Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                       
Tarix : 7-09-2015, 16:02
Azərbaycan dollardan imtina edəcəkmi?


Butov.az Milli.az-a istinadla xəbər verir ki, Rusiya MDB ölkələrində dollar və avrodan imtina ilə bağlı müraciət ünvanlayıb. Müraciətin məğzi ondan ibarətdir ki, bu ölkələr öz aralarında ticarəti avro və ya dollarla deyil, Rusiya rublu və ya digər valyuta ilə aparsınlar. Bu təklif reallaşa bilərmi? Azərbaycanın bu təklifi qəbul etmək ehtimalı varmı?

Bu barədə tanınmış iqtisadçı ekspert Vüqar Bayramovun fikirlərini öyrəndik. O hesab edir ki, ümumiyyətlə, MDB-yə üzv olan ölkələrin praktik olaraq heç biri üçün dollar və avrodan imtina edilməsi arzuolunan deyil. Çünki bu gün bütün MDB ölkələrinin xarici valyuta ehtiyatlarına ehtiyacları var.

Bütün ölkələr xarici valyuta ehtiyatlarını artırmağa çalışırlar. Xarici valyuta ehtiyatlarının artırılması milli valyutalara təzyiqin aradan qaldırılmasına və milli valyutaların devalvasiya riskinin minimuma endirilməsinə gətirib çıxarır. O baxımdan, təbii ki, MDB ölkələri üçün xarici valyualar ilə ticarətdən imtina arzuolunan deyil. Azərbaycan üçün də aparılan ticarət zamanı dollar və avrodan imtina edilməsi arzuolunan deyil", - o qeyd edib.

Ekspert MDB ölkələri ilə ticarətin ölkəmiz üçün vacibliyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycanın qeyri neft ixracında MDB ölkələri əhəmiyyətli yerə malikdir. Buna görə də Azərbaycanın MDB ölkələri ilə ticarət ölkəyə xarici valyutanın daxil olmasına zəmin yaradır.

"Son illər MDB ölkələri ilə aparılan ticarət əlaqələrinin əhəmiyyəti ondan ibarətdir ki, bu ölkələrlə ticarətdə qeyri-neft sektorunun payı çoxdur. 2014-cü ildə Azərbaycan ilə MDB ölkələri arasında xarici ticarət dövriyyəsi 2 milyard 921 milyon dollardan çox olub. MDB ölkələrində müşahidə edilən iqtisadi çətinlik Azərbaycanın bu ölkələrlə xarici ticarət dövriyyəsinə təsir göstərib. 2013-cü illə müqayisədə 2014-cü ildə azalma var. Azərbaycan üçün dollar və avrodan imtina edilməsi arzuolunan deyil. Çünki bu, ölkəmizə xarici valyutaların daxil edilməsinə birbaşa təsir göstərəcək" - iqtisadçı qeyd edib.




Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!