Prezident İraq Kürdüstanının Baş naziri ilə görüşüb .....                        Paşinyanın 28 il əvvəl etdiyi 20 Yanvar etirafı .....                        Bakıda iki bacı dəm qazından öldü .....                        Sabah Xankəndiyə ilk köç olacaq .....                        Ceyhun Bayramov Hakan Fidanla danışdı .....                        Geomaqnit qasırğası müşahidə olunur .....                        Sabah da qar yağacaq .....                        Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                       
Tarix : 11-04-2017, 18:40
Prezident kənd təsərrüfatının inkişafı ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında
sərəncam imzalayıb.

Butov.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən, Maliyyə Sabitliyi Şurasına tapşırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin “Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli 3-cü strateji hədəfində nəzərə tutulmuş prioritetlərdə göstərilən aşağıdakı tədbirlərin əhatə edildiyi daha təfsilatlı və geniş tədbirlər planını, icraçılar və icra müddətləri göstərilməklə, bir ay müddətində hazırlayaraq təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

1.1.1. kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı 3.1-ci prioritet üzrə:
1. kənd təsərrüfatının maliyyə resurslarına tələbatı üzrə hədəflərin müəyyənləşdirilməsi;
2. kredit zəmanət fondunun yaradılması imkanlarına baxılması;
3. kənd təsərrüfatında innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması;
4. kreditlər üçün girov bazasının genişləndirilməsi;
5. kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlılığının artırılması;
6. aqrar sektora təsir edən risklərin idarə olunması üzrə mexanizmlərin hazırlanması;
7. kredit təşkilatlarının vəsaitlərinin kənd təsərrüfatı sektorunun kreditləşməsinə yönəldilməsinin stimullaşdırılması;
1.1.2. aqrar sığortanın inkişaf etdirilməsi ilə bağlı 3.2-ci prioritet üzrə:
1. kənd təsərrüfatında sığorta sistemi ilə bağlı mövcud qanunvericiliyin təkmilləşdirilməsi;
2. kənd təsərrüfatı sahəsi üzrə sığorta fondunun yaradılması imkanlarının dəyərləndirilməsi;
3. Sığorta Hadisələri Reyestrinin hazırlanması;
4. karantin rejiminin tətbiqi ilə bağlı kənd təsərrüfatı istehsalçılarına dəymiş maddi zərərin ödənilməsi mexanizminin yaradılması;
5. kənd təsərrüfatı məhsulları istehsalçılarının sığorta savadlılığının artırılması;
1.1.3. aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi ilə bağlı 3.3-cü prioritet üzrə:
1. aqrar investisiya ehtiyaclarının qiymətləndirilməsi və investisiya layihələrinin hazırlanması;
2. aqrar sahədə investisiya mühitinin yaxşılaşdırılması;
Maliyyə Sabitliyi Şurasına həm də tapşırılıb ki, bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulmuş tədbirlər planının qanunvericilik və institusional islahatların həyata keçirilməsini nəzərdə tutan hissəsinin 2017-ci ildə icrasını təmin etmək məqsədilə zəruri tədbirlər görsün və bu barədə dövlət başçısına məlumat versin.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!