Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 16-04-2014, 12:37

Elçin Şıxlı:"Rövşən Almuradlıya qarşı edilən haqsızlıqlar dərhal dayandırılmalıdır"

Mənim fikrimcə ona edilən bu haqsızlıqlar dərhal dayandırılmalı və ona imkan yaradılmalıdır ki, gənc rejissorlar ondan bəhrələnə bilsin."

 

Elçin Şıxlı:"Rövşən Almuradlıya qarşı edilən haqsızlıqlar dərhal dayandırılmalıdır"

"Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı xəbərlə.com-a  son zamanlar Mədəniyyət və Turizm nazirliyi eləcə dəAkademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov tərəfindən Tanınmış rejissor Rövşən Almuradlıya qarşı edilən haqsızlıqlara öz münasibətini bildirib.O bu haqsızlıqları əssasız və qeyri obyektiv hesab etdiyinisöyləyib.

 "Rövşən Almuradlı bugün Azərbaycanda nadir tapıntı hesab edilən və öz işinin peşəkarı olan rejissorlardandır. Elə təkcə Yaşlı xanımın gəlişi” əsərini demək kifayətdir ki, onun nə qədər istedadlı bir rejissor olduğu bilinsin. O cümlədən Cavad xan filmi uğurlu layihələrindən biridir. Bu film dünya miqyasına çıxarıla biləcək filmlərdəndir. Onun səhnələşdirdiyi Ölüləri qəbiristanlıqda basdırın əsəri 2007-ci ildə səhnədən uzaqlaşdırıldı. Ona qarşı atılan bu haqsız addımlar tamamilə yersizdir. O sözün əsl mənasında bu sahədə bişmiş adamlardandır. Rövşən Bəy böyük məktəb keçib və ona indiki dövrdə maksimum şərait yaradılmalıdır ki, o da yeni yetişən gənc rejissorlara bunları öyrədə bilsin.

 Daha əsassız və yersiz bəhanələrlə onun qarşısını kəsmək və işləməsinə mane olmaq olmaz.Teatrın rəhbərliyi onun zəngin təcrübəsindən və peşəkarlığından faydalanmalıdır. Bu cür peşəkarların qədrini bilmək lazımdır çünki onların sayı yetəri qədər azdır və onlara sağlığında qiymət vermək lazımdır. Təəssüf ki, bəzi təzə çinovniklər Rövşən bəy kimi sözün düzünü deməkdən çəkinməyən adamın qarşısısını kəsmək istəyir.Həmin çinovniklər özləri kimi korrupsiyaya bulaşmış insanları qabağa çəkmək və onların qabağa getməsinə şərait yaratmaq istəyirlər.Təbii ki belə adamların Rövşən bəy kimi insanı sevməməsi normal haldı.Çünki Rövşən bəy sözün düzünü deməkdən çəkinmir və onların çirkin əməllərinə şərik olmur, yaltaqlıq etmir. Ümumiyyətlə incəsənət ilə siyasət bir birinə qarışdırılmamalıdır.

 Rövşən bəyin siyasi fikirləri başqa cür ola bilər amma bu ona qarşı edilən haqsızlıqlara bəraət qazandırmır.Mənim fikrimcə ona edilən bu haqsızlıqlar dərhal dayandırılmalı və ona imkan yaradılmalıdır ki, gənc rejissorlar ondan bəhrələnə bilsin."

Həcər



Paylaş



Bölmə: Xəbər / Şəkilçarx / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!