Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
Tarix : 30-08-2013, 17:25
Bakıda möhtəşəm saray tikilir


Azərbaycan idman tarixi ərzində ən nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməyə hazırlaşır. 2015-ci ildə şahmat üzrə Dünya Kuboku və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadası paytaxt Bakıda keçiriləcək. ANS PRESS-in Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, artıq hazırlıq işlərinə başlanılıb.

Bakının bu möhtəşəm yarışı layiqli şəkildə qarşılaması üçün Şahmat Sarayı tikilir. Şahmat sarayında turnirlər və məşqlər üçün zallar, üzgüçülük hovuzu, kort, yeməkxana və b. nəzərdə tutulub. Bu sarayın şahmatçılar üçün ikinci evə çevrilməli olduğu bildirilir.

Möhtəşəm Olimpiadanın Bakıda keçirilməsi ilə bağlı Beynəlxalq Şahmat Federasiyasının Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində qəbul olunan qərarından sonra bu ilin fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Baş nazirin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri təyin olunub.

Təşkilat Komitəsinə nazirlər, komitə, xidmət sədrləri, Şahmat Federasiyasının prezidenti və vitse-prezidentləri daxildir. Komitəyə beynəlxalq yarışaların keçirilməsi ilə bağlı xüsusi Tədbirlər Planını hazırlayıb icrasını təmin etmək tapşırılıb.

Yüksək səviyyədə təşkil olunacaq Olimpiadaya dövlət səviyyəsində təminat veriləcək. Gənclər və idman naziri Azad Rəhimov mətbuata açıqlamasında dövlətin Şahmat Olimpiadası üçün 1 milyon avronu ödəmək imkanı olduğunu bildirib.

Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı Olimpiya şəhərciyinin tikilməsinə də başlanılıb. Burada ölkəyə gələn qonaqların rahatlığı üçün hər cür şərait yaradılacaq. Dövlət həmçinin bütün iştirakçılara vizaların veriləcəyi ilə bağlı təminat verir.

Məlumat üçün bildirək ki, Azərbaycan FİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlətdir.

Qeyd edək ki, Olimpiada miqyasına görə dünyada ikinci və ya üçüncü yarışmadır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!