20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 19-02-2014, 16:40

 

 

 

Qarabağdan Xızı dağlarına açılan qollar... 

Mən onu lap çoxdan tanıyıram, elmə gəldiyi ilk addımlarından onun istedadına, gələcəkli bir elm adamı olacağına inananların əvvəllincilərindən olmuşam, ümidlər bəsləmişəm və çox şükürlər ki, o, qələm dostlarının, onu istəyənlərin, dəyərli müəllimlərinin bütün ümidlərini, inamlarını doğruldaraq müasir dövrün tanınmış, məhsuldar elm adamı olmuşdur.

Həmişə düşünmüşəm ki, istedadı, bacarığı, qələmi, sənəti ilə bəşəriyyətin, mənsub olduğu xalqın bütün istiqamətlərdə həqiqətlərinin, dəyərlərinin üzə çıxmasında, aşkarlanmasında xidəməti olanların haqqını qorumaq, onu dəyərincə qiymətlndirmək vicdanlı ziyalının ən ümdə borclarından biridir. 60 yaşını haqlayan, müdriklik çağına qədəm qoyan Asif Rüstəmli bütün şüurlu həyatı və səmərəli yaradıcılığı boyu ədəbiyyatının, mədəniyyətinin həqiqətlərini, dəyərlərini üzə çıxaran ziyalı zümrəsindəndir. Bu məqamda haqlı bir sual doğur: - Sən kimsən, Asif Rüstəmli? Həyat yolunun faktları bu kimliyin, bu sualın ən dürüst cavabıdır! Fakt əlahəzrətdir və onu təkzib etmək qeyri-mümkündür! Aşqin hüsni-təvöccöhü onun aləmindən görsənir! Alimin hüsni-təvöccöhü isə onun keçdiyi yaradıcılıq yolundan görsənir!

Asif Heydər oğlu Rüstəmli filologiya elmlər namizədi (1994), dosent (2009), filologiya elmləri doktoru (2011), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), AMEA Nizami adına Ədəbiyyat İnstitunun Elmi Şurasının üzvü (2003), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru (2013), Bakı Dövlət Universiteti nəzdində Dissertasiya Şurasının üzvü (2013),  İnstitut Həmkarlar İttifaqının sədridir (2010). A.H.Rüstəmli 1954-cü il fevral ayının 16-da Ağcabədi rayonunun Qiyaməddinli, kəndində XIX əsrin mötəbər ziyalısı olan Həmidə xanımın kəndi Kəhrizli ilə bitişik olan bir kənddə - ağa-bəy oylağı olan bir obada anadan olub, orta təhsil alıb və Qarabağın ağa-bəy abi-havası, nərmənazik bayatı ruhu onun qanına, mənəviyyatına hopub, orta, ali  təhsili alıb... 1988-ci ilin yanvar ayında Nizami adına Ədəbiyyat İnstitutunda baş laborantlıqdan baş elmi işçi vəzifəsinədək yüksəlmiş, 1991-1994-cü illərdə «Folklor Sarayı» elmi-mədəni mərkəzinin (indiki Folklor İnstitutunun) direktoru, 1995-1999-cu illərdə Elmi nəşrlər bölməsinin müdiri vəzifələrində işləmişdir. A.Rüstəmli cabbarlışünas tədqiqatçı-alim kimi respublikamızda yaxşı tanınır. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini ilk dəfə toplayıb, transliterasiya və tərtib edib, ön söz, qeydlər və şərhlər yazaraq «Ədirnə fəthi» adı ilə çap etdirmişdir. Bu, ədəbi ictimaiyyət tərəfindən böyük maraqla, həmçinin bir möcüzə təkin qarşılanmışdır. Əslində möcüzə idi... Hamı elə bilirdi ki, Cəfər Cabbarlı kimi həmişə diqqət mərkəzində olan bir klassik haqqında deyilməmiş söz qalmayıbdır... Amma belə deyilmiş, Asif bu illuziyanı, ilğımı faktların hökmü ilə dağıtdı, Cabbarlışünaslığın üfüqlərini genişləndirdi...

