Türk Dünyası Mediatorlar Birliyi təsis edildi .....                        Ersin Tatar Qəbələ zirvəsindən danışdı .....                        Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür .....                        Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş .....                        Bakı Avrasiya Universitetində əcnəbi tələbələrlə "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib .....                        Yardımlıda müəllim şagirdi döyüb? - Araşdırma başladı .....                        İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI .....                        Tramp Ərdoğandan nə xahiş edib? - Türkiyə lideri açıqladı .....                        Tramp Çikaqonu “işğal edəcək”? .....                       
Tarix : 3-05-2016, 14:15
Moskvada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir keçirildi



Moskvada Millətlər evində Vüqar Həşimovun xatirəsinə həsr edilmiş III Beynəlxalq turnir keçirilib.

Butov.az Oxu.Az-a istinadən xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycan Mədəniyyətinin İnkişafı və Dirçəlişi Fondu (AMİD) çıxış edib.

Toplaşan şahmatsevərlər qarşısında AMİD fondunun sədri Şamil Tağıyev çıxış edib. O qeyd edib ki, görkəmli insan Vüqar Həşimovun xatirəsinə həsr edilmiş şahmat turnirinin məqsədi gənclər arasında şahmatın təbliğidir.

Bundan başqa, fondun direktoru bu turnirin keçirilməsi kimi xeyirxah ənənə gələcəkdə də davam etdiriləcək.

Yarışların açılışında çıxış edən şahmat tacına namizəd, beynəlxalq qrossmeyster sürətli şahmat üzrə dünya çempionu Sergey Karyakin Vüqar Haşımov ilə dostluğundan danışıb. O qeyd edib ki, dostunun xatirəsinə həsr edilmiş yarışda iştirak etmək onun üçün qürurvericidir.

İdmançılara dəstək olmaq və görkəmli şahmatçının xatirəsini yad etmək üçün Vüqarın qardaşı Sərxan Həşimov və Rusiya Şahmat Federasiyasının direktoru Mark Qluxovski də gəlib.

Turnir İsveç sistemi üzrə 7 mərhələdən ibarət olub. Yarışlarda 8-dən 50 yaşa qədər 70 şahmatçı iştirak edib.

Gərgin mübarizədən sonra qalib müəyyən edilib, bu, İqor Yakupov olub. İkinci yeri Dalqan Nüciyev, üçüncü yeri isə İlya Odinsov tutub. Qaliblərə Vüqar Həşimov kuboku, medallar, xatirə hədiyyələri və pul mükafatları təqdim edilib.

Turnirin gedişatında sürətli şahmat üzrə dünya çempionu Sergey Karyakin və Vüqarın qardaşı Sərxan Həşimov eyni zamanda 10 lövhədə oyun üzrə ustad-sinifi veriblər.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!