşların seçdiyi Prezident İlham Əliyevin düzgün, müstəqil Dil Siyasətinin (söz, danışıq, diplomatiya) real nəticələridir.

“Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 may 2014-cü il tarixdə imzaladığı Fərmanda deyilir: “Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.”

Bu, Azərbaycan Dövlətinin, Azərbaycan Prezidentinin siyasi iradəsi, mövqeyidir, sivil dünyanın qəbul və təqdir etdiyi, bəzən həsəd apardığı unikal forma və məzmunla da həyata keçirilir.

“Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 may 2014 –cü il tarixli Fərmanı ilə qarşıya qoyulan başlıca vəzifə də xalqın maariflənməsi, müasir elmi-texniki , sosial-iqtisadi, humanitar biliklərə yiyələnməsi, mədəni səviyyəsinin yüksəlməsi, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasıdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə xalqımızın yetirdiyi ən böyük intellektlərdən, görkəmli elm, mədəniyyət, ədəbiyyat xadimlərindən olan akademik Kamal Abdullanın Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsindən sonra ölkəmizdə bu sahədə görülən işlər daha ardıcıl, sistemli, məzmunlu şəkildə davam edir, bütün bölgələrdə keçirilən 100-dək açıq, konstruktiv xarakterli görüşlər, xalqla

birbaşa dialoq öz müsbət nəticəsini göstərir, verilən əsas reaksiya ondan ibarətdir ki, bu istiqamətdə aparılan siyasət, müəyyən edilmiş xətt düzgündür.

 

Hacı ABDULLA

 

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun sektor müdiri



Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!