Doqquz kitabın –  “Çırpınırdı Qara dəniz" (1992); “Tufanlardan keçən ömür,” (1995); “Susmaz duyğuların səltənətində”(2002); “Ədəbi istiqlalımız” (2004); “Cəfər Cabbarlı: həyatı və mühiti”, (2009); “Mütərcim Cəfər Cabbarlı” (.....); “Cefer Cabbarlı (Hayatı, Sanatı ve Mücadilesi)”, Türkiyə, Elazığ, «Manas» yayıncılık, 2011; “ Bayraməli Abbaszadə: həyatı və mücadiləsi” (2014); “ Müdriklik mücəssəməsi (məqalələr toplusu)”(2014), 200-dən çox elmi, publisistik məqalənin və məruzənin müəllifi, 15 kitabın tərtibçisi, 2 əsərin tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olmuş, onlara ön söz yazmışdır. Elmi məqalələri xarici ölkələrdə türk, fars, rus, polyak və macar dillərində çap olunmuşdur. Bütün bunlar, təkcə onun yox, ədəbiyyatşünaslığımızın möhtəşəm işlərindəndir... A.Rüstəmlinin ssenariləri əsasında «Günəş Şərqdən doğur» (Az.TV, 2003, 6 mart), «İstiqlal fədaisi» («Lider» 2004, 6 fevral), «Nurlu gələcək naminə» («Space», 2005, 15 sentyabr) sənədli filmləri çəkilib nümayiş etdirilibdir. Moskvanın «Kinoprodukt» Studiyasının çəkdiyi «Əfsanənin əks üzü» seriyasından «26 Bakı komissarı» (Zvezda TV, 2008) sənədli filminin elmi məsləhətçisi olub və filmdə çıxış edibdir. A.Rüstəmli ədəbiyyatımızı, mədəniyyətimizi televiziya kanalları vasitəsilə layiqincə təbliğ və təmsil edir. O 1991-1995-cı illərdə Azərbaycan Televiziyası ilə gedən «Yaddaş», «Tarix bizə nə deyir» verilişlərinin ssenari müəllifi və aparıcısı olub. A.Rüstəmli uzun illərdi pedaqoji fəaliyyətlə məşğul olur. ADMİU-nun professorudur. A.Rüstəmli «Cəfər Cabbarlı və ədəbi-mədəni mühit» mövzusunda doktorluq dissertasiyası müdafiə edib (2011, noyabr), bir sıra beynəlxalq elmi konfransların, simpoziumların iştirakçısı olub. Ankarada (1991), Bağdadda (1994), Tehranda (1995), Təbrizdə (1998), Bəsrədə (1999), Urmiyada (2004, 2011), Varşavada (2007), Tomskidə (2008), Elazığda (2008, 2012, 2013), Budapeştdə (2010) və Diyarbəkrdə (2013) keçirilən beynəlxalq elmi konfranslarda ədəbiyyat məsələləri ilə bağlı maraqlı məruzələri ilə diqqəti cəlb etmişdir. O elmi və ictimai fəaliyyətinə görə Ankaradakı Azərbaycan Kültür Dərnəyinin mükafatına (1994), «Cəfər Cabbarlı mükafatı»na (2010), AYB Ədəbiyyatı Təbliğ bürosunun «Qılınc və qələm» beynəlxalq ədəbi mükafatına (2004), Varşava Universitetinin «Serti­fikat»ına (2007), Elazığ (Tür­kiyə) valisinin xüsusi mükafatına (2010), İstanbul şəhərində fəaliyyət göstərən Türk Ədəbiyyatı Vəqfinin "Türk Ədəbiyyatına Xidmət Baratı"na (2013) layiq görülmüş, beləliklə, Azərbaycanın hüdudlarından kənarda da layiqincə tanınmış və elmimizi tanıtmış alimlərimizdən biridir. Bu xidmət və bacarığını elm aləmi, elmi ictimaiyyət yüksək qiymətləndirdiyindəndir ki, o, AMEA Rəyasət Heyətinin “Fəxri fərman”ı ilə təltif edilmişdir. Göründüyü kimi, onun tədqiqat sferası, ictimai fəaliyyəti əhatəlidir, coğrafi tutumu da genişdir. Amma, ədəbi-elmi ictimaiyyətdə o, öncə cabbarlışünas kimi tanınır və sevilir. Azərbaycan ədəbiyyatının XX əsr görkəmli nümayəndələrindən olan Cəfər Cabbarlının tanınmış tədqiqatçı-alim Asif Rüstəmlinin gərgin elmi axtarışlarının nəticəsində bu istiqamətdə tamamilə yeni bir mərhələ başlamışdır və bu yeni mərhələnin banisi də, yeganə hakimi mütləq yiyəsi də,  şübhəsiz Asif Rüstəmlidir. Ümumiyyətlə, qeyd etməli cəhətlərdən biri budur ki, Asif Rüstəmlinin elmi axtarışlarının hər bir nəticəsi Azərbaycan ədəbiyyatşünaslığına dəyərli töhfədir... Elə ona görə də, onu sevənlərin arasında həmişə alimləri, araşdırıcıları, ali məktəb tələbələrini, müəllimləri, mügənniləri, aktyorları, ictimaiyyətin nümayəndələrini, bir sözlə, cabbarlısevərləri görərsən...

