Seçki keçirməyə hazıram, amma... - Zelenski .....                        İki idmançımız dünya çempionatında bürünc medal qazandı .....                        Liderlərdən ilk açıqlama: üçtərəfli görüşə hazırıq! .....                        Fransa razılaşdı: azərbaycanlı uşaqlar Almaniyaya qaytarılır .....                        ATƏT Rusiyanın SOCAR obyektinə hücumuny pislədi .....                        Rusiyada azərbaycanlı iş adamı həbs olundu .....                        Paşinyan anklavlarla bağlı suala belə cavab verdi .....                        Amma siz inqilab etmədiniz... - Paşinyan .....                        Sülh şəraitində yaşamağın nə olduğunu bilmirik - Paşinyan .....                       
19-02-2025, 17:40
Türkiyə Ukraynaya qoşun göndərəcək? - ÖZƏL AÇIQLAMA


Türkiyə Ukraynaya qoşun göndərəcək? - ÖZƏL AÇIQLAMA

Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edib. Zelenskinin Türkiyəyə səfəri və Ərdoğanla görüşü rəsmi danışıqlarla yanaşı simvolik məqamlarla da diqqət çəkib.
Xüsusilə Ankarada keçirilən rəsmi qarşılanma mərasimində yağış başladığı üçün Ərdoğanın çətirini Zelenski ilə paylaşması sosial mediada geniş müzakirələrə səbəb olub. Bir çox analitiklər bu görüntünü sadəcə nəzakət jesti kimi deyil, həm də Türkiyənin Ukraynaya verdiyi dəstəyin rəmzi kimi dəyərləndirir.
Bu görüş, Zelenskinin son beynəlxalq toplantılarda iştirakı ilə bağlı yaşanan gərginliklər fonunda xüsusi əhəmiyyət daşıyır. Belə ki, Ankaradakı görüşdən əvvəl Ər-Riyadda Rusiya və ABŞ rəsmiləri uzun müddət sonra ilk dəfə görüş keçirib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Zelenskinin də görüşə qatılmasını istəsə də, Vaşinqton və Moskva bunu qəbul etməyib. Ukrayna lideri bu görüşün onlar üçün “sürpriz” olduğunu və məlumatı yalnız mediadan aldıqlarını bildirib. O vurğulayıb ki, müharibəni dayandırmaq barədə qərarlar Ukraynasız qəbul edilə bilməz.
Eyni zamanda, Parisdə Avropa liderlərinin görüşündə də Ukrayna məsələsi müzakirə edilib. Fransada keçirilən görüşdə Avropa liderləri Ukraynaya qoşun göndərmək məsələsini də müzakirə ediblər. Britaniya bu məsələyə açıq olduğunu bildirsə də, hələlik yekun razılıq əldə olunmayıb və ABŞ-nin bu qərardakı rolu həlledici hesab edilir.[s][/s]
Türkiyə bu günə qədər Rusiya-Ukrayna müharibəsində balans siyasəti aparmağa çalışsa da, son hadisələr Ankaranın Kiyevə daha açıq dəstək verdiyini göstərir. Ərdoğanın çətiri altına girən Zelenskinin Ankaradan hansı zəmanətləri aldığı isə qarşıdakı günlərdə daha da aydınlaşacaq.
Bəzi ekspertlər Türkiyənin də Ukraynaya qoşun göndərmək ehtimalını tamamilə istisna etmir. Xüsusilə Ankara ilə Kiyev arasında hərbi sahədəki strateji əməkdaşlıq, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı və müdafiə sənayesi layihələri nəzərə alınarsa, bu ssenari gələcəkdə daha çox gündəmə gələ bilər.
Məsələ ilə bağlı Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım bildirib ki, Türkiyə ən çətin zamanlarda Ukraynanın yanında olub:
“Ukrayna-Rusiya müharibəsi başlayanda tək vasitəçi ölkə Türkiyə olub. Həm Rusiya, həm də Ukrayna ilə dialoqu olan Türkiyə taxıl daşınmasında təşəbbüs göstərib. Proses çox da yaxşı gedib. İndiki vəziyyətdə ABŞ Prezidenti Donald Tramp müharibəni dayandıracağını deyir. Proses davam edir. ABŞ-nin ağır tələblərinin olduğunu öyrənirik. Bu isə Ukraynanı məyus edib. Çünki Ukraynanın bir qisim resurslarını ABŞ özü istifadə etmək istəyir. Ukrayna Rusiya və ABŞ arasında qalıb. Onun ən çətin günlərində yanında olan tək ölkə Türkiyədir. Buna görə də, Zelenski Türkiyə ilə belə bir dialoq qurmaq ehtiyacını hiss etdi”.
Parlamentari Türkiyənin Ukraynaya əsgər göndərib göndərməyəcəyi ilə bağlı məsələyə də cavab verib:
“Asan olmayan proseslər davam edir. Biz də gözləyəcəyik. Türkiyənin Ukraynaya əsgər göndərməsi bildiyim qədəri ilə planlaşdırılmır”.
5-12-2023, 17:57
Ermənistanın mina təhdidinə son qoyulmalıdır - XİN


