Masazıra gedənlərin nəzərinə! .....                        Ukrayna üçün vacib sənəd imzalandı .....                        Eldar Əzizov noyabrda təyin etdiyi rəisi işdən çıxardı - Yeni təyinat .....                        Ağsuda maşın aşdı - Ölən var .....                        İran dağılır - İnsanları güllələyirlər .....                        Bakıda güclü duman - Sürət həddi endirildi .....                        Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı anonim sənədlər yayıldı .....                        Bazarda güllələnən azərbaycanlı xəstəxanada öldü .....                        İnsan kimi yeriyə bilən robot hazırlandı .....                       
Tarix : 17-12-2015, 11:54
"Günəşli"də xəsarət alan xəstələr haqda son məlumat


Dekabrın 4-də "Günəşli" Neft Yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində xəsarət alaraq Mərkəzi Neftçilər Xəstəxanasında stasionar müalicəyə qəbul olunmuş xəstələrin vəziyyəti tam stabildir.

Bu barədə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyli məlumat verib.

Baş direktor bildirib ki, hazırda xəstələrin heç bir həyati təhlükəsi yoxdur, müalicələrini davam etdirirlər: "Daxil olan xəstələr gündəlik nəzarətdə saxlanılır. Hamısının vəziyyəti tam normaldır. Xəstələr psixoloq və həkimlərin nəzarətindədirlər. Psixoloqlar gündəlik həmin xəstələrlə görüşür, vəziyyətlərini qiymətləndirirlər. Vəziyyəti tam normal olan xəstələr öz razılıqları əsasında ambulator müalicəyə buraxılırlar. Hazırda xəstəxanada 15 xəstənin müalicəsi davam etdirilir".

Xatırladaq ki, bu il dekabrın 4-də "Günəşli" Neft Yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində platformanın 63 nəfər işçisindən 29 nəfər xilas edilmiş, 29 nəfər itkin düşmüş, 5 nəfər isə həlak olmuşdu. Hadisədən sonra aparılan axtarışlar nəticəsində daha 6 nəfərin meyidi dənizdən tapılıb. Hadisə nəticəsində 22 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına, bir nəfər isə Respublika Yanıq Mərkəzinə müraciət etmişdi.



Trend


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!