Əslində, Asif Rüstəmli ədibin qızı, Cəfər Cabbarlı muzeyinin direktoru Gülarə Cabbarlı ilə bahəm böyük Cəfər Cabbarlının ləyaqətli, zəhmətkeş alim varisidir!.. Dəfələrlə, müxtəlif tədbirlərdə onun da şahidi olmuşuq ki, Gülarə xanım etiraf edibdir ki, atası haqqında Asif Rüstəmlinin tədqiqatlarında ədibin ailəsinə, hətta onun tədqiqatçılarına indiyədək məlum olmayan müxtəlif yeni faktlar və sənədlərlə ilk dəfə rastlaşırıq. Bütün bu tədqiqlərin, axtarış və araşdırmaların ali nəticəsi kimi o, "Cəfər Cabbarlı və ədəbi-mədəni mühit" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş (2011) həm özünü, həm də elmimizi şərəfləndirmişdir. Bunu ədəbi-elmi ictimaiyyətin ən görkəmli nümayəndələri – akademik Bəkir Nəbiyev, akademik İsa Həbibbəyli, professorlardan Yavuz Axundlu, Qəzənfər Paşayev, Vilayət Quliyev, Vaqif Arzumanlı, Vaqif Yusifli, Cabbarlının qızı Gülarə xanım və digərləri dönə-dönə qeyd etmiş, Asifin fəaliyyətini yüksək şəkildə sərgiləmiş, onu daim axtarışda olan bir alim, elmi-ictimai həqiqət uğrunda, sözün əsl mənasında, çarpışan fədakar tədqiqatçı, yorulmaz ictimaiyyətçi ziyalı kimi dəyərləndirmişlər...

Onun mənbəşünas bir alim kimi daima axtarışda olduğunu AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli belə səciyyələndirir: “Təəssüf ki,son dövrlərdə arxivlərdə axtarışlar aparmaq, yeni fakt və sənədləri aşkara çıxarmaq, əlyazmaları üzərində işləmək ənənəsi zəifləmişdir. Elmi-ədəbi meydanda ədəbi-tarixi faktların böyük əksəriyyəti 30-50-ci illərdə aşkara çıxarılmışdır. Bu cəhətdən Asif Rüstəmli yeni nəsil arasında arxivlərə və kitabxanalara önəm verən mənbəşünas bir tədqiqatçı kimi diqqətimi cəlb edir. Böyük uğurla doktorluq dissertasiyası müdafiə etdikdən sonra da arxivlərin, kitabxanaların, müzeylərin qapılarını açmaqda davam edir.”