Ermənistanın mina təhdidinə son qoyulmalıdır - XİN

Ermənistanın Azərbaycana qarşı mina təhdidinə son qoyulmalıdır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb.
"Bu gün Ağdam rayonunda minanın partlaması nəticəsində minaların zərərsizləşdirilməsi üzrə azərbaycanlı mütəxəssis xəsarət alıb. 2020-ci il müharibəsi başa çatdığı gündən bəri mina qurbanlarının sayı 338 nəfərə çatıb", - qeyd edilib.
5-06-2023, 12:24
İran səfirliyimizə hücumla bağlı istintaq davam edir - Ceyhun Bayramov


İran səfirliyimizə hücumla bağlı istintaq davam edir - Ceyhun Bayramov

2023-cü ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsinin araşdırılması ilə bağlı Azərbaycan tərəfinin gözləntiləri var və biz bunu İran tərəfinə açıq şəkildə çatdırmışıq. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, tez bir zamanda cinayət istintaqının başa çatdırılması və günahkarların, bunu sifariş edənlərin məsuliyyətə cəlb olunmasını gözləyirlər: “İran tərəfinin verdiyi məlumata görə, cinayət işi ilə bağlı istintaq hələ davam edir və ona görə də konkret nəticələr barədə hələ danışmaq tezdir. Biz hesab edirik ki, bu hadisə iki ölkə arasında münasibətlərə çox mənfi təsir edən amildir. Eyni zamanda, bizə bir neçə dəfə İran tərəfindən diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı müraciətlər daxil olub. Ancaq təbii ki, bu məsələlər bir-birindən asılıdır və Azərbaycan tərəfi tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb olunmalı, sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfinə bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir”. Xatırladaq ki, Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra rəsmi Bakı diplomatik nümayəndəliyin fəaliyyətinin dayandırılmasına qərar verib. Başda səfir Əli Əlizadə olmaqla, bütün diplomatlar və onların ailə üzvləri İrandan təxliyə olunub.
19-05-2023, 15:12
Paşinyanın oğlunu oğurlayan qadına dəstək aksiyası keçirildi


Paşinyanın oğlunu oğurlayan qadına dəstək aksiyası keçirildi

Ermənistanın paytaxtı İrəvanın mərkəzində etiraz aksiyası keçirilib. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. 44 günlük müharibədə ölən hərbçilərin ailələri Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamağa cəhd ittihamı ilə saxlanılan, müharibədə ölmüş əsgərin anası olan Qayane Akopyana aksiya ilə dəstək veriblər. Onların tələbi Akopyanın azadlığa buraxılması olub. Aksiya zamanı etirazçılarla polis arasında toqquşma yaşanıb. Saxlanılanlar barədə məlumat yoxdur.
11-01-2022, 18:45
Mərdəkandakı istirahət mərkəzi Ramiz Mehdiyevin nəzarətindən çıxdı

Baş nazir Əli Əsədov Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı”və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin yaradılması haqqında Qərar imzalayıb.

Qərarda qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilsin.

Qərarda həmçinin qeyd olunur ki, AMEA Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun balansında olan dövlət əmlakının müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etsin.

Bütöv.az yeniavaz.com-a istinadən xəbər verir ki, hazırda Mərdəkan qəsəbəsində yerləşən Dendrologiya İnstitutunun ərazisində AMEA-nın “Qonaq Evi” fəaliyyət göstərir. AMEA-nın rəsmi veb-səhifəsində göstərilir ki, qonaq evləri müasir dizaynda təmir edilib, lazımi avadanlıqlarla təhciz olunub. İstirahət mərkəzində qonaqların və uşaqların istirahəti üçün hər cür şərait yaradılıb. Burada qonaqlama və istirahət üçün 17 geniş və rahat otaq təqdim olunur. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küç., 89 ünvanında yerləşən qonaq evinin 1 günlük qiymətləri 1 nəfər üçün 50 manat (səhər yeməyi daxil olmaqla), 2 nəfər üçün 70 manat (səhər yeməyi daxil olmaqla) təşkil edir.
8-11-2017, 14:09
Butov.az xəbər verir ki, noyabrın 8 - də Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Respublikasının dövlətçilik rəmzlərindən olan Dövlət Bayrağının qəbul edilməsinin 99 illiyinə həsr olunmuş “Bayrağımız - qürur mənbəyimizdir!” adlı tədbir keçirilib.
AZƏRBAYCAN RESPUBLIKASI DÖVLƏT BAYRAĞI – 99
11-10-2017, 11:04

Azərbaycan Milli Məclisin deputatlarından Baş nazirin və ya onun müavinlərinin ünvanına daxil olmuş sorğulara cavab layihələri Nazirlər Kabinetinin Aparatı tərəfindən 15 gündən gec olmayaraq hazırlanacaq.
Baş nazir deputatların sorğularına 15 gündən gec olmayaraq cavab verəcək
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!