Ermənistan və Azərbaycan sərhədçiləri dəbilqə və zirehli jiletləri çıxarıb - Paşinyan .....                        35 yaşında çempion oldu .....                        ABŞ-də Azərbaycan pasportu daşıyan erməni tutuldu - Bakıya deportasiya ediləcək .....                        Məhkəmə Tulin Ələkbərova ilə bağlı həbs qərarı verdi .....                        Ukrayna artıq boş vədlərə inanmır .....                        "Qarabağ" heç-heçə etdi .....                        “Boz qurd”am və belə də öləcəm! - Bağçalı .....                        Oğurladığı mopedi satmaq istədi, polis yaxaladı .....                        Bakıda tarixi abidəyə zərər vuruldu .....                       
Tarix : 11-11-2016, 12:09
Sumqayıtda II Uşaq Paralimpiya İdman Oyunlarına start verilib

Noyabrın 11-də Sumqayıt Paralimpiya İdman Kompleksində II Uşaq Paralimpiya İdman Oyunlarına start verilib.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, idman oyunlarında respublikanın müxtəlif regionlarını - Bakı, Sumqayıt, Naxçıvan, Ağdaş, Ağsu və Şəkini təmsil edən sağlamlıq imkanları məhdud 70 uşaq qələbə uğrunda mübarizə aparır.
Açılış mərasimində yarış iştirakçıları idman marşı sədaları altında zala daxil olublar.
Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, oyunların rəsmi tərəfdaşları “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev və UNICEF-in Azərbaycan üzrə nümayəndəsi Edvard Karvadin çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Bildirilib ki, Milli Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq, sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb edilməsini himayəsinə götürərək, 2013-cü ilin sentyabrında Uşaq Paralimpiya Komitəsini yaradıb. Komitənin yaradılmasında məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.
II Uşaq Paralimpiya İdman Oyunlarının ulduz səfiri “Qala qrupu” gənc paralimpiyaçıları musiqi nömrələri ilə təbrik ediblər.
Sonra yarışlara start verilib. Gənc paralimpiyaçılar idmanın beş növü (cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və boccia) üzrə mübarizəyə qoşulublar.
Yarışlar Azərbaycan Milli Paralimpiya Komitəsinin, “Azercell Telekom” MMC-nin və UNICEF-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə reallaşır.


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!