Ümumiyyətlə, Asif Rüstəmli ədəbiyyatşünaslığımızın müasir mərhələsində tədqiqatlarında açılmamış səhifələrin sirrini açan, həmişə təzə faktlar üzə çıxaran, bu faktlara obyektiv və orjinal münasibət bildirən, yeniliklərə can atan, mübhəm məsələlərin üzərindən qalın pərdələri qaldıran istedadlı, ədəbi, ictimai polemik problemlərə cəsarətlə qoşulan, deyərdim ki, yeganə ədəbiyyatşünas-mətnşünas, bunlarla yanaşı ictimaişünas, ürəyi vətəndaşlıq qeyrəti ilə çırpınan, vətənpərvər bir ziyalıdır, alimdir.

Yenə də əlahəzrət faktlara müraciət edək. Asif Rüstəmli bacarıqlı elm təşkilatçısıdır. O böyük zəhmət hesabına Azərbaycanda ilk dəfə indiki Folklor İnstitutunun əsasını qoydu, İçərişəhərdə tarixi bir binanı fundamental şəkildə təmirindən tutmuş, içinin avadanlığına qədər təmin elədi, Respublikada fəaliyyət göstərən görkəmli folklorşünaslarla yanaşı, istedadlı gənc mütəxəssisləri işə cəlb elədi və1991-1994-cü illərdə “Folklor sarayı”  elmi-mədəni mərkəzini, bu mərkəzin yerlərdə (Şəkidə) filialını yaratdı, folklora aid yeni toplama işləri, nəşrlər,yadda qalan elmi məclislər, konfranslar keçirməyə müvəffəq oldu,başqa sözlə yeni bir elm sahəsinin ilkin istiqamətlərini müəyyənləşdirdi... Asif Rüstəmli olduqca işgüzar naşirdir. 1995-1999-cu illərdə Elmi nəşrlər bölməsinin müdiri olarkən və “Ozan” nəşriyyatının rəhbəri kimi yüzlərlə elmi, bədii, publisist kitabların naşiri və redaktoru olmuş, Azərbaycan ədəbiyyatı və mədəniyətinin nəşr tarixinə düşərək bu işə ləyaqətli töhfələrini vermişdir... Bu işdə topladığı təcrübəni də o küləyə verməmiş, filologiya üzrə elmlər doktoru, professor, tanınmış Cabbarlışünas alim Asif Rüstəmli universitetdə «Redaktə işinin əsasları» fənnini tədris edir, əldə etdyi zəngin təcrübəni tələbələrə öyrədir...

Xatırladım ki, Ramil Səfərov bədii ədəbiyyat nümunələrini macar dilindən azərbaycancaya çevirən ilk tərcüməçidir. Onun macar dilindən tərcümə etdiyi Ferens Molnarın “Pal küçəsinin oğlanları” kitabının redaktoru və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmlinin olması da təsadüfi deyildir və Asif Rüstəmlinin vətəndaş və vətənpərvər heysiyyət sahibi olduğundan xəbər verir. Ramil Səfərov bu əsərdən əvvəl Macarıstanın tanınmış xanım yazıçısı Maqda Sabonun “Qapı” romanını müvəffəqiyyətlə orijinaldan Azərbaycan dilinə tərcümə etmiş və kitab 2011-ci ildə Bakıda çap olunaraq böyük uğur qazanmışdı. Bu kitaba yazdığı “Məhbəsə sığmayan azadlıq eşqi” adlı müqəddiməsində Asif Rüstəmli Budapeştdə olarkən Ramil Səfərovla görüşündən, kitabın bədii məziyyətlərindən bəhs edib. Ön sözdə vurğulanır ki, “Pal küçəsi təkcə budapeştli məktəblilər üçün deyil, bütün dünya gəncləri üçün azadlıq uğrunda, işğalçılara qarşı mübarizədə vətənpərvərlik meydanı, həyat universitetidir”.

