Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : Dünən, 09:10
Çin ABŞ-nin kəşfiyyat məlumatlarını İrana satır


Çin ABŞ-nin kəşfiyyat məlumatlarını İrana satır

Çinlə əlaqəli bəzi şirkətlərin İran müharibəsi fonunda ABŞ hərbi qüvvələrinin fəaliyyəti ilə bağlı kəşfiyyat xarakterli məlumatları toplayaraq kommersiya məqsədilə satışa çıxardığı iddia olunur.
Bu barədə The Washington Post nəşri yazıb.
Qəzet bildirir ki, Çin Xalq Azadlıq Ordusu ilə əlaqəli olduğu deyilən şirkətlər süni intellekt texnologiyalarından istifadə etməklə açıq mənbələrdən əldə olunan məlumatları birləşdirir və bazara təqdim edirlər.
Məlumata əsasən, İranla bağlı münaqişə başladıqdan sonra sosial şəbəkələrdə ABŞ-ın hərbi bazaları, təyyarədaşıyan qrupları və regiondakı hərbi hazırlıqlarla bağlı daha detallı informasiyaların yayıldığı müşahidə edilib. Bu məlumatların bir hissəsinin məhz bu cür texnologiyalar vasitəsilə analiz edilərək paylaşdığı iddia olunur.
Qeyd edilir ki, Çin rəsmi olaraq münaqişədə birbaşa iştirak etmədiyini nümayiş etdirsə də, prosesdən dolayı şəkildə faydalanmağa çalışır.
Bildirilib ki, uçuş izləmə sistemləri, peyk görüntüləri və gəmiçilik məlumatları kimi açıq mənbələr uzun müddətdir istifadə olunsa da, süni intellektin inkişafı bu məlumatların daha sürətli və effektiv emalını mümkün edir. Bu isə ABŞ-ın hərbi fəaliyyətlərini gizli saxlamağı daha da çətinləşdirir.
Bir sıra ABŞ rəsmiləri və kəşfiyyat ekspertləri bu tendensiyanı ciddi təhlükəsizlik riski kimi dəyərləndirərək, özəl sektor vasitəsilə yayılan bu tip məlumatların milli təhlükəsizlik baxımından yeni problemlər yaratdığını vurğulayıblar.
Eyni zamanda, daha əvvəl dərc olunmuş materiallarda Çinin mülki-hərbi inteqrasiya strategiyası çərçivəsində süni intellekt sahəsinə böyük sərmayələr yatırdığı və bu istiqamətdə fəaliyyətini genişləndirdiyi qeyd olunub.
Məlumatlarda həmçinin Rusiyanın da İrana regiondakı ABŞ qüvvələri ilə bağlı müəyyən kəşfiyyat məlumatları ötürdüyü iddia edilir.
ABŞ müdafiə naziri Pete Hegseth isə açıqlamasında bildirib ki, rəqib ölkələrin bəzi hallarda paylaşılmamalı olan kəşfiyyat məlumatlarını ötürdüklərindən xəbərdardırlar.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!