Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                       
Tarix : 24-11-2016, 19:40
Baş nazirin I müavini: “Avropa çempionatını yüksək səviyyədə təşkil edəcəyik”

"Avropa çempionatının yüksək səviyyədə təşkili üçün lazımi işləri görüləcək".
Butov.az-ın "Report"-a istinadən məlumatına görə, bunu Baş nazirin I müavini, voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov bildirib.
Onun sözlərinə görə, Avropa çempionatının Azərbaycan və Gürcüstana həvalə olunması dövlət siyasətinin, ölkədə idmana göstərilən diqqət və qayğının nəticəsidir.
Baş nazirin müavini ölkədə voleybolun 90 illik tarixindən bəhs edərək dünya şöhrətli idmançıların adlarını sadalayıb, bu sırada 3 qat dünya və 2 qat Avropa çempionu İnna Rıskalı xüsusi vurğulayıb, qadınlardan ibarət "Azərreyl", "Lokomotiv", "Rabitə" və "Azəryol" klublarının, eləcə də Azərbaycan millisinin əldə etdiyi nailiyyətlərdən danışıb.
Y.Eyyubov deyib ki, Azərbaycan artıq bütün dünyada idman ölkəsi kimi tanınır: "Hər il ölkədə nüfuzlu yarışlar keçirilir. 2020-ci ilədək İslam Həmrəyliyi Oyunları, Formula 1 üzrə Azərbaycan Qran Prisi və futbol üzrə Avropa çempionatının oyunları təşkil olunacaq. Voleybol üzrə 2017-ci il Avropa çempionatı isə ilk dəfə Bakıda keçiriləcək. Təşkilat Komitəsinin sədri olaraq, çempionatın yüksək səviyyədə təşkili üçün lazımi işləri görəcəyimizi bəyan edirəm".


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!