Asif Rüstəmli “vətənpərvərlik meydanında” bacardığı və imkanları qədər mübarizə aparmağı bacarır, Respublikada və ya ondan kənar məkanlarda mübahisəli ədəbi, elmi, ictimai məsələlərə, faktlara, hadisə və olaylara  qoşulur, cəsarətli vətəndaş-ziyalı münasibətini bildirir.

Məsələn, Müstəqil Azərbaycan Respublikasının atributlarından biri olan dövlət himnimizlə bağlı mübahisələr uzun illərdir ki, davam edir, mətni və söz müəllifi barədə müxtəlif fikirlər irəli sürülür. Dövlət himninin mətninin həqiqi müəllifinin müəyyənləşməsində, Fəxri xiyabanda uyuyan  məşhur bolşeviklərin məzarlağına dair mübahisələrə obyektiv qiymət və cıxışlarında, İnstitutun əməkdaşı Xalidə Xalidin başına gələn olaylara fəal, təəssübkeş münasibət və bəyanatlarında, Milli Qəhrəman Mübariz İbrahimovun adının ədəbiyyatda əbədiləşməsi və bu qəhrəmanlığın təbliği işindəki fəallığında və s. işlərdə onun bu münasibəti aşkarlanır...

Lap bu yaxınlarda, Azərbaycanın tanınmış ziyalılarının (Professorlar Nizaməddin Şəmsizadə, Asif Rüstəmli, Paşa Qəlbinur, şairlər Nəriman Həsənzadə, Musa Yaqub, Zəlimxan Yaqub, millət vəkilləri Qənirə Paşayeva, sıralarında digər millət vəkili və xalq artıstləri də olmaqla) Prezident İlham Əliyevə ünvanladığı müraciətin təşəbbüskarı da Asif Rüstəmli olmuşdur. Bu müraciətdə Azərbaycan xalqının yaddaşında böyük sevgi simvolu kimi yaşayan 20 Yanvar şəhidləri İlham və Fərizənin toy günlərinin – 30 iyunun Sevgililər Günü elan olunması  Prezidentdən xahiş olunur. Bütün bunlar onun xarakterini, mənəviyyatını səciyyələndirən fakt və əlamətlərdir. Asif Rüstəmlinin Dünya Azərbaycanlıları Konqresinin tədbirində yaxından iştirakı da, AMEA Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri kimi fəaliyyəti də bu sıradan qiymətlidir...

Asif Rüstəmlinin Azərbaycan mühacirət ədəbiyyatının ilk tədqiqatçılarından biri kimi “Çırpınırdı Qara dəniz” (1992) adında bir kitabı, monoqrafiyası var. Onun bu əsərinin adını mən onun özünə şamil edirəm. Asifin qəlbi həmişə Xalqının, Vətəninin, Azərbaycanımızın ədəbiyyatının, mədəniyyətinin vacib problemləri ilə çırpınır... Filologiya Elmlər doktoru, professor Asif Rüstəmlinin indi 60 yaşı tamam olur. Bu 60 illik ömrü o, ədəbi irsimizə, xalqımızın bu sahələrdəki milli-mənəvi sərvətlərinə ləyaqətlə sərf etmişdir...  Tanınmışdır, sevilmişdir, vətəndaş alim-ziyalı hörməti qazanmışdır...

İnanıram ki, onun fədakar alim kimi tükənməz enerjisi hələ neçə on illiklər boyu ədəbiyyatşünaslığımıza ləyaqətlə xidmət edəcək, onu yeni-yeni elmi zirvələrə uçaldacaq!..

 

 

Qurban Bayramov, Ədəbiyyatşünas-tənqidçi.

 

 

 

 

 

 



Paylaş



Bölmə: Şəkilçarx / Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!