CHP-də qalmaqallı istefa .....                        Almaniyada Rusiya kabusu - casusluq artıb .....                        Altı ay çalışan işçiyə il bitənədək məzuniyyət verilməsi məcburi olacaq .....                        Hikmət Hacıyevlə Qriqoryan eyni studiyada müsahibə verdilər .....                        Azərbaycanda ZƏLZƏLƏ oldu .....                        Tramp Zelenskiyə bir neçə gün vaxt verdi .....                        Prezidentin Slovakiyaya səfəri başa çatdı .....                        Mən həmişə seçkilərə hazıram - Zelenski .....                        Türkiyənin tanınmış jurnalisti saxlanıldı .....                       
Tarix : 7-04-2017, 18:27
“Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun qəbul olunub

Milli Məclisin iclasında “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Butov.az-ın APA-ya istinadən xəbərinə görə, layihə barədə məlumat verən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, 2007-ci ildə "Dövlət qulluqçularının enik davranış qaydaları haqqında", 2015-ci ildə isə "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanunlar qəbul olunub, bu qanunlarda dövlət və bələdiyyə qulluqçularının etik davranış qaydaları qanunvericilik səviyyəsində təsdiq edilib. O bildirib ki, "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" yeni qanun layihəsi yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzvlərinə etimadının yüksəldilməsi, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, yerli özünüidarə orqanlarında korrupsiyanın və bələdiyyə üzvlərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, bələdiyyə üzvləri tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, bələdiyyə üzvlərindən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi məqsədlərini daşıyır.

Komitə sədri vurğulayıb ki, qanun layihəsi 3 fəsil, 17 maddədən ibarətdir. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!